Sitalçay aerodromu — Azərbaycan Respublikasının Xızı rayonunda, Bakıdan 70 km şimal-qərbdə, Xəzər dənizi sahilində yerləşən hərbi aerodrom. Sovet dövründə tikilib. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. 1991-ci ildə bu aerodromda Sovet hərbi aviasiyasına məxsus 30 SU-25 qırıcısı xidmət edirdi.[1] Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib.[2] 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi. Lakin Rus ordusu razılaşmanı pozaraq buradan çıxmazdan qabaq bazadakı hərbi təyyarələrin çoxusu hərbçilər tərəfindən Rusiyaya qaçırıldı, avadanlıqlar isə dağıdılaraq yarasız hala gətirildi.
Sitalçay aerodromu | |
---|---|
40°47′02″ şm. e. 49°24′02″ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: yoxdur | |
Məlumat | |
Hava limanı tipi | Hərbi |
Ölkə | Azərbaycan |
Yeri | Sitalçay, Xızı |
Xəritə | |
|
Uzun müddət istifadəsiz qaldığına görə avadanlıqları ilə yanaşı uçuş-enmə zolağı da demək olar ki, tam yararsız hala düşmüş Sitalçay hərbi aerodromu yenidən qurulur və modernləşdirilir. Yenidənqurma işləri Türkiyə tərəfinin təşəbbüsü və iştirakı ilə həyata keçirilir. Strateji əhəmiyyət daşıyan hərbi aerodromun uçuş-eniş zolaqlarının, anqarlarının, komanda-idarəetmə məntəqəsinin NATO tələblərinə cavab verən ən son texnologiya ilə təmin ediləcəyi nəzərdə tutulur. Uçuş idarəetmə sistemini hazırlamaq vəzifəsini isə Türkiyənin məşhur “HAVELSAN” şirkəti öz üzərinə götürüb.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |