Şərif Razi

Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ərəb. الشريف الرضي‎; ləqəbi: Şərif Rəzi; 970[2] və ya təq. 970[3], Bağdad27 iyun 1015 və ya 1016[3], Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən.

Seyid Rəzi
Əbülhəsən Məhəmməd
Digər adı Şərif Rəzi
Doğum tarixi
Doğum yeri Bağdad, İraq İraq
Vəfat tarixi
Vəfat yeri Bağdad, İraq İraq
Dəfn yeri
Atası Əbi Əhməd[1]
Dini İslam
Fəaliyyəti yazıçı, şair, ilahiyyatçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub.

Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx Müfid həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür.

Seyid Rəzi 359 h.q. ilində Bağdadda dünyaya gəlib və 404 və ya 406 h.q. ilinin məhərrəm ayının altısı, bazar günü səhər tezdən dünyadan köçüb. Onun məzarı Bağdadın Kərx mələlləsində yerləşir və hamı tərəfindən ziyarət edilir. Seyid Rəzinin «Nəhcül-Bəlağə»dən başqa əldə on üç kitabı var ki, «Təlxisul-bəyan ən məcazatil-Quran» da onlardan biridir.

  1. İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən olub.
  2. Deutsche Nationalbibliothek Record #118896547 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 Sharif al-Radi, Muhammad ibn al-Husajn // Çex Milli Hakimiyyət Məlumat bazası.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]