İsiházm - (q. yunanca ἡσυχία, «sakitlik, sükunət, təkliyə çəkilmə») — Şərq Ortodoks Xristianlığında (Pravoslavlıqda) mistik dünyagörüşü. Xristianlıqda abid və rahib həyatının əsasını təşkil edir.
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
XIII-XIV əsrlərdə Şərq Xristianlığında rahiblərin arasında “İsihazm” adlanan mistik təlim yayılmışdı. Bu mistik cərəyanın ardıcılları günlərini İsaya “ağıllı” dua etməklə keçirirdilər. Bu cür dualar sonradan adi xristianlar tərəfindən də kilsələrdə yerinə yetirilirdi. Onları icra etmək üçün müəyyən hala daxil olmaq lazım idi. Duada diqqətin yalnız İsaya yönəldilməsi nəfəsin tənzimlənməsi yolu ilə əldə olunurdu. Nəfəsin tənzimlənməsinin müxtəlif metodları var idi. Onlardan ən çox istifadə olunanlar Simeon və Nikiforus (XIII əsr) tərəfindən tətbiq edilmişdi.
Nikiforusa görə, insan daim dua halında olmalıdır. Lakin bu “təbii” hal insanı əhatə edən dünyavi şeylərə bağlılıq ucbatından pozulur. Tanrıya ibadət etmək əvəzinə insanlar onlara fikir verirlər. Buna görə də Tanrı ilə daim əlaqə saxlayan adam, öz ağlını səfərbər etməli, “Mən”ini məhdudlaşdırmalıdırlar. Buna nail olmaq üçün, nəfəsin tənzimlənməsi yolu ilə müəyyən psixiki hala daxil olmaq lazımdır.
İsihazmın ən görkəmli nümuyəndələrindən biri Qreqorios (Greqorios) Palamas olmuşdur (1296-1359). O hesixazmı Barlaam adlı keşişin tənqidlərindən müdafiə edirdi[1]. Barlaam yazırdı ki, hesixazmla məşğul olan rahiblərin təcrübəsi cəfəngiyyatdır və təhlükəli heresdir. Bu fikri davam edərək o yazırdı ki, onlar ağıl ilə ruhun, ruhun isə mifik varlıqlarla vəhdətdə olmasını, eyni zamanda ruhun Tanrını görmək iqtidarında olmasını iddia edirlər. Bu cür hallara daxil olmaq üçün onlar, psixikaya təsir edən vasitələrə əl atırlar. Bu vasitələrdən ən başlıcası nəfəsin tənzimlənməsidir. Barlaama görə isixazm heresdir (küfrdür)[2].
Qreqorios Palamas ilə Barlaamın arasında gedən mübahisələr getdikcə dərinləşirdi. Öz fikirlərini əsaslandırmaq üçün, həm Varlaam, həm də Qreqorios «Korpus Areopagitikuma» istinad edirdilər. Qreqorios Palamas “sükutda” olan rahibləri müdafiə etmək üçün «Sükutda olan müqəddəslərin müdafiəsinə dair» adlı silsilə risalələr yazmışdır.
Nəhayət bu məsələyə 1341-ci ildə Konstantinopolisdə (İstanbulda) yığılan Kilsə Məclisində baxılmışdır. Burada Varlaamın fikirləri pislənmişdir. O tövbə etməyə məcbur olmuş, sonra isə İtaliyaya getmişdir. Qreqorios Palamasın Tanrı haqqında birbaşa bilik əldə etməyin mümkünlüyü haqqında fikirləri isə o Kilsə Məclisi tərəfindən dəstəklənmişdir.
Qreqorios Palamas hesab edirdi ki, Tanrı tərəfindən yaradılmış təbiət məxluqdur. Təbiətdə (fisisdə) Tanrının dünya və insan haqqında niyyətləri öz əksini tapmışdır. Buna görə də təbiət yalnız Tanrı ilə ünsiyyətdə özünün əsl mahiyyətini göstərir. Bu kamillik, yerə enmiş Tanrı-insan İsada nümayiş olunmuşdur. İnsan ruhunun düşkünlük halında olmasına baxmayaraq, o Tanrıya yönələ bilər. İnsan şüuru Tanrını birbaşa duya bilməz. Bunu yalnız bənzətmə (analogiya) və ya Tanrı olmayan hər şeyi inkar yolu ilə əldə etmək mümkündür. Eyni zamanda Palamas, əşyalar vasitəsi ilə Tanrının intuitiv duyulmasının mümkünlüyünü iddia edirdi. Çünki hər şeydə Tanrının enerjiləri və ideyaları vardır. Yunan fəlsəfəsinə mənfi münasibətini bildirən Palamas deyirdi ki, filosoflar onlara verilən müdriklikdən layiqincə istifadə edə bilmədilər, Tanrıya doğru yönəlmədilər. Bunu yalnız hesixazmda olan rahiblər edə bilmişdirlər.
Daha sonra Palamas hesab edirdi ki, insan bədənin, ruhun və mənəviyyatın vəhdətindən ibarətdir. İnsan mənəviyyatı Tanrının tərkib hissəsi hesab edilən Müqəddəs Ruhla vəhdətdədir. Əgər insan bu təbii vəhdətdən imtina edərsə, o zaman insaniyyətini itirir və özünü ölümə məhkum edir. Beləliklə, insanda Tanrının obrazı vardır. Bu obraz təkcə mənəviyyatla məhdudlaşmır. Tanrının daha bir tərkib hissəsi olan İsa, özu dünyaya gəlib insan bədəninə daxil olaraq, onu müqəddəsləşdirmişdir. Buna görə də insan ruhu üçün, bədən zindan deyil. Əksinə ruh bədəni sevir və onunla vəhdətdədir. İnsan həyatında günahdan başqa heç bir pislik yoxdur. İsanın gəlişindən sonra isə, hətta ölüm belə dəhşətli və mənasız bir şey deyil. O yalnız müqəddəs “sükuta” çevrilmişdir.
İnsanı bədən və ruhun vəhdətində görən hesixazm ardıcılları, dualarda hər ikisinin iştirakını vacib hesab edirdilər. Hətta kilsədə icra edilən ibadətlərdə, ruhla birlikdə bədən də iştirak edir. Bədəni, yalnız onun ruha qarşı üsyan etdiyi təqdirdə məhdudlaşdırmaq lazımdır.
İnsan həyatının mərkəzi onun qəlbində yerləşir. Buna görə də dua qəlbdədir. İbadət edən rahib düşüncəsini qəlbinə salaraq özündə İlahi həyatı açır. Bu cür fikirlər də Palamasın təlimində əhəmiyyətli yer tutur.
Məhəbbətlə dolu Tanrının oğlu İsa, öz İlahi mahiyyətini insan təbiəti ilə birləşdirmişdir, yerə enib insan həyatını yaşamışdır. Eyni zamanda o, daim kilsə ayinlərini icra edən hər bir xristianla eyniləşir, onunla bir bədən təşkil edir. Bu vəhdətin nəticəsində o, insan ruhunu nurla doldurur, ona İlahi biliklər verir. Beləliklə İlahini insan xaricdə deyil, öz daxilində axtarıb tapmalıdır. Palamasın daxili nur haqqında baxışları yeni platoçu mistikasında olan məqamları təkrarlayır.[3]