Yevgeni Fyodorov adalаrı — Kara dənizində yerləşən Nordenşeld arxipelaqına daxil olan iki adadan ibarət olan adalar qrupu (Şərq adaları). İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.
Yevgeni Fyodorov adaları | |
---|---|
rus. Острова Евгения Фёдорова | |
Ümumi məlumatlar | |
Adaların sayı | 2 |
Hündür nöqtəsi | 30 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
76°49′25″ şm. e. 97°35′31″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|
Nordenşeld arxipelaqının şərq hissəsində qərarlaşır. Üstəlik Şərq adaları qrupunun tərkibinə daxildir. Bu qrupun isə şimal-şərq qutaracağını təşkil edir. Şimal burnu prupun şimal qutaracağını təşkil edir. Cənubdan, şərqdən və qərbdən bir sıra adalarla əhatələnmişdir. Qərbində Matros adası, cənubunda Volna adası və Bianki adası, şərqində Nord adası yerləşir. Bianki adasından Spokoynı boğazı ilə ayrılır. Adalar qrupundan 6 kilometr şimal-şərqdə Kolomeysev adaları yerləşir. Bu ada Şərq adaları qrupuna daxil deyildir. Ada ilə Rusiyanın materik hissəsi ilə məsafə 50 kilometr təşkil edir. Arktik iqlim qurşağında yerləşir
Adalar qrupu cəmi iki adadan ibarətdir. Qrupa daxil olan adaların ayrılıqda adları yoxdur. Qrupa daxil olan ada şimaldan cənuba doğu genişlənir. Onun uzunluğu 6,3 km, ən enli yerdə eni isə 2,4 km təşkil edir. Kiçik ada isə böyük adanın cənub-şərqində, sahildən bir necə yüz metr aralıda yerləşir. O şimaldan cənuba ox kimi uzanmış formadafır. Uzunluğu 3 km təşkil edir. Eni isə ən enli yerdə 1 kilometrə yaxındır.
Adanın böyük hissəsini hündürlüyü elədə yüksək olmayan təpələr örtür. Sıldırımlı olan bu təpələrin şimslda ən hündürü 30 m, cənubdakı isə 18 metr təşkil edir. Sahil əraziləri əsasən daşlıqlardan ibarətdir. Adalarda göl və axar yoxdur. Adanın cənub sahilləri elədə hündür olmaya qayalardan ibarət olduğu halda, şimalı kiçik sıldırımlardan ibarətdir. Bu baxımdan şimal-şərq hissəsi xüsusi ilə seçilir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]
Adalar öz adnını Yevgeni Konstantinoviç Fyodrın adından almışdır. O, Sovet İttifaqı qəhrəmanı, Stalin mükafatı lauriyyatı, sovet geofiziki, SSRİ Hidrometroloji xidmətin rəhbəri, dövlət və ictimai xadim, SSRİ elmlər akademiyasının akademiki olmuşdur[2]. Adalar 1939-cu ildə Hidroqrafik xidmətin rəhbəri А. İ. Kos[2] tərəfindən adlandırılmışdır.