Barberton və ya Maxonyvua dağları — 60–120 kilometr (37–75 mil) ərazini əhatə edən kiçik dağlar və təpələrdən ibarət silsilədir. Təxminən 80%-i Cənubi Afrikanın vilayəti olan Mpumalanqada , qalan hissəsi isə qonşu Esvatinidə yerləşir.[1]
Maxonyvua dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.800 m |
Yerləşməsi | |
32° c. e. 19° ş. u.HGYO | |
Ölkə | |
|
|
Rəsmi adı | Barberton Makhonjwa Mountains |
Tipi | Təbii |
Kriteriya | (viii) |
Tarixi | 2018 |
İstinad nöm. | 1575 |
Ölkə | CAR |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Silsilənin dəniz səviyyəsindən yüksəkliyi 600–1,800 metr (2,000–5,900 ft) arasında dəyişir. Nəm otlu və meşəli dərələr olan bir sıra qayalı təpələrə malikdir.[1] Rütubətli yayı və quraq keçən qışı olan ərazidəki orta illik yağıntı miqdarı 600–1,150 millimetr (24–45 düym)-dür.[2]
Dağlar, Paleoarxeydən başlayaraq 3.2 ilə 3.6 milyard il əvvəllərə aid olduğu təxmin edilən, Yerdəki ən qədim süxurlardan bəzilərinə sahib olması ilə tanınır.[1] Dağ silsiləsinin qədimliyi və müstəsna qorunması, Yerdəki ən qədim həyat əlamətlərini və bu həyatın inkişaf etdiyi Prekembri mühitinin təbiəti haqqında məlumat verdi.[3][4] Bu da, ərazinin başqa bir şəkildə "Həyatın mənşəyi" olaraq tanınmasına səbəb oldu.[5]
Silsilə, həmçinin qızıl yataqları və bir sıra komatiitlər, ərazidən axan Komati çayının[6] adı ilə adlandırılmış qeyri-adi bir növdə ultramafik vulkanik qaya ilə də tanınır.
2014-cü ilin aprel ayında alimlər əraziyə yaxınlaşan ən böyük meteorun zərbəsinə dair dəlil tapdıqlarını bildirdilər. Zərbənin təxminən 3.26 milyard il əvvəl meydana gəldiyini və təsir gücünün təxminən 37 ilə 58 kilometr (23 ilə 36 mil) arasında olduğunu təxmin etdilər. Bu hadisə ilə yaranan krater, mövcud olsa belə hələ də tapılmamışdır.[7] 2019-cu ilin may ayında Maxonyvua dağlarındakı 3,3 milyard illik vulkanik süxurlar üzərində Yer xaricindən gəlmiş materiallar tapıldı.[8]
Esvatinililər və digər maldar xalqlar, yəqin ki, 1860-cı illərdə Avropa köçkünlərinin gəlişinə qədər burada az sayda da olsa mal-qaranı otarırdılar.[1] Ərazidə qızıl 1875-ci ildə aşkar edilmişdir.[1] Lakin bu, 1884-cü ildə Barberton şəhərinin qurulması ilə nəticələnən qızıl hərisliyinə səbəb olan Corc Barber və əmiuşaqları Fred və Harri Barber tərəfindən tapılmış tapıntı idi. Bu tapıntı daha sonra Vitervoursland qızıl həyəcanının başlaması ilə kölgədə qaldı.
Ərazidə mədənçilik azalmışdır və hal-hazırda əsas fəaliyyətlər oduncaq materialının əldə edilməsi və otarılmadır.[1] Ticarət plantasiyalarında şam və evkalipt yetişdirlir.[2]
2009-cu ildə bölgə, UNESCO-nun Ümumdünya irsi statusu üçün təqdim edildi.[1] Ərazi 2018-ci ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir.[9]