Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası.
Məsumə Babayeva | |
---|---|
azərb. Məsumə Babayeva | |
Doğum tarixi | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları |
|
Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Aktrisa Azərbaycan Televiziyasında "Ürək rahatlıq sevmir" və "Deyin, Həyat haradadır?" kimi televiziya tamaşalarında modelyer və Həyat rollarına çəkilmişdir.
10 mart 2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.[1] 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]