Şərq adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Arxipelaqın şərqində yerləşir. Qrupa bu adıda məhəs şərqdə yerləşməsi ilə əlaqədar verilmişdir. Şərq adalarından qərbdə Litke adaları, 15 km cənub-qərbdə Paxtusov adası yerləşir. Arrxipelaq ümumilikdə 15 adadan ibarətdir. Şimaldan cənuba 30 km məsafədə uzanır. Paxtusov adasından Lelin boğazı ilə ayrılır. Qrupa daxil olmayan və ondan cənubda yerləşən adalardan Matisen boğazı ilə ayrılır. Arrxipelaqa daxil olan Tırtov adasında 1940-1975-ci illər ərzində qütb stansiyası fəaliyyət göstərmişdir[1][2]. Qrupa daxil olan bir çox adalar 1901-ci ildə Zarya şxununda Eduard Vasileviç Tollun rəhbərlik etdiyi eksoedisiya tərəfindən kəşf edilmişdir.
Şərq adaları | |
---|---|
rus. Восточные острова | |
Ümumi məlumatlar | |
Adaların sayı | 15 |
Hündür nöqtəsi | 97 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
76°45′49″ şm. e. 97°25′44″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|
Qrupa daxil olan adalar:
Tırtov adası — qrupa daxil olan üç iri adadan biri olaraq qrupun ucqar cənub nöqtəsində yerləşir. Ensiz ada şimaldan cənuba 15 km məsafədə uzanır. Şimalında Bianki adası yerlışir. Şərqində iki elə də iri olmayan ada vardır: Jeleznyakov adası və Lovson adası. Qərbində yerləşən Paxtuson adasından Lelin boğazı ilə ayrılır. Cənubunda yerləşən adalardan isə Matisen boğazı ayırır.
Lovsov adası — Tırtov adasından şərqdə yerləşın elə də iri olmayan ada.
Jeleznyakov adası — Tırtov adasının mərkəzi hissəsinə yaxın yerdə mövcud olan kiçik qayalı ada..
Dejnyov adası — qrupun iki elədə iri olmayan ucqar qərbində yerləşən iki ada.
Matros adası — qrupun şimalında yerləşən hündürlüyü 54 metr olan ada.
Salome adası — Bianki və Matros adaları arasında, Spokoynı boğazında yerləşən ada.
Volna adası — Spokoynı boğazında, Bianki ilə Yevgeni Fyodroviç adaları arasında yerləşən kiçik ada.
Yevgeni Fyodorov adaları — qrupa daxil olan iki adadan ibarət ayrı adalar qrupu. Qrupun şimal vəqutaracağını təşkil edirlər.
Nord adası — qrupa daxil olan üç iri adadan biri olaraq qrupun şimal-şərqində yerləşir. Şərqi istisna olaraq digər ərazilərdən arxipelaqın digər adaları ilə əhatələnmişdir: şimalında Kolomeysev adası, qərbində Evgeni Fyodrov adaları, cənub-qərbində Bianki adası və Kamenistı adası, bir qədər cənubda isə Dalnı adası adası yerləşir
Bianki adası — qrupa daxil olan üç iri adadan biri. Burada qrupun ən hündür nöqtəsi yerləşir (97 m). Bu qrupun mərkəzində qərarlaşır. Şimaldan Salome adası, Tatris adası, Volna adası, Nord adası və Evqeni Fyodroviç adalarından Spokoynıy boğazı ilə ayrılır. Cənubunda Tırtov adası yerləşir. Şərq sahilində kiçik Kamenistı adası, qərbində isə Leskin adası qəralaşır.
Kamenistı adası — Bianki adasının şərq sahilində yerləşən kiçik ada.
Leskinen adası — Bianki adasının qərb sahilində yerləşən kiçik ada.
Dalnıy adası — qrupun ucqar şərqində yerləşir.