İsmayıl Ağayev

İsmayıl Ağayev (1 iyul 1966, Tərp, Əzizbəyov rayonu) — Xızı rayonu polis şöbəsinin sabiq rəisi, Qarabağ müharibəsi iştirakçısı, beynəlxalq hüquq üzrə fəlsəfə doktoru, Beynəlxalq Diaspor Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü.[1][2][3]

İsmayıl Ağayev
İsmayıl Bəşir oğlu Ağayev
İsmayıl Ağayev.jpg
Doğum tarixi 1 iyul 1966(1966-07-01) (56 yaş)
Doğum yeri Tərp, Vayk rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Bəşir Ağayev
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Politexnik İnstitutu
Bakı Dövlət Universiteti Hüquq fakültəsi
Çexiyanın Texniki Universitetinin Hüquq fakültəsi
Fəaliyyəti polis əməkdaşı[d]
Elmi dərəcəsi
Mükafatları "Şərəf" ordeni (UQTMŞ)

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağayev İsmayıl Bəşir oğlu 1 iyul 1966-cı ildə, Ermənistanın (Qərbi Azərbaycan) Əzizbəyov rayonunun Saravan kəndində anadan olmuşdur.

Ailəlidir, bir oğlu, bir qızı var.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Saravan kənd orta məktəbini bitirmişdir. 1984–86-cı illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Çexiyanın Texniki Universitetinin Hüquq fakültəsi doktorantura dərəcəsi ilə bitirmişdir.

Türk, rusçex dillərini bilir.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992–95-ci il tarixlərində Daxili İşlər Orqanlarında işləmiş, 1992–93-cü illərdə Xızı Rayon Polis Şöbəsinin rəisi, 1994-cü il Bakı Şəhər Baş Polis İdarəsində Baş inspektor, 1995-ci il DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin komandiri vəzifələrində çalışmışdır. 2004–2008-ci illərdə isə Səbail Bələdiyyəsinin Torpaq Şöbəsinin rəisi vəzifəsində işləmişdir.[1]

Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

1993-cü ildə Xızı Rayon Polis Şöbəsinin şəxsi heyəti və yaxın qohumları ilə birlikdə Goranboyun Gülüstan kəndində könüllülər batalyonunda torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşdur.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2005-ci ildən Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olaraq ictimai fəaliyyətə başlamış, konqresin idarə heyətinin üzvü seçilmiş, daha sonra Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilmişdir və hal-hazırda nümayəndəliyə rəhbərlik etməkdədir. 2008-ci ildə Beynəlxalq Diaspor Mərkəzinin təsis konfransında sədr seçilmiş və hal-hazırda mərkəzin sədri vəzifəsindədir.[1]

Beynəlxalq Hüquq Müdafiə Təşkilatının Komissarı olması[redaktə | mənbəni redaktə et]

2018-ci ildə Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin Azərbaycan nümadəliyi yaradılmışdır.[4] Nümayəndəliyə rəhbər dr. İsmayıl Ağayev rəhbər təyin edilmişdir.[4][5] Birləşmiş Millətlər Təşkilatının üzvü olan, mərkəzi Parisdə yerləşən Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin rəsmi internet saytında Azərbaycan nümayəndəliyinin direktoru İsmayıl Ağayevin açıqlaması işıqlandırılmışdır.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 İsmayıl Ağayev [ölü keçid]
  2. "Beynəlxalq Diaspor Mərkəzi". 2018-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
  3. "İSMAYIL AĞAYEV YENİDƏN RÜTBƏLİ FORMADA". 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
  4. 1 2 "Liste des employés officiels du Comité International pour la Protection des Droits de l'Homme sur le territoire de la République d'Azerbaïdjan:". 2018-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
  5. 1 2 İsmayıl Ağayev Beynəlxalq Hüquq Müdafiə Təşkilatının Komissarı Oldu [ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]