Yevlax Hava Limanı

Yevlax Hava Limanı Azərbaycanın Yevlax şəhərində yerləşən aeroportdur. Hava limanının texniki-iqtisadi göstəriciləri, 2013-cü ildə yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur. Aerodrom bir çox iri həcmli təyyarələrin və bütün tipli helikopterlərin qəbulu üçün yararlıdır.[1]

Yevlax Hava Limanı
Xəritə

40°44′16″ şm. e. 46°19′03″ ş. u.


IATA: YLVICAO: UBEE
Məlumat
Hava limanı tipi Mülki
Ölkə
Yeri Yevlax
 Azərbaycan
Sahibkar Azərbaycan Hava Yolları
Xəritə
YLV (Azərbaycan)
YLV
Aeroportun Azərbaycan xəritəsində yeri

2020-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyinin Azərbaycan Respublikasının Yevlax da daxil olmaqla altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti müsbət cavablandırılıb.[2][3]

10 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yevlax hava limanının açılışında iştirak etmişdir[4]. Cənab prezident nitqi zamanı onu da vurğuladı ki, Yevlax aeroportu sovet dövründə fəaliyyət göstərirdi. O vaxt uçuş-enmə zolağı o qədər böyük deyildi, ancaq kiçik təyyarələri qəbul edə bilərdi. Bu gün isə yeni zolaq tikilmişdir. İstənilən təyyarə enə bilər – "Boeing", "Aerobus", digər təyyarələr. Bütün beynəlxalq standartlara cavab verən bir aeroportdur və Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında bu aeroportun çox böyük rolu olacaqdır[5]. SSRİ dövründə III və IV dərəcəli təyyarə və helikopterlərin qəbul edilməsi üçün regional hava limanı kimi istifadə edilmişdir. Hava limanı işıq siqnal və radiotexniki avadanlıqla təchiz edilmişdir. Həmçinin Batay pilot məktəbinin pilotlarının təlimi və hərbi aviasiyanın yerləşdirilməsi üçün istifadə edilmişdir.

Hava limanı hazırda əsasən özəl təyyarələrlə istifadə olunur. Müntəzəm sərnişin nəqliyyatı yoxdur.

  1. "Mülki Hava Nəqliyyatı". 2014-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
  2. "Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  3. "Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  4. https://president.az/az/articles/view/9252
  5. https://president.az/az/articles/view/9252

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]