İvan Erdeli

İvan Georgiyeviç Erdeli (rus. Иван Георгиевич Эрдели; 15 oktyabr 18707 iyul 1939, Paris) — rus hərb xadimi, süvari qoşunları (kavaleriya) generalı (1917). Birinci dünya müharibəsiRusiya vətəndaş müharibəsi iştirakçısı. Könüllü ordunun əsasını qoyanlardan biri. Denikin qoşunlarının baş komandanı.

İvan Erdeli
rus. Иван Георгиевич Эрдели
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Erdelevka kəndi,  Rusiya İmperiyası (indiki Ukrayna)
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Paris, Fransa Fransa
Vətəndaşlığı  Rusiya İmperiyası
Təhsili
  • Nikolayev Süvari Məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rus
Rütbəsi kavaleriya generalı
Döyüşlər Birinci dünya müharibəsi; Rusiya vətəndaş müharibəsi
Təltifləri II dərəcəli Müqəddəs Vladimir ordeni III dərəcəli Müqəddəs Vladimir ordeni IV dərəcəli Müqəddəs Vladimir ordeni "Müqəddəs Anna" ordeni I dərəcəli Müqəddəs Stanislav ordeni

İvan Erdeli 1870-ci ildə Rusiya İmperiyasının Xerson quberniyasında (indiki Ukrayna) anadan olmuşdur. Onun ata-babaları XVIII əsrdə Rusiyada pravoslavlığı qəbul edən və Rusiyaya köçən macar zadəganları olmuşdur. Babası Pyotr RumyantsevAleksandr Suvorovun qoşunlarında xidmət etmişdir.

Atası — Yeqor (Georgi) Yakovleviç, 1871–1876-cı illərdə Xerson quberniyasının zadəgan lideri olmuşdur.

Anası — Leonida Tulubyevada anadan olmuşdur.

Qardaşı — Yeqor Yeqoroviç, Minsk qubernatoru və Rusiya imperiyası dövlət şurasının üzvü olmuşdur.

General İvan Erdeli Aleksandr Kuzmunskinin qızı, Lev Tolstoyun qardaşı qızı Mariya Aleksandrovna Kuzmunski (1869–1923) ilə evləndirmişdir.

İvan Erdeli 1890-cı ildə Nikolayevski kavaleriya məktəbini, 1897-ci ildə Nikolayevski Baş Qərargah Akademiyasını bitirmişdir.

Hərbi rütbələri

[redaktə | mənbəni redaktə et]

Erdeli 1890-cı ildə Zat-Aliləri polkunun Qusar leyb-qvardiyası (rus. Лейб-гвардии Гусарский Его Величества полк) məktəbini bitirmişdir. 1899-cu ilin noyabrından Qafqaz hərbi dairəsi qərargahında qərargah zabiti, 12 sentyabr 1900-cü ildən böyük knyaz Nikolay Nikolayeviçin kavaleriyasında general-inspektor qərargahının baş adyutantı olmuşdur. 22 iyun 1905-ci ildən Dövlət müdafiə şurasının dəftərxanasında baş kargüzar olmuşdur. 9 iyun 1907-ci ildən 8-ci Həştərxan draqun alayının komandiri, 15 may 1910-cu ildən Draqun polkunun leyb-qvardiyasının komandiri və general-mayor olmuşdur. 6noyabr 1912-ci ildən isə, general-kvartirmeyster olmuşdur.

Birinci dünya müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

1917-ci ilin noyabrında Könüllü ordunun formalaşmasında ilk günlərdən iştirak edən digər generallarla birlikdə Dona getmiş, 1918-ci ilin yanvar-mart aylarında Kuban regional hökumətində Könüllü ordunun nümayəndə sədri olmuşdur. 1918-ci ilin mart-aprel aylarında Yekaterinodar yaxınlığında döyüşlərdə uğurla fəaliyyət göstərən Könüllü ordusunun əlahiddə süvari briqadasına komandanlıq etmişdir. 1918-ci ilin mayından avqustun sonuna qədər 1-ci süvari diviziyasına komandanlıq etmiş, 1-ci və 2-ci Kuban yürüşlərində iştirak etmişdir.

1918-ci ilin oktyabrında silah tədarükü və bolşeviklərə qarşı mübarizədə ingilis və fransız birlikləri ilə danışıqlar aparmaq üçün Salonikiyə göndərilmişdir.

Denikin ordusunda süvari diviziyaya komandanlıq etmişdir. 1919-cu ildə Şimali Qafqaz və Çərkəz-Dağıstan diyarında hərbi əməliyyat aparan Denikin qoşunlarının baş komandanı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti dağlıların azadlıq mübarizəsinə yardımlarını davam etdirdiyi üçün Erdeli Cümhuriyyətin diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevdən Dağıstandan çıxmasını tələb etmişdi[1].

1919-cu ilin yanvarında ingilis komandanlığının nümayəndələri ilə əlaqə yaratmaq üçün Zaqafqaziyaya göndərilmişdir. 1919-cu ilin aprel ayından etibarən general Vladimir Lyaxovun yerinə Terek-Dağıstanın qoşunları baş komanandanı vəzifəsinə təyin edilmişdir. 1919-cu ilin iyulundan — Şimali Qafqaz qoşunlarının baş komandanı və ordu komandiri, 25 aprel 1920-ci ildə Rusiya Cənub Silahlı Qüvvələrinin (VSYUR) ehtiyat sırasına köçürülmüşdür. 24 avqust 1920-ci ildə "Rus" gəmisində Krıma qayıtmışdır.

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 339
  • Залесский К. А. Кто был кто в Первой мировой войне. — М.: АСТ; Астрель, 2003. — 896 с. — 5000 экз. — ISBN 5-17-019670-9 (ACT); ISBN 5-271-06895-1(Астрель).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]