İv Montan (fr. Yves Montand, Fransızca tələffüz: [iv mɔ̃ˈtɑ̃], əsl adı İvo Livi, it. Ivo Livi; 13 oktyabr 1921[1][2][…] – 9 noyabr 1991[1][3][…], Sanlis, Fransa[4][5]) — fransız şanson müğənnisi və aktyoru.
İv Montan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Ivo Livi |
Ləqəbi | Yves Montand |
Doğum tarixi | 13 oktyabr 1921[1][2][…] |
Vəfat tarixi | 9 noyabr 1991[1][3][…] (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Partnyoru | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | kino aktyoru, müğənni, rəqqas |
Fəaliyyət illəri | 1945–1991 |
Janr | şanson |
yves-montand-site-officiel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İvo Livi 13 oktyabr 1921-ci ildə İtaliyanın Monsummano-Alto şəhərində dünyaya gəlmişdir. O, Cüzeppina və Covanni Livinin 3 uşağından balacası idi. Qısa müddət sonra ailə Fransaya köçür və Marseldə məskunlaşır. ABŞ-a köçmək fikirləri olsa da, viza problemləri ilə əlaqədar bu mümkün olmur.
1929-cu ildə onlar Fransa vətəndaşlığı alırlar. Gələcək müğənni gənclik illərində əvvəlcə bacısının bərbərxanasında, sonra isə gəmi təmiri müəssisəsində fəhlə işləyir. O öz sənət fəaliyyətini müğənni kimi kinoteatrlarda, klublarda və müzik-hollarda başlamışdır. Təxəllüs kimi o, "İv Montan" adını götürür (İv — İvo adının fransız variantıdır). Özünün verdiyi izaha görə bu təxəllüsün seçilməsi onunla əlaqədardır ki, o uşaq olanda anası onu evə çağırarkən italyan və fransız sözlərini qarışdıraraq "İvo, monta!", yəni "İv, yuxarı qalx!" deyərmiş.[8]
O, bu təxəllüs altında səhnəyə ilk dəfə 17 yaşında çıxmışdır. 1944-cü ildə Montanın Parisdəki çıxışı zamanı Edit Piaf onu görür. Bu tanışlıqdan sonra 1946-cı ilədək onlar birlikdə səhnəyə çıxırlar. Piaf onun repertuarı ilə şəxsən məşğul olur və öz mahnılarının müəlliflərindən Montan üçün bir neçə mahnı yazmalarını xahiş edir. 1946-cı ildə onlar ayrılırlar.
1949-cu ilin avqustunda Montan Sen-Pol-de-Vansda Simona Sinyore ilə tanış olur. Tezliklə Simona birinci əri İva Alleqredən ayrılır və 1951-ci ilin dekabrında Montanla ailə həyatı qurur. Bu cütlük çox populyar idi və şəkilləri jurnalların üz qabığından düşmürdü. Onlar dəfələrlə filmlərdə tərəf müqabili olmuşdular.
1985-ci ildə Simona Sinyore vəfat etdi. 1986-cı ildə "Jan de Floret" filminin çəkilişlərində Montan bir neçə il əvvəl işə qəbul etdiyi katibəsi Karol Amyellə sevgi macərası yaşayır. Amyel İv Montanın yeganə övladının, 1988-ci ilin dekabrında dünyaya gələn Valentinin anasıdır.
İv Montan 1991-ci il noyabrın 9-da "İP-5: Dərisi qalınlar adası" filminin çəkilişləri zamanı soyuqlayaraq, çəkiliş meydançasında vəfat etmişdir.
Solçu fikirləri ilə məşhur olan İv Montan, bu səbəbdən SSRİ-də çox populyar idi. Kommunizm ideyalarını dəstəkləyən Montan, hətta 1956-cı il Macarıstan hadisələrindən sonra SSRİ-yə qastrol səfərlərini ləğv etmədi. Buna görə fransız mətbuatı onu ciddi tənqid etsə də, SSRİ-də onu sevinclə qarşılamışdılar.