Şərq və Qərb kilsələrinin aralanması

Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir.

Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

İxtilafların başlanması

[redaktə | mənbəni redaktə et]

858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər.

Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Ancaq, onlar Roma papasına müraciət edərək, 861-cı ildə daha bir Kilsə Məclisinin yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Roma papazı Nikolas isə 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi.

İxtilafın dərinləşməsi

[redaktə | mənbəni redaktə et]

Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papa Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni bizans patriarxlarının hakmiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papaları, həm də Konstantinopol patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.

Papa Nikolasın bu aadımına cavab olaraq, patriarx Fotiusun tərəfdarları 867-ci ildə Konstantinopolda daha bir Kilsə Məclisi çağırdılar. Orada papa Nikolasın vəzifəsindən azad olunması haqqında qərar qəbul edildi. Ancaq bundan sonra Bizansda saray çevrilişi baş verdi və bunun nəticəsində Fotiusun özü vəzifəsindən devrildi.

Daha sonra 869 - 870-ci illərdə Romanın təkidi ilə Konstantinopolda daha bir Kilsə Məclisi yığılmışdı. Bu məclisi Qərb (katolik) kilsəsi VIII Ekumenik Kilsə Məclisi kimi tanıyır. Şərq (ortodoks, və ya pravoslav) kilsəsi isə, onu Ekumenik Kilsə Məclisi kimi tanımır. Məclisin qərarı ilə, Fotius kəskin surətdə pislənib, vəzifəsindən azad edilmişdi. Onun yerinə Konstantinopolis patriarxı vəzifəsinə İqnatius bərpa edildi. Buna baxmayaraq, Fotius Konstantinopolisdə böyük nüfuza malik idi. 877-ci ildə, İqnatiusun ölümündən sonra, o yenidən patriarx oldu.

Bundan sonra, 879 - 880-ci illərdə daha bir Kilsə Məclisi yığıldı. Bu məclisdə papa Nikolasın nümayəndələri, onun taxtdan salınmasına görə Fotiusdan üzr istəməsini tələb etdilər. Ancaq Fotius üzr istəmədi. Bu Məclisdə Şərq kilsəsinin nümayəndələri Qərbdə yayılmış bəzi inancları və ayinləri də pisləmişdirlər. “Filioque” adlanan inanc xüsusilə pislənmişdi. Məsələ bundadır ki, Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir-birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı.

Bu Kilsə Məclisi Qərbdə əvvəlcə Ekumenik Kilsə Məclisi elan olunmuşdur. Ancaq sonra, bu keyfiyyətdə, Fotiusun əvəzinə İqnatiusu patriarx kimi yenidən tanıyan, 869 - 870- ci illərdə keçirilən, Məclis tanınmışdı.

İlahiyyat problemləri

[redaktə | mənbəni redaktə et]

Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Xristianlığın ehkamları və inanclarının əsasları da Qərb və Şərq Kilsələrinin mübahisə obyektinə çevrilmişdir. Məlum olduğu kimi, xristianlar Tanrının üç sifətdən ibarət olduğunu iddia edirlər. Bu sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətlərinə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan çıxması haqqında gərgin mübahisələr, Kilsənin əqidə baxımından parçalanmasına gətirib çıxarmışdı.

Qərbdə Ambrosius, Yeronim, Avqustin kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca "filioque") iddia edirdilər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Buna dələl olaraq İsanın sözləri gətirilirdi: "Bunu dediyi zaman, onlara üfürdü və: «“Müqəddəs ruhu qəbul edin”, – dedi"[1].

Şərq Kilsəsi isə "filioqueni" qəbul etməmişdi. Onların fikrincə Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb atalarının "filioque" haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər.

"Filioque"nin ətrafındakı olaylar

[redaktə | mənbəni redaktə et]

Bu mübahisələrin sonu olaraq Qüdsdə 807-ci ildə Şərqi və Qərbi təmsil edən keşişlərin arasında ixtilaf baş vermişdi. Buna cavab olaraq, Qərbi Roma imperatoru Böyük Karl (Carolus Magnus) 809-cu ildə daha bir Kilsə Məclisini çağıraraq "filioqueni" bir daha təsdiq etdirdi və şərqlilərin ifadəsini (yəni Müqəddəs Ruhun Oğuldan deyil, yalnız Atadan çıxmasını) rədd etdi.

Kilsə Məclisinin qərarları, öz növbəsində, Şərqlilər tərəfindən rədd edilmişdi. Patriarx Fotiusun fikrincə filioquenin simvola əlavə edilməsi xristian dinini məzmunca dəyişmək deməkdir [2]. Fotiusa görə Oğlunun Atadan doğulması kimi, Müqəddəs Ruh da Atadan çıxır. Əgər Ata Ruhu harasa yönəltmək istəsə, Ona Oğul lazım deyil. Daha sonra Fotius yazırdı ki, İsanın Əhdi-Cədiddəki sözləri yalnız onun dünyada yaşadığı dövrə aiddir, əbədiyyata yox. Yəni, İsa dünyada yaşayarkən, Ata, Müqəddəs Ruhu onun vasitəsi ilə dünyaya endirirdi. İsa dünyadan gedəndən sonra isə, Ata, Müqəddəs Ruhu dünyaya vasitəsiz endirir.

Bolqarıstan üzərində Qərb və Şərq Kilsələri arasında gedən mübahisələr isə, sonda, Şərq Kilsəsinin xeyrinə həll olundu. Bolqarıstan kilsəsi Konstantinopolisin nəzarəti altına keçdi.

Kilsələrin ayrılması

[redaktə | mənbəni redaktə et]

X yüzillikdə də Qərb və Şərq Kilsələri arasında barış əldə edilməmişdi. Konstantinopol keşişləri Roma papasına yalnız müstəsna hallarda müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da uzaqlaşdırırdı.

XI yüzillikdə Qərb və Şərq kilsələri arasında münasibətlər bir qədər fəallaşdırmışdır, lakin bu fəallaşma sonda onların parçalanması ilə nəticələnmişdir. O dövrdə Roma papası olan IX Leo Cənubi İtaliyada Konstantinopol patriarxının tabeçiliyində olan kilsələrdə Qərb (latın) ayinlərinin icra olunmasını tələb etmişdir (qeyd olunduğu kimi Qərb kilsələrin bəzi dini ayinləri Şərq ortodoks ayinlərindən fərqlənirdi). Öz növbəsində Konstantinopol patriarxı Mixael Kelluarios (Michael Cerullarios) Konstantinopolda papanın tabeliyində olan kilsə və monastırların bağlanması haqqında sərancam vermişdir.

Vəziyyətin gərginləşməsini görən Bizans imperatoru Konstantine Monomaxus (Constantine Monomachus) Qərblə münasibətlərini pozmaq istəmirdi. O, papaz ilə danışıqlar apararaq, Konstantinopolisə papaz tərəfindən göndərilmiş nümayəndələri qəbul etməyə hazır olduğunu bildirmişdi. Ancaq nümayəndələrin gəlişindən sonra, onların Şərq (yunan) keşişləri ilə şiddətli ixtilafı baş vermişdir. Bu ixtilaf nəticəsində papanın nümayəndələri Konstantinopolis patriarxını və ona tabe olan bütün Şərq Kilsələrini heresdə və dinsizlikdə ittiham edərək, onların xristian kilsəsindən xaric edilməsi haqqında məktub yazaraq onu rəsmi ibadət zamanı Konstantinopolisin Müqəddəs Sofiya (Aya Sofya) kilsəsində yunan keşişlərinə təqdim etdilər.

Öz növbəsində patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq papazın nümayəndələrini lənətləmiş, Roma kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam vermişdir.

Bu hadisələrdən sonra Xristian kilsəsi parçalanmışdır. Şərq (yunan) kilsəsi ortodoks (pravoslav), Qərb (latın) kilsəsi isə katolik adlandırılmışdır.

  1. Yəhya İncili 20:22.
  2. Иоанн Мейендорф. Введение в святоотеческое богословие. Вильнюс-Москва, “Весть”, 1992, Часть 3, глава 7.