Şimali Qafqaz toqquşmalarıRusiyanınŞimali Qafqaz regionlarında hökumət qüvvələri ilə islamçı yaraqlılar arasında baş vermiş olan münaqişələrdir. Münaqişə 16 aprel 2009-cu ildə rəsmi olaraq başa çatmış olan İkinci Çeçenistan müharibəsinin davamıdır.
Dağıstan İslam İcmasının 1999-cu ildə qəbul etmiş olduğu qərardan sonra çeçen və dağıstanlı döyüşçülər ÇeçenistandanRusiyanınDağıstan regionuna hücum edərək 12 kəndi ələ keçirdirlər. Rusiya Dağıstan regionunda itirmiş olduğu kəndləri geri almaq üçün əməliyyat keçirməyə qərar verir və keçirilmiş olan əməliyyatlardan sonra kəndlər rus ordusu tərəfindən geri alınır. Aslan Masxadov hökumətinin Dağıstandakı islamçı yaraqlıların hücumlarının qarşısını ala bilməməsi və yaraqlılara fürsət verməsi iddiaları ilə Rusiya Çeçenistanı işğal qərarını verir. Yerli çeçen qüvvələri və sələfi ərəb döyüşçüləri təxmini olaraq bir il davam edən müqavimətdən sonra məğlubiyyətə düçar olurlar və bütün yaşayış məntəqələri rus ordusunun nəzarəti altına keçir. 2000-ci ilin axırından etibarən isə yaraqlılar dağlara çəkilərək partizan müharibəsi aparmağa başlayırlar.
2007-ci ildə Qafqaz Əmirliyi elan olunana qədər Çeçen Ordusu, bəzi yerli çeçen döyüşçüləri və Qafqaz Cəbhəsi kimi qruplar Rusiya Silahlı Qüvvələrinə qarşı partizan müharibəsi aparmışdırlar. 2007-ci ildə isə Dokka Umarov tərəfindən Çeçenistan İçkeriya Respublikası ləğv edilmiş və bunun yerinə bütün Şimali Qafqaz üzərində hüquqlar iddia edən Qafqaz Əmirliyi adlı dövlətin yaradıldığı elan edilmişdir. Qafqaz Əmirliyinin tabeliyində olan və əksəriyyəti sələfi / vəhhabi döyüşçülərindən ibarət bir çox qruplaşmalar 2015-2016-cı ilə qədər rus əsgərlərinə qarşı hücumlar həyata keçirirdilər. 2015-ci ildə İŞİD Qafqaz vilayətini elan edib. 2016-cı ildə Qafqaz Əmirliyinin Şimali Qafqazdakı fəaliyyətləri əsasən dayandırılmış və onun döyüşçülərinin əksəriyyəti İŞİD-Qafqaz vilayətinə qoşulmuşdurlar. 2017-ci ilin axırında Şimali Qafqazda baş tutmuş olan antiterror əməliyyatları ilə bu regiondakı silahlıların mövcudluğuna son qoyulmuş olsa da, Qafqaz Əmirliyinə bağlı olan bəzi qruplar Suriyada fəaliyyətlərini hələ də davam etdirirlər.