Nissalı Qriqori (yun. Γρηγόριος Νύσσης; d. 335 – ö. 394, Kappadokiya) — xristian yazıçısı, ilahiyyatçısı, Nissa şəhərinin yepiskopu, kilsə müqəddəsi, Kappadokiya kilsə atalarından biri.
Nissalı Qriqori | |
---|---|
q.yun. Γρηγόριος Νύσσης | |
Rütbə | yepiskop |
Doğum tarixi | |
Doğum yeri | Kappadokiya Qeysəriyyə |
Vəfat tarixi | |
Vəfat yeri | |
Qeyd edilir |
Ortodoks kilsəsi |
Xatirə günü |
Ortodokslarda 10 yanvar Katoliklərdə 9 mart |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
335-ci ildə Kappadokiyanın Qeysəriyyə (indiki Türkiyənin Kayseri şəhəri) şəhərində doğulmuşdur. O, müqəddəs Basilin kiçik qardaşı idi. Doğulduğu şəhərdə öz dövrünə görə yaxşı təhsil almış, daha sonra fəlsəfə ilə məşğul olaraq, antik dövr filosoflarının əsərlərini dərindən öyrənmişdir. 365-ci ildə arvadının vəfatından sonra, dərin sarsıntıya qapılaraq monastıra getmişdir. Buradan yalnız, Qeysəriyyə arxiyepiskopu olmuş qardaşının təkidilə çıxaraq, Nissa şəhərinə yepiskop kimi yollanmışdır.
381-ci ildə Konstantinopol şəhərində keçirilən Kilsə Məclisində iştirak etmiş, orada həmkarları tərəfindən yüksək qiymət almışdır. İmperator Fedosiusun da sayğısını qazanan Qriqor sonrakı illər ərzində bir neçə dəfə də Konstantinopola səfər etmişdir. Onun ölüm tarixi haqqında dəqiq məlumat olmasa da, 394-cü ildə Konstantinopol şəhərində keçirilən Kilsə Məclisində iştirak etdiyi bilinir.
Nissalı Qriqor öz dövründə fəlsəfə sahəsində ən çox əsər yazmış yazarlardandır. Araşdırmaçıların fikrincə, onun yaradıcılığında Origenin təsiri hiss olunmaqdadır. Onun əsərlərindən bəziləri: "De vita Moysis Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine" (Musanın həyatı haqqında), "In Hexaemeron" (Dünyanın altı günə yaranması), "De hominis opificio" (İnsanın quruluşu haqqında), "Quod non sint tres Dii – ad Ablabium" (Tanrının üç olmaması haqqında Ablabiya müraciət), "Logos katechetikos megas" (Böyük katehesis).
Qriqor Origenin əsərlərində istifadə etdiyi alleqorik üsulla yazmışdır. O, Həyat Ağacı barədə yazmışdır: "Biz əminik ki, Bibliyada meyvəsi yeyilməsi qadağan edilən ağac nə əncir ağacı, nə də bizim bildiyimiz digər bir ağacdır". Bu ağacın metafizik əsaslarla izah edilməsinin vacibliyi barədə fikirlər səsləndirilmiş, ruhani cəhətdən anlaşılmasının İsa Məsih tərəfindən qəbul edildiyi bildirilmişdir. Həmçinin, Cənnətin də məcazi olduğuna dair misallar verilmiş, daha sonra isə Bibliyadakı başqa hadisələrin də izahları verilmişdir. Qriqori yazır:
"İncil hekayələrində minlərlə misal tapmaq olar ki, burada ilk baxışdan bir məna tapmaq olar, amma deyilən mənası başqa bir şeyə aiddir".
Tövratdakı "Çıxış" kitabını təfsir edən ilahiyyatçı yəhudilərin firon inşaatında çədiyi əziyyətləri nəfsə uyma, fironun qızını bütpərəst fəlsəfəsi, sönməyən göyəm ağacını Məryəm, misirlilərin ilk övladlarının vəfatını günahın öldürülməsi, mis ilanı Məsih, Sinay vahəsindəki on iki bulağı on iki həvari, yetmiş palmanı yetmiş həvari, Musa peyğəmbərin əmalikilərlə döyüşdə uzatdığı əllərini İsa Məsihin çarmıxa çəkilməsi kimi izah etmişdir.
"Altı gün haqqında" adlı əsərində Qriqor qardaşı Vasilinin yolunu davam etdirərək, yaranma haqqında mülahizələrini dilə gətirmişdir. Onun fikrincə, həyatın başlanğıcı Tanrı qüdrətinin ani təzahürü nəticəsində baş vermişdir. Bununla bərabər "başlanğıc" özündə sonrakı mərhələlərin hamısını birləşdirir. "Başlanğıc" sözü öz-özlüyündə başlanqıca ziddir. Onun fikrincə, dünyanın yaranması iki mərhələyə bölünür. İlk mərhələdə bütün materiyanın qarmaqarışıq şəkildə yaranması, daha sonra isə, onun hissələrinin nizmalı formaya düşməsindən ibarətdir.
Qriqoriyə əsasən, xristianların məqsədi Tanrıya çatmaqdır. O, bu mövzuya "Musanın həyatı haqqında" və "Nəğmələr Nəğməsinin təfsiri" adlı əsərində toxunmuşdur:
"Kim öz varlığı ilə kamilliyə can atarsa, o qorxunu özündən rədd edər. Çünki, qorxu ilə yaşamaq, sahibini sevməmək, amma onun yanından qamçı qorxusu ilə üçün qaçmamaq kölələrə xasdır".
"Quod non sint tres Dii – ad Ablabium" əsəri arianlara qarşı yazılmışdır. Bu əsərdə Qriqor, başqa kappadokiyalı atalar kimi, Ata, Oğul və Müqəddəs Ruhun bir birindən fərqlənməsinin zərüri olması haqqında yazmışdır. Onun əsas məqsədi - İsanın ilahi təbiətə malik olmasını sübuta yetirmək idi. Yalnız bundan sonra o, Oğulun Ata ilə birlik təşkil etməsi ideyasını hallandırmışdır. Beləliklə Tanrının birliyi Üçlüyün mövcudluğundan çıxarılırdı. Qərbdə isə Avqustin Avrelius öz mülahizələrini əks istiqamətdə aparırdı. O öncə Tanrının birliyini təsdiq edib, sonra isə ondan Üçlük ideyasını meydana gətirirdi.
Ancaq Üçlük ideyasına görə kappodokiya atalarını üçtanrılıqda ittiham edirdilər. Buna görə də Qriqor "Quod non sint tres Dii – ad Ablabium" əsərində yazırdı ki, əslində bu həqiqətə uyğun deyil. Onun fikrincə Tanrı vahid enerjiyə malikdir. Eyni zamanda bu enerji üçə bölünür. Lakin Üçlüyün hər bir üzvü başqasından müstəqil şəkildə heç nəyi yaratmır. Buna görə də üç sifəti olan Tanrıya iman, üçtanrılılıq demək deyil. Üçlük vəhdət təşkil [1], 1995.edir.
"Apolinariosa qarşı" risaləsində Qriqor, İsanın eyni zamanda ilahi və insani mahiyyətə malik olması haqqında yazmışdır. İsanın mahiyyəti bir, təbiəti isə ikidir.
Dünyanın yaradılması məsələsində Qriqor hesab edirdi ki, Tanrı varlıqları yaradaraq, eyni zamanda, onların inkişaf imkanlarını (potensiyasını) da təbiətlərinə salmışdı. Bu ideya platonizmə uyğundur, çünki onlar da hesab edirdilər ki, hər şeyin inkişaf imkanı vardır, sonra isə bu imkanlar gerçəkləşir. Lakin bu imkanlar əvvəlcədən Loqosda, ona tabe olunmuş şəkildə, yerləşir. Bu imkandan gerçəkləşən hər şey, Tanrı tərəfindən əvvəlcədən təyin edilmiş məqsədə qulluğ edir. Tanrının altı günə dünyanı yaratmasını, Qriqor Müqəddəs Kitabın bir təvili, alleqoriyası kimi başa düşürdü.
"Logos katechetikos megas" əsərində Qriqor insanı ən yüksək məxluq hesab edir, o Tanrıya bənzər vucudda yaradılmışdır, ölməzdir. İnsan öncədən bütün İlahi nemətlərin daşıyıcı kimi Tanrı tərəfindən həyata gətirilmişdir. Lakin sonra o, günaha batmışdır və bu nemətləri itirmişdir. Dünya yaradılanda, insan Tanrı ilə dünya arasında bir vasitəçi idi. İnsanın günaha batmasından sonra isə dünya Tanrıdan təcrid olunmuşdur. Lakin günahdan sonra da insan Tanrıya bənzər surətini və onunla rabitəni itirməmişdir. Bu rabitə onun azad olmasındadır.
"De hominis opificio" risaləsində Qriqor Adəmi təkcə bir insan kimi təsəvvür etmir. Adəm, eyni zamanda, bütün bəşəriyyətin təcəssümüdür. İsa isə yeni Adəmdir. Onun gəlişindən sonra Kilsə yaranmışdır. İsa, Tanrının obrazını gerçəkləşdirən, Kilsənin başçısıdır. Bütün iman edən insanlar onun bədənini təşkil edir. Yalnız bu bədənin üzvləri olan insanlar, günah nəticəsində itirilmiş İlahi obrazı yenidən özlərinə qaytara bilərlər.
Qriqora görə Tanrı insanı kişi və qadın kimi ikili yaradıb. Lakin cənnət ağacından meyvəni yeyib günaha batana qədər, Adəm və Həvva bir-biri ilə cinsi yaxınlıq etməmişdilər. Yalnız bu günahdan sonra onlar cinsi fərqlərini dərk etmişdilər. Bizim yaşadığımız dünya Tanrının nəzərdə tutduğundan və planlaşdırdığından fərqlənir. Bunun səbəbi yenə də ilk günahdadır.
Dünyada olan şəri Tanrı yaratmayıb. Şər - xeyrin olmamasıdır, xeyrdən onun çəkilməsidir. Adəm və Həvva o günaha, öz azad iradələrini düzgün istiqamətə yönəltmədiklərinə görə, batıblar. Tanrı onları buna məcbur etməmişdir. Tanrı ölümü buna görə yaratmışdır, yəni ölüm də ilk insanın günahının nəticəsidir. İnsanın xilası isə, insan şəklində dünyaya gələn Tanrı tərəfindən təmin edilir (yəni İsa nəzərdə tutulur).[2]
Beləliklə Qriqor belə nəticəyə gəlir ki, bütün bəşəriyyəti özündə cəmləşdirən Adəm, günah edərək onu tənəzzülə uğratmışdır. Yeni Adəm isə İsadır. O, öz bədəni olan kilsə vasitəsi ilə, günaha batmış bəşəriyyəti xilasa doğru aparır.
Daha sonra, Qriqor, çarmıxa çəkilən İsanın özünü qurban verməklə, bəşəriyyətin günahlarının bağışlanması haqqında maraqlı fikirlər ifadə etmişdir. Onun fikrincə bu qurban Tanrıya deyil, şeytana verilmişdir. Məsələ bundadır ki, şeytan, Adəmi aldadaraq, onu cənnət ağacından meyvəni yeməyə təhrik etmişdir[3]. Buna cavab olaraq İsa özünü qurban verməklə şeytanı aldatmışdır. Deməli şeytan, bu dünyanın hökmdarı olaraq, öz hakimiyyətini daha da qiymətli bir şeyə dəyişdirə bilərdi. Bu daha da qiymətli bir şey isə İsa olmuşdur. Onun möcüzəvi şəkildə dünyaya gəlməsi, göstərdiyi möcüzələri şeytan üçün dözülməz idi. O İsanı məhv etmək istəyirdi. Lakin şeytan anlamamışdır ki, İsa ondan daha qüvvətlidir, çünki əslində onun zahiri insan vücudu arxasında Tanrının qüdrəti vardır. Eyni zamanda onu qeyd etmək lazımdır ki, rəsmi kilsə təliminə görə İsa bəşəriyyətin günahlarının bağışlanması üçün özünü Tanrıya qurban vermişdir. Lakin buna baxmayaraq Qriqor, İrineus, Origen və Avqustinin əsərlərində “Şeytanın aldadılması” ideyasına rast gəlmək olar.[4]
Beləliklə Tanrı bəşəriyyəti qurban vasitəsilə xilas etmişdir. Xristian təliminə görə, Tanrı insanı ən yüksək bir yaradılmış kimi yaratmışdı. O eyni zamanda Tanrının oğlu və dostu olmalı idi. Lakin sonra insan bu təbii rabitəni itirmişdi. Buna görə də ümumdünya fəlakəti baş vermişdir və insan şeytan tərəfindən əsarətə alınmışdır. Beləliklə Tanrı təhqir olunmuşdur. Buna görə də şeytan əsarətindən xilas olmaq işini Tanrının özü görmüşdür. O insanın azadlığını saxlamaq şərti ilə, onu əsarətdən qurtarmışdı. Bu fikirlər qnostisizmə yaxındır.
Qriqor hesab edirdi ki, insan həyatının məqsədi Tanrıya tərəf yönəlmək, ona tərəf yüksəlməkdən ibarətdir. Bu yüksəlmə üç pilləlidir, lakin onların biri-birinin arxasınca ardıcıl gəlməsi şərt deyil. Bu fikirlərini Qriqor "De vita Moysis Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine" kitabında ifadə etmişdir.
Birinci pillə təmizlənmədir (katarsis). Bu mərhələdə insan, özünü Tanrıdan uzaqlaşdıran hər bir şeydən təmizlənməlidir. Bu ideya stoitsizmdən alınmışdır.
İkinci pillədə, ehtiraslardan təmizlənmiş şüur ətraf mühiti başqa keyfiyyətdə görüb, dərk edir. Buna “təbii görmə” qabiliyyəti deyilir. Dünyanı bu cür görən insan hər şeydən daha da səmərəli istifadə edə bilər. Bu cür görüş hər şeyin mahiyyətini dərk etmə, həyatdan həzz alma imkanları verir.
Üçüncü mərhələ isə Tanrını dərk etmək, Onu görməkdir. Buna Qriqor teosis deyir. Adi halda Tanrını görmək mümkün deyil. Ona görə də buna nail olmaq üçün, insan bir növ “özündən çıxmalıdır”, əqlin ona lazım olmamasının dərk edilməsi səviyyəsinə çatmalıdır. Bu cür hissiyyat o qədər qeyri-adidir ki, Qriqor onu ifadə etməyə çətinlik çəkmişdir. O, bu halı “ayıq olaraq sərxoş olma” adlandırmışdı. Yəni ətrafda hamıya elə gəlir ki, adam sərxoşdur, lakin əslində o, Müqəddəs Ruhdan ilham alır. Qriqor bu halı, Əhdi-Ətiqdə rəvayət edilən həvarilərin hallarına bənzədirdi Həvarilərin işləri, 2. Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine. Bu ideyalar şübhəsiz neoplatonizmdən alınmışdır.