Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şaiq Tahir oğlu Kəlbiyev (18 iyun 1971, Aşağı Cürəli, Puşkin rayonu – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü[1], Qarabağ müharibəsi şəhidi.
Şaiq Kəlbiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Aşağı Cürəli, Biləsuvar rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Mərzili, Ağdam rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Tahir Kəlbiyev |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Şaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir.
2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur.
İyunun 12-nin ikinci yarısında xəbər gəldi ki, erməni silahlı qüvvələri ağır texnika ilə Ağdam rayonunun cənub – şərqində yerləşən Mərzili kəndini alıb, artıq Yusifcanlı kəndinə soxulmaqdadır. Düşmənin qarşısını almaq üçün xüsusi tapşırıq alan Şaiq və dostları PDM ilə Yusifcanlıya doğru hərəkət etdilər. Düşmən nəinki Yusifcanlıya girə bilmədi, Mərzilidən çıxıb geri çəkildi. Bu döyüşdə Şaiqin PDM-i iki ağır zərbə alaraq döyüşə yararsız vəziyyətə düşdü. Maşını silahdaşlarından birinə verib, hissəyə aparmasını tapşırdı, özü isə ekipaj yoldaşı olan Asəf Mütəllimovla ilə birlikdə heç bir göstəriş almadan düşmən əlində olan əraziyə kəşfiyyata getdi. Onlar tam yeni quruluşlu bir döyüş maşını gördülər. Maşın sahiblərini – üç ermənini öldürüb, cəld maşına əyləşib öz hissələrinə doğru sürət götürdülər. Bundan xəbər tutan düşmənlər onları aramsız top atəşinə tutmağa başladılar. Məqsəd maşını xilas da olmasa, məhv etmək idi. Asəf və Şaiq döyüş maşınını sağ-salamat hissəyə gətirib, sevincək maşından çıxdı. Amma bu sevinc çox çəkmədi. Elə bu zaman bilavasitə döyüş maşınına tuşlanmış top mərmisi maşının yanında partladı. Şaiq ordaca şəhid oldu, hosbitala aparılan Asəf isə 3 gün sonra iyunun 15-də həyata gözlərini yumdu.
Döyüş yoldaşı Azəddin Musayev bildirir ki: “UAZ gəldi, düz bizim qarşımıza çatanda görünməyi ilə biz tərəfdən atəş səsləri gəldi (bir-iki güllə atdılar). Maşın dayandı və dayanan kimi bizdən rəhmətlik Şaiq də atdı UAZ-ın sağına soluna. Hər şey bir anda oldu, maşın dayanan kimi qapılar açıldı, UAZ-ın qarşı tərəfinə 3 nəfər qaçdı və onların qaçdığı yerə də Şaiq PDM-dən atırdı.” Tabor komandiri polkovnik Xətai Baxışov bildirir ki: “1997-ci ildə məni Müdafiə Nazirliyinə dəvət elədilər və söylədilər ki, sizin PDM 1993-cü ilin 12-də Mərzili kəndində Monte Melkonyanı məhv etmişdir və araşdır gör hansı PDM idi. Mən də araşdırdıqdan sonra orda 258 №-li ekipajın və qisasçı BMP-nin orda olduğunu bildim. Mən general-leytenant Talib Məmmədova (Müdafiə Naziri) məruzə etdikdən sonra o da, o vaxt ki Ali baş komandan Heydər Əliyevə məsələni bildirdi. Ulu öndər 2003-cü il 24 iyunda Asəf Mütəllimov ilə Şaiq Kəlbiyevi "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdi.
2014-cü ildə İctimai TV tərəfindən Şaiq Kəlbiyev haqqında film çəkilmişdir.
2003-cü il 24 iyun – "Azərbaycan Bayrağı" ordeni