Şəlalə Zeynalova

Şəlalə Kərəm qızı Zeynalova (Füzuli rayonu) — Azərbaycanlı baytar (veterinar), tədqiqatçı-alim, Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent.[4] Az. BETİ 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının direktoru[5][6][7]

Şəlalə Zeynalova
Şəlalə Kərəm qızı Zeynalova
Caspian Agro sərgisindən (2022)
Caspian Agro sərgisindən (2022)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Baytarlıq
Elmi dərəcəsi Aqrar elmlər üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri A. R. Kənd Təsərrüfatı Nazirliyi
Təhsili Azərbaycan Kənd Təsərrüfatı Akademiyası
Cənubi Qafqaz ölkləri üzrə Sahə Epidemiologiyası və Laboratoriya proqramı (FELTP)
Vageningen Universiteti[1]
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Elmi rəhbərləri Emma Ağayeva[2]
İlham Əzimov
Üzvlüyü Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurası[3]

70-dən çox elmi məqalələrin və tezislərin müəlifidir. 3 dərs vəsaiti, 1 monoqrafiya və 3 elmi-metodiki təlimatın müəllifidir.

Bir çox beynəlxalq və yerli layihələrin tərtibatçısı, beynəlxalq elmi-tədqiqat konfranslarının iştirakçısı və məruzəçisi, işçi qruplarının üzvü olmuşdur.

Zeynalova Şəlalə Kərəm qızı 9 yanvar 1978-ci ildə Füzuli rayonunda anadan olmuşdur.

Ailəlidir, iki övladı var.

1994–98-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə, Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2010–2014-cü illərdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsili alıb. 2014-cü ildə "Эпизоотология Ньюкаслской болезни птиц в Азербайджане и усовершенствование методов диагностики" (azərb. "Quşların Nyukasl xəstəliyinin diaqnostikasının təkmilləşdirilməsi"‎) mövzusunda doktorluq dissertasiyası müdafiə edib və aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.[8]

2013–2015 illərdə Cənubi Qafqaz ölkləri üzrə Sahə EpidemiologiyasıLaboratoriya proqramı – FELTP (təşkilatçı-Xəstəliklərə Nəzarət Mərkəzi-CDC, ABŞ) üzrə Gürcüstanda təhsil almışdır.

2021-ci ilin dekabr ayında elmlər doktoru elmi dərəcəsi üçün Baytarlıq Elmi Tədqiqat İnstitutunda "Azərbaycanda heyvanların nodulyar dermatit, şmallenberq və quduzluq xəstəliklərinin epidemioloji xüsusiyyətləri və molekulyar tədqiqi" mövzusunda ilkin müdafiəni edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıın qərarı ilə əsas müdafiənin günü təyin olunmalıdır. Tədqiqat işləri Böyük Britaniya, Fransa, BETİ və Respublika Baytarlıq Laboratoriyasında həyata keçirilmişdir. Elmi rəhbəri professor, əməkdar kənd təsərrüfatı işçisi İlham Əzimovdur.[9]

İşlədiyi dövrdə laborator müayinələrin təkmilləşdirilməsi, heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlərin yüksək səviyyədə təşkili üçün elmi tədqiqatların aparılması, ölkənin xarici konfransseminarlarda yüksək səviyyədə təmsil olunması üçün fəaliyyətdə olmuşdur. Müxtəlif ölkələrdə (Böyük Britaniya, İtaliya, Niderland, Türkiyə, Avstria, İspaniya, Rumıniya, Belçika və s.) təlimlər almış və tədqiqatlar aparmışdır.

2006-cı ildə A. R. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsinə, aparıcı baytar həkimi kimi işə götürülüb. О, işlədiyi müddət ərzində BakteriologiyaVirusologiya şöbələrinin müdiri və 2016-cı ildə laboratoriyada direktor müavini[10] vəzifəsinə təyin edilir. 2018-ci ildə 3-cü Biotəhlükəsizlik səviyyəli Mərkəzi Referens Laboratoriyaya direktor təyin edilir.[11][12][13]

2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsində virusologiya, mikrobiologiya, parazitologiya dərsi deyir.[14]

2013-cü ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Mobillik qrantının qalibi olmuş və 2 həftəlik Böyük Britaniyada yerləşən OİE-nin laboratoriyasında təcrübə keçmişdir. Təcrübə müddətində ilk dəfə olaraq Azərbaycandan apardığı quduzluq nümunələrinin genetik analizini aparmış və xəstəliyin epidemiologiyasını öyrənmişdir. Azərbaycanda quduzluq xəstəliyinin öyrənilməsində fundamental layihə həyata keçirmişdir.[15]

2017-ci ildə Global Alliance for Rabies Control (GARC) beynəlxalq təşkilat tərəfindən keçirilmiş "Quduzluq xəstəliyinə qarşı mübarizə aparan alimlər" müsabiqəsində, dünyanın 10 yaxşı alimi siyahısına daxil edilmişdir.[16]

2017-ci ildə Elmin İnkişaf Fondunun-Mob-8–2017, qrant müsabiqəsinnin qalibi olaraq, Fransanın paytaxtı Paris şəhərində keçirilən 7-ci Beynəlxalq Baytarlıq Konqresində elmi məruzə ilə çıxış etmişdir.[17][18]

2007–2010-cu illərdə BMT-nin FAO təşkilatı və ARKTN-in quş qripi layihəsində təlimçi olmuşdur.

2008-ci ildə ABŞ-nin Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTAP) çərçivəsində ilk dəfə olaraq Azərbaycanda xəstəliklərin alovlanma vaxtı, çöl şəraitində PZR müayinəsi aparmaq üçün çevik qrup yaradılır və bu dəstənin PZR müayinəsi üzrə eksperti təyin edilir (MORU).

2012-ci ildə xəstəliklərin elektron müşahidə sistemi – EİDSS proqramının tədbiqi məqsədilə Dövlət Baytarlıq Xidmətində yaradılmış işçi qrupunun üzvü və həmin proqramın təlimçisi olmuşdur.

2015-ci ildə Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTAP) çərçivəsində "Bərdə rayonunda quş qripi və nyukasl xəstəliklərinin bioloji müaşahidəsi" layihəsinin müəllifi və rəhbəri olmuşdur.

2018-ci ildən hal-hazıra kimi, "HORİZON 2020" Defend layihəsininin iştirakçısıdır.[19]

23 avqust 2021-ci ildə "International Register of Certificated Auditors" (IRCA — Böyük Britaniya) təşkilatının təlimini keçmiş və imtahan verərək FSSC 22000 standartı üzrə baş auditor sertifikatı almışdır və bu təşkilatın auditorlar siyahısına daxil edilmişdir.

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq Azərbaycanda quduzluq xəstəliyinin filogenetik tədqiqatını aparmışddır və ölkədə yayılmış ştamları təyin etmiş və quduzluq virusunun yayılmasında əsas rolu vəhşi heyvanlar deyil, sahibsiz itlər olduğunu müəyyənləşdirmişdir. İlk dəfə 10 nümunə "Azrabies" adı altında Milli Biotexnoloji Məlumat Mərkəzi (NCBİ) portalına yerləşdirilmişdir.[20]

Dünyada ilk dəfə qeydə alınmış Şmallenberq xəstəliyinin tədqiqatını aparmış və bu xəstəliyin öyrənilməsində yeni göstəricilər irəli sürmüşdür. Bu təcrübədən ha-hazırda dünya alimləri istifadə edir.[21][22]

İribuynuzlu heyvanların Nodulyar dermatit virus xəstəliklərini araşdırmış, tədqiqatlar aparmış və bu da öz əksini SCOPUS, PubMed kimi nəşrlərdə məqalə şəklində tapmışdır.[23]

İlk dəfə Azərbaycanda "quş qripi və nyukasl xəstəliyinin bioloji müşahidəsi" layihəsinin hazırlamış və tədqiqatını aparmışdır. Tədqiqat nəticəsində nümunələrin "heyvanların əziyyət edilməməsi" kimi yeni yanaşmadan istifadə etmişdir və effektiv metod təklif etmişdir. Nəticələr beynəlxalq konfranslarda təqdim edilmişdir.[24]

İşlədiyi tanınmış alimlər:

1. Quduzluq layihəsinin həyata keçirilməsində Böyük Britaniyadan olan dünyada tanınmış alimlərlə birgə çalışmışdır. Bunlardan Dr. Dan Horton, Surrey Universitetinin müəllimi.

2. Animal and Plant Health Agency (APHA), virusologiya departamentinin rəhbəri Tony Fooks,

3. Şmallenberq xəstəliyinin öyrənilməsində Christian E. Lange kimi məşhur virusoloqla araşdırma aparmışdır.

4. UCONN, Connecticut Universitetinin (ABŞ) professoru Guillermo Risatti

Kitab və təlimatları

[redaktə | mənbəni redaktə et]

1. Kitab/Dərslik: Heyvanların infeksion xəstəlikləri və biotəhlükəsizlik qaydaları[25]

2. Kitab/dərs vəsaiti: Biotəhlükəsizlik və mikrobiologiya terminləri izahlı lüğəti.[26][27]

3. Təlimat: Polimeraza Zəncirvari reaksiya

4. Təlimat: Biotəhlükəsizlik qaydaları

5. Təlimat: Quş qripi və nyukasl xəstəliklərinin differensial diaqnostikası

Elmi Məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilmişdir:

  1. "Education for Professionals". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  2. Əməkdar müəllim, b.e.d., prof. Ağayeva E.M. [ölü keçid]
  3. Elmi Şura üzvləri
  4. "AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  5. "Həyat elmləri departamentində seminar keçirildi". 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  6. Gənc Alim və Mütəxəssislər Şurasının II elmi-praktik konfransı keçirilmişdir [ölü keçid]
  7. "Gənc Alim və Mütəxəssislər Şurasının konfransı keçirilib". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  8. Зейналова Шалала Карам кызы. Эпизоотология Ньюкаслской болезни птиц в Азербайджане и усовершенствование методов диагностики [Текст] : дис. … д-ра филос. по аграрным наукам : 3109.01 Ш. К. Зейналова ; М-во Сельского Хозяйства, Азерб., Азерб. Научно-Исследовательский Ветеринарный Ин-т.- Б., 2014.- 174 с. anl.az Arxivləşdirilib 2022-07-21 at the Wayback Machine
  9. "Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmlər doktorluğu üzrə təhsil alan doktorantlarının SİYAHISI". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  10. Bakıda Dünya Ərzaq Günü qeyd olunub
  11. "Gənc alim və mütəxəssislər şurasının konfransı keçirilib - FOTO". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  12. Xəzər Universitetində laboratoriyaların bioloji təhlükəsizlik tədbirlərinə dair seminar keçirilib
  13. "Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  14. "Zeynalova Şəlalə Kərəm qızı" (PDF). 2022-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-29.
  15. sertifikat [ölü keçid]
  16. https://rabiesalliance.org/world-rabies-day/nominee/dr-shalala-zeynalova
  17. "7 th International Veterinary Congress" (Fransa, Paris, 04 −05 sentyabr 2017-ci il) Konqresində "Biological Surveillance of foot and mouth disease in the Republic of Azerbaijan (2016)" məruzəsi ilə iştirak.Hesabat Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine
  18. "Shalala Zeynalova Republican Veterinary Laboratory Azebaijan". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  19. DEFEND. Newsletter. Aug-2020. p. 5 Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine
  20. ""Zoonosis and Public Health" Epidemiological Characteristics of Human and Animal Rabies in Azerbaijan". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  21. ""Springer"jurnalı: Schmallenberg virus in Azerbaijan 2012–2018". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  22. "Biosurveillance study of Schmallenberg disease in Azerbaijan in 2012-2017". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  23. "Frontiers in Microbiology" jurnalı
  24. ""Frontiers in Microbiology" jurnalı". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  25. "Heyvanların İnfeksion Xəstəlikləri və Biotəhlükəsizlik Qaydaları haqqında kitab". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  26. "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı olub
  27. ADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilib

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]