Şəki Hava Limanı - Azərbaycanın Şəki şəhərində yerləşir. 1932-ci ildə fəaliyyətə başlamışdır.[1] 1997-ci ildən bəri normal vəziyyətdə olsa da, fəaliyyət göstərmir. 132 hektar sahəni əhatə edir və 4 təyyarəni eyni vaxtda qəbul etmək imkanı var. Aeroportun radiotexniki avadanlıqları saz vəziyyətdədir, uçuş-enmə zolağı, demək olar ki, 1600 metrdir. Şəki hava limanının fəaliyyətinin yenidən bərpası isə 2015-2018-ci ilin Dövlət Proqramında nəzərdə tutulmuşdu.[2]
Şəki Hava Limanı | |
---|---|
41°09′ şm. e. 47°10′ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: UBEI | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | Azərbaycan |
Yeri | Şəki |
Xəritə | |
|
“Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.[3]