İsmayıl Hüseynov (general)

İsmayıl Xəlil oğlu Hüseynov (16 noyabr 1974, Naxçıvan) — Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini (2023-cü ildən), Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini (2018–2023), general-mayor, gömrük xidməti general-leytenantı (2020).

İsmayıl Hüseynov
Vəzifədədir
18 iyun 2023-cü ildən
Rəisİlqar Abbasov
25 iyun 2018 – 18 iyun 2023
SədrSəfər Mehdiyev
Şahin Bağırov
ƏvvəlkiSəfər Mehdiyev
SonrakıBəhruz Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 16 noyabr 1974(1974-11-16) (49 yaş)
Doğum yeri
Təhsili
Rütbəsi
General-mayor

Gömrük xidməti general-leytenantı

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2008 "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı

İsmayıl Xəlil oğlu Hüseynov 1974-cü ildə anadan olmuşdur. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə qəbul olunmuş və 1996-cı ildə həmin universiteti bitirərək magistr dərəcəsi almışdır.[1] 2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment fakültəsini bitirərək bakalavr dərəcələrini almışdır.[2]

1995-ci ildən gömrük orqanlarında xidmətə başlamış, 1995–1998-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru və mühasibat uçotu və nəzarət bölməsinin rəisi vəzifələrində, 1998–1999-cu illərdə isə Bakı Baş Gömrük İdarəsinin "Bərə keçidi" gömrük postunun inspektoru, Maliyyə-tarif şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, tərxis olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışmışdır. 2001–2004-cü illərdə Bakı Baş Gömrük İdarəsinin "Səbail" gömrük postunda baş inspektor, 2004–2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisinin müavini və idarənin rəisi vəzifələrində çalışmışdır.[2]

İsmayıl Hüseynov 29 may 2018-ci ildə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə[3], 25 iyun 2018-ci ildə isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.[2] Paralel olaraq 2022-ci ilin avqust ayından Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmişdir.[4] Gömrük orqanlarında çalışarkən, 27 yanvar 2017-ci ildə ona gömrük xidməti general-mayoru[5], 30 yanvar 2020-ci ildə isə gömrük xidməti general-leytenantı[6] ali xüsusi rütbələri verilmişdir.

2023-cü ilin iyun ayında İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini təyin edilmişdir.[7] General-mayor ali hərbi rütbəsindədir.

İsmayıl Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 31 yanvar 2008-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə[8], 29 yanvar 2019-cu ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə[9] təltif edilmiş, bir sıra yubiley medallarına layiq görülmüşdür.

Ailəlidir, 2 övladı var.

  1. "Hüseynov İsmayıl Xəlil oğlu". Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi. 2022-07-02 tarixində orijinalından arxivləşdirilib.
  2. 1 2 3 "Hüseynov İsmayıl Xəlil oğlu". Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi. 2021-12-27 tarixində orijinalından arxivləşdirilib.
  3. "Bakı Baş Gömrük İdarəsinin rəisi dəyişib". Report İnformasiya Agentliyi. 2018-05-29. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  4. "Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin icrası DGK sədrinin I müavininə tapşırılıb". Report İnformasiya Agentliyi. 2022-09-01. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  5. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2019-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  6. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  7. "Gömrük generalı yüksək vəzifəyə təyin olundu". 2023-06-18. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  8. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  9. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.