Vladimir Platonoviç Lyaxov (rus. Владимир Платонович Ляхов; 20 iyun 1869, Sankt-Peterburq – 30 aprel 1920, Batum) — Rusiya hərbçisi, general-leytenant, İran Kazak diviziyasının komandiri.
Vladimir Lyaxov | |
---|---|
rus. Владимир Платонович Ляхов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq, Rusiya |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Batumi, Rusiya |
Vətəndaşlığı | |
Milliyyəti | Rus |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-leytenant |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri |
Məhəmmədəli şah Qacar, çar polkovniki V. Lyaxovu Tehranın hərbi qubernatoru təyin etdi. Onun məqsədi Məşrutə inqilabımı boğmaq idi. Səttar xan isə ayıq bir sərkərdə olduğu üçün Təbrizdə hərbi düşərgə yaratmışdı. Polkovnik V. Lyaxov kazak süvarilərindən ibarət böyük bir dəstə ilə Təbrizə hücum edərkən onları Sərdari-millinin mücahidlərdən ibarət dəstəsi sərrast atəşlərlə qarşıladı.
Vladimir Lyaxovun kazak süvarilərindən ibarət olan dəstələri böyük itki verərək geri çəkilməyə məcbur oldular.
İrticaçılar 1908-ci ilin əvvəllərində Azərbaycanda və İranın başqa yerlərində öz fitnəkarlıqlarını qüvvətləndirdilər. Şah və onun ətrafında toplaşan mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel və may aylarında hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Bir gün əvvəl şah kazak briqadasının komandiri polkovnik Lyaxovu polis və digər inzibati orqanlar da daxil olmaqla Tehrandakı bütün silahlı qüvvələrin başçısı təyin etdi. Şahdan məclis binasında, Sepəhsalar məscidində və başqa yerlərdə cəmləşmiş inqilabçıları tərksilah əmrini alan Lyaxov iyunun 23-də səhər tezdən hücum əmrini verdi. Məclisin müdafiəçilərinin bir saat, "Azərbaycan", "Müzəffəri" əncümanları və digər yerlərdə toplanan döyüşçülərin isə 7 saat davam edən müqavimətinə baxmayaraq top atəşi altında onların binaları dağıdılaraq qarət edildi. Tehranın hər tərəfində əncümanlar, qəzet redaksiyaları və s. dağıdıldı, 300 nəfərdən çox konstitusiyaçı həlak oldu. Məclis nümayəndələrindən və konstitusiya tərəfdarlarından çoxu həbs və sürgün edildilər.