Vredefort krateri — Yer üzərindəki ən böyük zərbə krateridir. 300 kilometr (186 mil) enindədir[2] və indiki Cənubi Afrikanın Fri-Steyt əyalətindədir. Mərkəzinə yaxın olan Vredefort
Vredefort krateri | |
---|---|
Kraterin diametri | 300 km |
Kəşfi | 1937 |
Kraterin sahəsi |
|
Ölkə | |
Region | Fri Steyt vilayəti, Şimal-Qərb vilayəti[1] |
|
|
Rəsmi adı | Vredefort Dome |
Tipi | Təbii |
Kriteriya | (viii) |
Tarixi | 2005 (29-cu sessiya) |
İstinad nöm. | 1162 |
Ölkə | CAR |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
şəhərinin adını daşıyır. Kraterin özünün çoxdan silinməsinə baxmayaraq, mərkəzində qalan geoloji strukturlar Vredefort Qübbəsi və ya Vredefort formalaşması olaraq bilinir. Kraterin yaranması Paleoproterozoy erasında olduğu üçün 2,023 milyard il (± 4 milyon il) yaşı olduğu təxmin edilir. Dünyadakı üçüncü ən məşhur kraterdir.
2005-ci ildə Vredefort qübbəsi geoloji məşhurluğuna görə UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına əlavə edildi.
Vredefort kraterini yaradan asteroidin Yerlə toquşanlar arasında ən böyüyü olduğu (ən azı dörd milyard il əvvəl, Katarxey eonundan bəri) və təxminən 10–15 km (6.2–9.3 mil) diametrə sahib olduğu düşünülür.[3]
Kraterin orijinal diametrinin təxminən 300 km (190 mil)[2] olduğu təxmin edilir, lakin o, aşınmışdır. Hal-hazırda qalan formalaşma olan "Vredefort Qübbəsi", diametri 70 km (43 mil) olan halqa formalı enişdən ibarətdir və toqquşmadan sonra zərbə sahəsinin altında yaranan günbəz qalıqlarıdır.
Kraterin yaşının 2.023 milyard il (± 4 milyon il)[2] olduğu və Paleoproterozoy erasına aid olduğu düşünülür. Bu, Rusiyadakı Suavyarvi kraterindən 300 milyon yaş kiçikdir və bu da onu yer üzündəki ikinci ən qədim krater edir.
Kraterin mərkəzindəki qübbənin əvvəlcə vulkanik partlayış nəticəsində meydana gəldiyi düşünülürdü, lakin 1990-cı illərin ortalarında sübutlar bunun böyük bir asteroid zərbəsi olduğuna dəlalət etdi, belə ki, yaxınlığındakı Vaal çayının yatağında zərbə mənşəli konuslar aşkar olundu.
Vredefort Günəş sisteminin başqa cisimlərində daha çox rast gəlinməsinə baxmayaraq, yer üzündəki azsaylı çoxhalqalı zərbə kraterlərindən biridir. Bu tip üçün bəlkə də ən məşhur nümunə, Yupiterin peyki Kallisto üzərindəki Valhalla krateridir. Eroziya və tektonik aktivlik kimi geoloji proseslər Yerdəki halqalı kraterlərin böyük hissəsini məhv etmişdir.
Ümümdünya irsi obyekti olan Vredefort Qübbəsi hazırda mülki müdaxilələrə məruz qalır və yerli sakinlər çirkab sularının Vaal çayı və krater sahəsinə axıdılması ilə bağlı narahatlıqlarını bildiriblər.[4] Kraterin kənarlarında kəşfiyyat hüquqlarının verilməsi ekoloji maraqların destruktiv mədən işlərinə gətirməsinə səbəb omuşdur.