Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: İsa (ad).
İslam dinində İsa, İslamda İsa və ya İsa ibn Məryəm (ərəb.عيسى ابن مريم; H.t: Məryəm oğlu İsa[3]) — İsrailoğullarına göndərilən[4] son peyğəmbər və eyni zamanda da Məsihdir[5]. İsrailoğullarına Tövratın qanunlarını ləğv etmədən,[6]İncili təbliğ etməyə başlamışdır.[7] İsa, heç evlənməmiş və uşağı olmadan yaşamış və bu halı ilə göyə yüksəldilmişdir. Quranda 93-cü ayədə "Məryəmin oğlu", "Allahdan bir ruh" ya da "Allahın Kəlamı" ünvanları ilə və ya özünəməxsus adı ilə ümumilikdə 180 dəfə xatırlanmışdır. Quranda İsanın vəziyyəti Adəm peyğəmbərin vəziyyəti ilə müqayisə edilərək atasız yaradıldığı vurğulanmışdır.[8] İsanın Allahın izni ilə müxtəlif möcüzələr göstərdiyi qəbul edilir.[9]
Məryəm oğlu İsa Davudun nəslindəndir və anası Məryəmdir[10]. Anası Məryəm Hənnə (Məryəmin anası) tərəfindən Əl-Əqsaya (Süleyman məbədinə) ithaf edilmişdir. Onun qaynı Zəkəriyyəyə Məryəmə baxmaq həvalə edilmişdi. Məryəm Zəkəriyyənin himayəsində böyümüşdür. Bir gün Allahın mələyi Cəbrayıl Məryəmin yanına gəlir. Cəbrayıl Məryəmə insan surətində görünür[11]. Cəbrayıl ona heç kimsənin toxunmadığı bir halda İsanın atasız dünyaya gələcəyi müjdəsini vermişdir[12]. Məryəmin hamilə olduğu məlum olduqdan sonra o qövmündən ayrılaraq uzaq bir yerə çəkilmişdir.[13] Məryəm getdiyi bu yerdə uşağını dünyaya gətirmişdir.[14] Bir hədisdə şeytanın doğulan hər uşağa toxunaraq onu ağlatdığı, yalnız Məryəm və oğlu İsanın bu haldan istisna olduğu bildirilmişdir.
Məryəm körpə İsa ilə öz xalqının yanına qayıtdığı zaman, bəziləri Məryəmi qınayır və onu zina yolu ilə uşaq sahibi olmasına görə məzəmmət edirlər. Məryəm körpəyə işarə edərək onunla danışmalı olduqlarına bildirir. Bundan sonra qundaqda olan İsa danışır və bu cümlələri söyləyir: "Həqiqətən, mən Allahın quluyam. Mənə kitab verdi və məni peyğəmbər seçdi. Harada olsam, məni insanlara faydalı qərar verdi. O, mənə həyatım boyu dua etməyi, namaz qılmağı və sədəqə verməyi əmr etdi. Mənə anama itaət etməyi əmr etdi. O, məni heç vaxt zorakı və ya üsyançı etmədi. Doğulduğum gün, öldüyüm gün və yenidən dirildiləcəyim gün Allah mənə salam və bərəkət bəxş etmişdir".[15]Təbəri İsanın hələ körpə ikən peyğəmbər olduğunu və ona kitab verilməsi haqqında iki ehtimal irəli sürmüşdür. Birinci ehtimala görə, İsa hələ körpə ikən ona peyğəmbərlik bəxş edilmiş və ona İncil verilmişdir. İkinci ehtimala görə isə, o, bunların baş verəcəyinə qəti şəkildə inanırdı və ona görə də bu xoş xəbərlərin hələ reallaşmasa da, reallaşacağını bildirirdi.[14]
İsanın möcüzələrindən bəzilərinə gildən quşlar düzəldərək onları canlandırması,[16][17] korları sağaltması,[18] ölüləri diriltməsi, xəstələri sağaltması,[4] insanların nə etdiyini və nəyi gizlətdiklərini bilməsi[18] daxildir.
Səff surəsində İsanın İslampeyğəmbəriMəhəmmədi Əhməd adı ilə qabağcadan xəbər verdiyi yazılmışdır.[6] Bəzi hədislərdə də İsanın özündən sonra gələcək Məhəmməd haqqında xoş xəbərlər verdiyi bildirilmişdir.[19][20]Övliya ÇələbiSəyahətnaməsində İslam dininə görə Məryəmin oğlu İsanın həvarilərindən biri hesab olunan Şəmun-u Səfanın (XristianlıqdakıMüqəddəs Pyotr)[21] Nakura yaxınlığındakı məzarında tapdığını bildirdiyi İncil nüsxəsini dəfələrlə oxuduğunu və tədqiq etdiyini iddia etmiş və həmin nüsxədə İsaya enmiş və Məhəmmədi müjdələyən ayənin mövcud olduğunu bildirmişdir.[22][23] Övliya Çələbinin şəxsən Şəmun-u Səfanın özü tərəfindən yazdığını iddia etdiyi bu əlyazma İncil tapılmamışdır.
İsa çarmıxda və ya başqa bir surətdə öldürülməmişdir.[5] Öldürdükləri şəxs onlara İsa kimi görünmüşdür. Ona görə də öldürdükləri şəxsin İsa olduğunu düşünüb "Məryəmin oğlu İsa Məsihi öldürdük" deyə düşünmüşdürlər. Təbərinin söylədiyi başqa bir rəvayətdə həvarilərdən biri İsaya xəyanət etməmişdir. Vəhb ibn Münəbbihin nəql etdiyi bu rəvayətə görə, yəhudilər İsanı öldürmək qərarına gəldikləri zaman, onun olduğu evi mühasirəyə alırlar. Evdə İsa və onun on iki həvarisi var idi. İçəri girəndə evdəki hər kəsi İsa kimi gördülər. Bunu görüb belə dedilər: "Bizi caduladınız. Ya İsanı bizə təhvil verin, ya da hamınızı öldürəcəyik". Daha sonra bayıra çıxıb gözləməyə başladılar. İsa həvarilərinə deyir: "İçinizdən kim Cənnət qarşılığında canını satar?" Həvarilərdən biri "Mən sataram" deyir. Sonra bayıra çıxıb evi mühasirəyə alanların yanına gedərək onlara belə deyir: "Mən İsayam". Beləliklə, bu sözdən sonra onu edam edirlər və İsanı öldürdüklərini düşünürlər.[24] Ravilər arasında Katadə, Süddi, İnbni Cüreyc və Mücahid də oxşar rəvayətlər nəql etmişdirlər. Bu rəvayətlərdə İsanın həvarilərindən biri ona xəyanət etmir, əksinə, onun üçün özünü qurban verir və ona oxşadığı üçün şəhid olur. Bu həvarinin adı Sərcisdir.[25] Evdəkilərin sayı ilə əlaqədar olaraq da müxtəlif rəvayətlər mövcuddur. Buna görə, onların sayı on yeddi,[24] on doqquz, on üç və ya on dörd idi.[26]
İslamınƏhmədiyyə məzhəbinə görə, çarmıxdan xilas olmuş İsa Kəşmirə getmiş və orada Yuz Asəf adı ilə yaşamış və orada da ölmüşdür. Lakin ümumi İslam məzhəblərinin və Əhli-Sünnənin rəyi bu istiqamətdə deyildir.
İsanın titulu kimi qeyd olunan Məsih sözü Quranda dəfələrlə işlədilmişdir. Təbəri təfsirinə əsasən, “məsih” sözü “bir şeyi silmək” mənasında olan “silmək” felinin sifət halı olan “silinmiş olan” mənasındadır.[27] İsa üçün işlədildikdə “günahları silinmiş və pak olan” mənasındadır.[28]
Bəzi İslam alimləri Məsih anlayışını Xristianlıqdakı mənasına oxşar bir formada şərh edirlər:[29]
Allah İsa peyğəmbəri Yəhudilərdən hifz etmiş və onların onu öldürmələrinə izn verməmişdir. Onu öz hüzuruna qaldırmışdır. Ancaq bunun necə və nə vaxt baş verdiyinə dair fərqli izahatlar və anlayışlar mövcuddur. Əksəriyyətin qəbul etdiyi fikrə əsasən, Allah öz qüdrəti ilə onu mənəvi səmalardakı xüsusi bir məqama ucaltmış, eyni zamanda da qiyamət gününə qədər onu yenidən dünyaya geri qaytaracaq və sonra bütün kitab əhli onun peyğəmbər olduğuna inanacaq və xurafatlardan azad olacaqdır. İsa dünyada qaldığı müddət ərzində cəmiyyəti Quranla idarə edəcək və xaç və donuzla əlaqədar olan xurafatçı fikirlərə son qoyacaqdır. Başqa bir anlayışa görə isə, Allah onu yəhudilərdən hifz etmiş, ölüm vaxtı gələndə onu öldürmüş və ruhunu göydəki məqamına yüksəltmişdir. Qiyamətdən əvvəl gələcək olan da onun ruhudur. Kitab əhli olanlar, ölümlərindən əvvəl həqiqəti öyrənib buna inanacaqlar, ancaq bunun onlara heç bir faydası olmayacaqdır. Bu anlayış Ali-İmran surəsinin 54-56-cı ayələrində öz əksini tapmışdır.[30]
Quran qəti bir formada Allahdan başqa Allahın olmadığını və Allahın uşağının olmadığını bildirir.[31] İsa, Allahın özü də deyildir.[32] həmçinin də, hər hansısa bir müqəddəs üçlüyün bir hissəsi deyildir.[33] İsa hər hansısa bir formada özünün və anasının Allah olduğunu öyrətməmişdir.[34]
↑Səid Nursi, Mektûbat, s. 171, Envâr Neşriyât, İstanbul: 2010. Övliya Çələbinin əsərində Osmanlı əlifbası ilə yazdığı o ayədə keçən sözlər; "ايتون Bir oğlan", "ازربيون İbrahim nəslindən olsun", "پروفتون Peyğəmbər olsun", "لوغسلين yalançı olmasın", "بنت onun", "افزولات dünyaya gəldiyi yer Məkkə olsun", "كه كالوشير salehliklə gəlmiş olsun", "تونومنين onun mübarək adı", "مواميت Mevamit olsun", "اسفدوس ona tabe olanlar", "تاكرديس bu dünyanın maliki (sahibi) olsunlar", "بيست بيث və o dünyanın maliki olsunlar" Səid Nursi, mevamit sözünün növbə ilə Məhəmməd və Memed (Məmməd) sözlərindən təhrif edilməsi fikrini müdafiə edir.
↑Övliya Çələbi; Müasir türk dilində Övliya Çələbi Səyahətnaməsi; III Kitab, I Cild, s. 140-141 vd.; hazırlayanlar, Seyit Ali Kahraman, Yücel Dağlı; Yapı Kredi Yayınları; 3-cü tiraj, İstanbul: iyun 2012; ISBN 978-975-08-1101-1.
↑"...Allah onu (İsanı) öz mərtəbəsinə yüksəltmişdir. Allah izzət və hikmət sahibidir. Kitab əhlinin hər biri şübhəsiz ki, ölümündən əvvəl ona iman gətirəcəkdir. Qiyamət günündə də o onlara şahid olacaqdır."
↑Prof. Dr. Ali ÖZEK & Prof Dr. Hayrettin KARAMAN, Kur'an-ı Kerim ve Türkçe Açıklamalı Meali, s.102 (Nisa, 158-159 dipnot), 1992
Rippin, A. Yahya b. Zakariya // P. J. Bearman; Th. Bianquis; C. E. Bosworth; E. van Donzel; W. P. Heinrichs (redaktorlar ). Encyclopaedia of Islam. Brill Academic Publishers. ISSN1573-3912.
Ghil'ad Zuckermann. "'folk etymology Othering' and the Power of 'Lexical Engineering' in Judaism, Islam and Christianity. A Socio-Philo(sopho)logical Perspective", Explorations in the Sociology of Language and Religion, edited by Tope Omoniyi and Joshua A. Fishman, Amsterdam: John Benjamins, pp. 237–258. ISBN90-272-2710-1
Abdullah, Arif Kemil. The Qur'an and Normative Religious Pluralism: A Thematic Study of the Qur'an. IIIT. 2014. ISBN9781565646575.
Ayoub, Mahmoud M."Towards an Islamic Christology II: The Death of Jesus, Reality or Delusion (A Study of the Death of Jesus in Tafsir Literature)". The Muslim World. 70 (2). April 1980: 91–121. doi:10.1111/j.1478-1913.1980.tb03405.x.