Litke adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Nordenşeld arxipelaqına daxil olan beş əsas qrupdan birini təşkil edir. Ruskiy adasından cənubda yerləşir. Qrupa 10 iri və bir necə kiçik adalardan ibarətdir. Adalar 33 km məsafədə uzanır. Cənubunda yerləşən Paxtusov adalarından Lenin boğazı ilə ayrılır. 3,5 km şərqdə isə Şərq adaları qərarlaşır. Adalar 1901-ci ildə Fyodr Litkenin şərəfinə adlandırılmışdır[1].
Litke adaları | |
---|---|
rus. Острова Литке | |
Ümumi məlumatlar | |
Adaların sayı | 10 |
Hündür nöqtəsi | 42 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
76°50′16″ şm. e. 96°16′11″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|