Şirvanşahlar gerbi

Şirvanşahlar gerbiŞirvanşahlar xanədanıdövlətinin gerbi.

Şirvanşahlar gerbi
Detallar
Armiger Şirvanşahlar dövləti
Gerbin lövhəsi İki şir və onların arasında bir öküz başının və ətrafında günəş və ay simvolu təsviri

İlkin məlumat

[redaktə | mənbəni redaktə et]

Şirvanşah I İbrahimin və onun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur. İki şir və onların arasında bir öküz başının və ətrafında günəş və ay simvolu təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Engelbert Kempferin fikrincə şirlər qala divarlarını, öküz şəhəri, ay və günəş isə gecə və gündüzü simvolizə edir. Yəni istehkam divarları şəhəri gecə və gündüz qoruyur.[1]

Qoşa Qala qapıları

Şirvanşahlar dövlətinin gerbinə XII əsrdə inşa edilmiş Qoşa Qala qapılarının üzərində rast gəlmək olar. 1683-cü ildə Bakının ilk qrafik təsvirini latın dilində yazmış olduğu 2 cildli kitabında vermiş alman alimi Engelbert Kempferin təsviri də bu faktı təsdiqləyir:

Şəhərin buxta üzərində yüksələn ən hündür hissəsi şah sarayı adlanan gözəl bir sarayla seçilir; o, qaya üzərində həqiqətən şah möhtəşəmliyi və qeyri-adi əzəməti ilə gözəl yonulmuş, bir-birinə elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, tikiş yerləri belə sezilmir. Sarayın qapıları üzərində qarşı-qarşıya durmuş iki şir təsvir edilib. Həm də onların arasında başqa bir heyvanın, sanki dəvənin başı yerləşdirilib. İkinci qapının girişi üzərində də belə fiqur var. Qalanları müxtəlif saray binalarından ibarətdir

Bakı və ətrafının xəritəsi. Xəritənin sağ-alt küncündə Şirvanşahların gerbi göstərilmişdir.

Engelbert Kempferin təsvirlərinə həmçinin anonim olaraq nəşr olunmuş 1722–23cü illərdə baş vermiş Rus-Fars müharibəsindən bəhs edən "Der Allerneueste Staat von Casan, Astracan, Georgien und Vieler Andern dem Czaren, Sultan und Schach, Zinsbaren und Unterthanen Tartarn, Landschaften und Provinzien: samt Einer Kurzen Nachricht von der Caspischen See, dem Daria-Strom, ingleichen von dem Persischen Hof, und Dessen Allerneuesten Staats- und Kriegs- Verfassung; zur Erläuterung der Russisch- und Persischen Kriegs-Operationen Entworfen, und mit Dienlichen Kupfern Ausgezieret" adlı əsərdə yer verilmişdir.[2] Gerb həm də hazırda "Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi"nin loqosudur[3] və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsinin loqosunda əksini tapıb.[4]. Gerbi həmçinin Şamaxı rayonunun girişində görmək mümkündür. Bundan başqa Çar Rusiyası dövründə keçmiş Şirvanşahlar dövlətinə daxil olan uyezd və quberniyaların gerbində, sol-üst küncdə "şir" və "pələng" simvolları verilmişdir. Bu da Şirvanşahların gerbinin mirasıdır.

  1. Engelbert Kempfer, Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V : quibus continentur variae relationes, observationes & descriptiones rerum Persicarum et ulterioris Asiae, multa attentione, in peregrinationibus per universum Orientem, collectae.
  2. "Kitabda Bakı ilə əlaqədar məqalə". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.
  3. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi Arxivləşdirilib 2014-12-18 at the Wayback Machine/
  4. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsi". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.