Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şirvan-Kürdəmir FK - və ya Şirvan-Kürdəmir Futbol Klubu. 1990-cı ildə yaradılmış Azərbaycan futbol klubudur.
Şirvan-Kürdəmir FK | |
---|---|
Klubun tam adı | Şirvan Kürdəmir Futbol Klubu |
Ölkə | Azərbaycan Respublikası |
Ləqəb(lər) | Aslanlar |
Rəng(lər) | |
Yaranma tarixi | 1990 |
Stadionu | Kürdəmir Stadionu |
Tutumu | 5.000 |
Koordinatlar | 85J2+59J |
Liqa | Liqada iştirak etmir |
2022/2023 | Yoxdur |
“Şirvan – Kürdəmir” Futbol Klubu 1987-ci ildə Kürdəmir şəhərində yaradılıb və 1990-cı ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Klubun Stadionu 5 min nəfərlik tutuma malikdir. Klub əvvəl Azərbaycan Milli SSR Çempionatında, 1992-ci ildə isə Azərbaycan Güclülər Dəstəsində iştirak edib. “Şirvan – Kürdəmir” Futbol Klubu Dağlıq Qarabağ münaqişəsiə səbəbilə 1993-cü ildə fəaliyyətini məcburi olaraq dayandırıb.
Futbol Klubunun yaradılmasında məqsəd nəinki Kürdəmirdə, o cümlədən, Şirvan bölgəsində futbolun təbliğ edilməsi, gənclərdə və yeniyetmələrdə futbola marağın artırılması olub. “Şirvan – Kürdəmir” Futbol Klubunun ən ali məqsədlərindən biri xüsusilə regionlarda yaşayan istedadlı futbolçuları bir araya gətirmək və Kürdəmiri – ümumən Şirvan regionunu futbol çempionatlarında təmsil etmək olub.
“Şirvan – Kürdəmir” Futbol Klubundan bildirilib ki, Hələ 1992-ci ildə Klub Azərbaycan Güclülər Dəstəsində çıxış edəndə ona maraq yüksək olub və hətta oyunları izləmək üçün digər bölgələrdən Kürdəmirə axın olub.
Klub 2020-ci ildə fəaliyyətini yenidən bərpa edib. Bununla əlaqədar “Azərbaycan Region Liqası”na müraciət olunub və iştirakla bağlı müsbət cavab əldə edilib. “Region Liqası” həm yeni fəaliyyətə başlayan futbol klubları üçün, həm də sözügedən klubların sponsorları üçün öz məqsədlərini həyata keçirmək baxımından ən əlverişli futbol tədbiridir. “Region Liqası” həvəskar futbol klublarının çıxış etdiyi və AFFA tərəfindən hər il təşkil edilən ən yüksək futbol layihəsidir.
“Şirvan – Kürdəmir” Futbol Klubu göstərilən etimadı doğrulmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsi, ölkə futbolunun inkişaf səviyyəsinin yüksəldilməsi, peşəkar futbolçuların hazırlanmasını qarşısına məqsəd qoymuşdur.
2020-ci ildə klubun yenidən futbola qayıtması xəbəri yayıldı. 2021/2022 il mövsümündə Region Liqasında iştirak etmək istəməsinə baxmayaraq, büdcə cəhətdən və digər amillər səbəbiylə iştirak edə bilmədi. [1]