Naftalan Hava Limanı

Naftalan Hava Limanı — Azərbaycanın Naftalan şəhərində yerləşən, 1997-ci ildən bəri fəaliyyəti dayandırılmış hava limanı.

Naftalan Hava Limanı
Xəritə

40°31′ şm. e. 46°51′ ş. u.HGYO


IATA: yoxdurICAO: yoxdur
Məlumat
Hava limanı tipi Mülki
Ölkə Azərbaycan Azərbaycan
Yeri Naftalan
Xəritə
Naftalan Hava Limanı (Azərbaycan)
Aeroportun Azərbaycan xəritəsində yeri

Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulan hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. O vaxtdan bəri hava limanı Gəncə və Bakı aeroportları üzrə bilet satışı həyata keçirən kassa rolunu oynayıb. Əvvəllər bu aeroport vasitəsilə Bakı-Naftalan istiqamətində Yak-40 sərnişin təyyarələri uçub.[1]

Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

2020-ci ilin noyabrında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq məkan indeksləri kataloquna daxil ediləcəyi açıqlanıb.[2]

2021-ci ilin iyul ayında Azərbaycanın prezidenti İlham Əliyev hava limanını ziyarət edərək onun yenidənqurma planlarını müzakirə edib.[3]

  1. "Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  2. "Ağdam, Füzuli və Xankəndidəki hava limanları ICAO reyestrinə daxil ediləcək". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  3. "Prezident Naftalan hava limanı ilə tanış olub". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]