İSimanqaliso Milli Parkı

iSimanqaliso bataqlıq parkı və ya iSimanqaliso Milli Parkı (əvvəllər Müqəddəs Lusiya gölü bataqlıq parkı kimi də tanınırdı) — CAR-ın Kvazulu-Natal vilayətinin şərq sahilində, yol ilə Durbandan təxminən 235 kilometr şimalda yerləşir. Şimalda Mozambik sərhəddindən Müqəddəs Lusiya gölünün cənubundakı Mapelanaya qədər sahil xəttinin 280 km-ni əhatə edən qoruq Cənubi Afrika Respublikasındakı üçüncü ən böyük qorunan ərazidir. Park iSimanqaliso səlahiyyətliləri tərəfindən idarə olunan və 3,280 km2 sahəsindəki təbii ekosistemlərdən ibarətdir.

İSimanqaliso Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 1.328.901 ha[1]
Mütləq hündürlüyü 18 m
Yaradılma tarixi noyabr 2000[2]
Yerləşməsi
28°00′ c. e. 32°30′ ş. u.
Ölkə
isimangaliso.com
İSimanqaliso Milli Parkı xəritədə
İSimanqaliso Milli Parkı
İSimanqaliso Milli Parkı
Rəsmi adıiSimangaliso Wetland Park
TipiTəbii
Kriteriya(vii), (ix), (x)
Tarixi1999 (23-cü sessiya)
İstinad nöm.914
ÖlkəCənubi Afrika Respublikası CAR
RegionAfrika
Rəsmi adıSt. Lucia System
Tarixi2 oktyabr 1986
İstinad nöm.345
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park əvvəllər Böyük Müqəddəs Lusiya bataqlıq parkı olaraq tanınsa da, 1 Noyabr 2007-ci ildə ərazinin adı dəyişdirilmişdir. İsimanqaliso sözü zulu dilində "möcüzə" və ya "heyrətamiz bir şey" mənasında işlədilir. Bu ad Çakanın Tsonqa ölkəsinə göndərilməsinin nəticəsi olaraq ortaya çıxmışdır. O, geri qayıdanda gördüyü gözəlliyi bir möcüzə kimi təsvir etmişdi.

Biomüxtəliflik

[redaktə | mənbəni redaktə et]

Nisbətən kiçik bir ərazidə meydana gələn zəngin biomüxtəliflik, bənzərsiz ekosistemlər və təbii gözəlliklər səbəbiylə park ümumdünya irsi elan edilmişdir. Fauna və floradakı böyük müxtəlifliyin səbəbi, mərcan qayaları və qumlu çimərliklərdən tutmuş subtropik dyunlara , savannalara və bataqlıq ərazilərə qədər parkdakı müxtəlif ekosistemlərin çoxluğudur. Park ərazisindəki quru heyvanlarına fil, bəbir, qara və ağ kərgədan və Afrika kəli, okeanlarda isə balina, delfinl, və dəniz tısbağaları, o cümlədən dərili tısbağa və sini çanaqlı tısbağa daxildir.

Parkda həmçinin 1200 nil timsahı və 800 begemot var.

2013-cü ilin dekabrında, 44 illik yoxluğundan sonra Afrika şirləri yenidən iSimanqalisoya gətirildi.[3]

Parkda parlaq rəngli balıqlar və mərcanların yerləşdiyi sualtı qayalar var. Dünyadakı ən möhtəşəm mərcan müxtəlifliyinin bəziləri burada yerləşir. Rifdə rəng dəyişən səkkizayaqlar və kalmarlar yaşayır. Bəzən su səthində nəhəng bir balina köpəkbalığının kiçik planktonu tutmaq üçün açdığı ağzı görünə bilər.

Parkın xeyli hissəsini təşkil edən Müqəddəs Lusiya gölündə ikitaylı molyuskların iyirmi dörd növü qeydə alınmışdır.[4]

  • "St. Lucia Estuary, South Africa". NASA Earth Observatory. 2006-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-19.
  1. https://isimangaliso.com/about-us/.
  2. https://isimangaliso.com/download-file/background-information-document-isimangalisos-gef-project/.
  3. "Arxivlənmiş surət". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-05.
  4. Nel, H. A., Perissinotto, R. & Taylor, R. H. 2012. Diversity of bivalve molluscs in the St. Lucia Estuary, with an annotated and illustrated checklist. African Invertebrates 53 (2): 503-525."Archived copy". 2012-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-14.