Füzuli Beynəlxalq Hava Limanı

Füzuli Beynəlxalq Hava LimanıAzərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir.[1][2]

Füzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı
Xəritə

39°35′39″ şm. e. 47°11′47″ ş. u.HGYO


IATA: FZLICAO: UBBF
Məlumat
Ölkə
Yeri Füzuli, Azərbaycan
Açılış tarixi 26 oktyabr 2021
Sahibkar Azərbaycan hökuməti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.[3]

Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı.[4]

2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı.[5] Bundan sonra azərbaycanlı minatəmizləyənlər şəhəri və onun ətrafındakı bütün mina sahələrini təmizləmək üçün gecə-gündüz çalışmışdır.[6]

Hava limanı tikilməsi qərarı

[redaktə | mənbəni redaktə et]

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirdi.[7]

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutdu.[8] Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılırsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi və ilk sınaq təyyarəsini qəbul etmişdi. Sentyabrın sonuna isə aeroportun tam təhvil verilməsi planlaşdırılır.[9]

Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərinin işğalından öncə şəhərdə yerli əhəmiyyətli olsa da hava limanı mövcud idi. Bu hava limanı da bütün şəhər kimi son 27 ildə xarabalığa çevrilmişdi. Bu hava limanının uçuş zolağı da 1600 metr olmuşdur.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olmuşdur. Hava limanının tikintisi prezidentin bölgəyə səfərindən dərhal başlamışdır. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.[10]

Tikinti getdiyi ərazi döyüş bölgəsi olduğundan, düşmən tərəfindən minalanmışdır. Bu amildə tikintinin sürət tempinə təsir göstərmişdir. Belə ki, tikinti ilə yanaşı minalardan təmizləmə işi paralel aparılmışdır. İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal "AARDVARK" modelli mexanizm alınıb və əraziyə gətirilmişdir.[11] Aeroportun tikintisinə müasir texnologiyalardan istifadə edilmişdir. İki müasir tipli asfalt-beton qurğusu alınmış, həmçinin üç doğrayıcı-çeşidləyici qurğu da inşa olunmuş və bir ədəd beton zavod, 1 ədəd qarışdırıcı mexaniki qurğu quraşdırılmışdır. 2021-ci ilin yazından sonra isə tikintidə 24 saatlıq iş rejimi təşkil edilmişdir.

Hava Limanının layihələndirməsinin tərkibinə aşağıdakı obyektlər daxil edilmişdir:[12]

  1. Aerovağzal binası
  2. 3000x45 metr ölçüdə uçuş enmə zolağı
  3. Peron
  4. Yönəldici yol
  5. Uçuş enmə zolağının işıq siqnal sistemləri
  6. Transformator yarımstansiyalarının tikintisi
  7. Köməkçi binalar

İstifadəyə verilməsi

[redaktə | mənbəni redaktə et]

Hava limanı nəzərdə tutulduğu kimi qısa müddətdə inşa edilərək, istifadəyə verildi. Belə ki, 5 sentyabr 2021-ci ildə aerodroma ilk böyük sınaq uçuşu təşkil edildi. Azərbaycan Hava Yollarına məxsus Airbus A340-500 sərnişin təyyarəsi və Silk Way Hava Yollarına məxsus Boeing 747-400 yük təyyarəsi həmən günü uğurlu sınaq uçuşları həyata keçiriblər. Bununla da, uçuş enmə zolağının tam hazır olduğu və istismara qəbul edilməsi prosesi yekunlaşıb. Aeroportun ilk sərnişinləri sınaq uçuşunda iştirak edən, 100 nəfər media və ictimai fəal olub.[13]

2021-ci il oktyabrın 26-da isə hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin dövlətinin rəsmilərinin olduğu Türkiyənin bir nömrəli təyyarəsi, elə Ankara - Füzuli hava xətti ilə uçuş edərək, birbaşa Füzuli Beynəlxalq Hava Limanına enmişdir.[3]

Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuqişlərini sürətləndirdi. Belə ki, hava limanı həmin ərazilərin bərpa və yenidən qurulması üçün zəruri olan yüklərin daha tez və asan daşınmasına şərait yaratdı. Eyni zamanda, liman yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün geniş imkanlar açdı. Hava limanının açılması bölgədə turizmin inkişafına şərait yaradacaq. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq, həmin ərazilərdə inşa olunan beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək. Bütün bunlar isə regionun inkişafına böyük təkan verməklə yanaşı, investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq. [14]

  1. apa.az. "Füzuli Hava Limanına beynəlxalq status verilib" (az.). Firuzə Vahid. 16 oktyabr 2021. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2021.
  2. 24saat.org. "Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır" (az.). Vüqar Qurdqanlı. 17 oktyabr 2021. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2021.
  3. 1 2 "Erdogan To Join Aliyev At Ceremony To Open Airport Beside Nagorno-Karabakh" (ingilis). Radio Free Europe / Radio Liberty. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2021.
  4. "Azerbaijan's Fizuli a ghost town after Karabakh battles". France 24 (ingilis). 19 November 2020. 20 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2021.
  5. "The Azerbaijani flag was raised up in the center of liberated from the occupation Fizuli city". Azerbaijani Ministry of Defence (ingilis). 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2021.
  6. "30 illlik Azərbaycan-Ermənistan müharibəsindən sonra Qarabağda bərpa prosesi". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 28 sentyabr 2021. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2021.
  7. "Аэродромы в Агдаме, Физули и Ханкенди включены в каталог международных индексов местоположений". mincom.gov.az (az.). 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
  8. "Официальный сайт президента Азербайджанской Республики - НОВОСТИ » Мероприятия". ru.president.az (rus). 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-15.
  9. "Президент: В Физули будет построен международный аэропорт". Информационное Агентство Репорт (rus). 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
  10. "Füzuli hava limanının tikintisi davam edir - FOTO". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  11. "Füzulidə hava limanı tikilən ərazinin minalardan təmizlənməsi üçün yeni texnika alınıb". 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  12. "Füzuli Beynəlxalq Hava Limanında bu obyektlər yerləşəcək (FOTO)". 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  13. "Landmark Development: AZAL's "KARABAKH" aircraft landed at Fuzuli Airport" (ingilis). AZERTAC. 5 September 2021. 5 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2021.
  14. "Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirəcək". Yeni Azərbaycan (ingilis). 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]