Əbülfəz İsmayıl oğlu Babayev (20 sentyabr 1947, Qarabağlar, Noraşen rayonu) — Texnika elmləri doktoru, professor. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. Beynəlxalq (Rusiya Federasiyası) Mühəndislik Akademiyasının həqiqi üzvü[1], Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru.[2]
Əbülfəz Babayev | |
---|---|
Əbülfəz İsmayıl oğlu Babayev | |
AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru | |
Avqust 2005 – ? | |
Əvvəlki | Zakir Fərəcov |
Sonrakı | Sultan Əsədov |
Vəzifədədir | |
2000-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1947 (77 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kimya |
Əbülfəz İsmayıl oğlu Babayev 1947-ci il sentyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur.
O, 1966–1972-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun Kimya- texnologiya fakültəsində ali təhsil almış, "kimyaçı-mühəndis-texnoloq" ixtisasına yiyələnmişdir.
Əbülfəz Babayev 1972-ci ildə təyinatla gənc mütəxəssis kimi Azərbaycan Respublikasının 40 illiyi adına "Sintetik Kauçuk" zavodunda əmək fəaliyyətinə başlamışdır.
1972–1981-ci illərdə "Sintetik Kauçuk" zavodunda mühəndis, bölmə rəisi, Mərkəzi Elmi-Tədqiqat laboratoriyasının rəisi vəzifələrində çalışmışdır. Bu dövr ərzində zavodda keçmiş SSRİ məkanında ilk istehsal prosesi olan, xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən, tibb sənayesindən başlamış, məişətdə, xüsusən də şin istehsalında geniş istifadə olunan butilkauçuk istehsalının mənimsənilməsinin təkmilləşdirilməsi ilə məşğul olmuşdur. Eləcə də prosesdə iştirak edən monomerlərin təmizlik dərəcəsinin artırılması zamanı alınan yan məhsullar əsasında xalq təsərrüfatında, xüsusilə mənzil və su kanalı tikintisi sahəsində tətbiq olunan yeni kipləşdirici elastik məmulatların istehsal texnologiyalarının işlənib-hazırlanmasında iştirak etmişdir. Onun tərəfindən alınan nəticələr müəlliflik şəhadətnamələri ilə təsdiqlənmiş, ölkəmizdə və Litva Respublikasının Şaulyay şəhərində istehsal proseslərinə başlanılmışdır.
Əbülfəz Babayev 1974–1975-ci illərin nəticələrinə əsasən, çoxsaylı ixtira və səmərəli təkliflərinə görə "Respublikanın ən yaxşı gənc səmərələşdiricisi" adına layiq görülmüşdür. Alınan elmi nəticələr əsasında o, 1980-ci ildə Moskva şəhərində D. İ. Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Alim 1981-ci ildə "Sintez Kauçuk" İstehsalat Birliyinin Mərkəzi Elmi Tədqiqat laboratoriyasının müdiri təyin olunmuşdur.
O, 1982-ci ilin sentyabr ayında SSRİ Nazirlər Kabinetinin göndərişi ilə S. Orconikidze adına Moskva Qırmızı Əmək Bayrağı Ordenli İdarəetmə İnstitutunun Sənaye, tikinti və istehsalın təşkili fakültəsində ikinci təhsil almışdır.
1983-cü ildə METL-nin rəisi və zavodun Texniki şöbəsinin müdiri işləmiş, 1983-cü ilin dekabr ayından isə zavodun baş mühəndisi vəzifəsini icra etmişdir.
1984–2001-ci illərdə SSRİ Kimya Sənaye nazirinin əmri ilə "Sintetik Kauçuk" zavodunun baş mühəndisi vəzifəsində çalışmışdır.
Onun baş mühəndis təyin olunduğu dövr bu gün də neft-kimya sənayesinin əsas xammal bazası kimi geniş texniki-iqtisadi imkanlara malik olan, bir çox neft ölkələri üçün əhəmiyyət daşıyan "EP-300" kompleksinin tikintisinin başlanmasına təsadüf etmişdir. Ə. Babayev tam fəaliyyətdə olan istehsal proseslərinə nəzarət və idarə etmək, tikilməkdə olan nəhəng kompleksdə işləyəcək əməkdaşların texniki-təcrübi hazırlıqlarını həyata keçirmək, tikintiyə texniki nəzarəti təşkil etmək kimi məsul işləri yerinə yetirmişdir.
Alim 1985–1986-cı illərdə istehsal olunan "SKS-30ARKM-15" markalı Butadien- stirol kauçukunun 70 %-nin o dövr üçün böyük önəm kəsb edən keyfiyyət nişanına layiq görülməsinə nail olmuş, bununla da həmin məhsul xaricə ixrac olunmağa başlamışdır.
"EP-300" kompleksi 1987-ci ilin dekabr ayının 31-də, işə buraxıldığı gündən 19 gün sonra 99,99 % təmizlik dərəcəsi olan etilen almaqla layihədə nəzərdə tutulan məhsula çıxarılmışdır. Bu isə keçmiş SSR-də, buna qədər buraxılan bütün EP komplekslərinin işə buraxılıb mənimsənilməsi prosesində rekord göstərici idi.
Ə. Babayev 1980–1989-cu illərdə bilavasitə fasiləsiz istehsalatda aparılan proseslərin, müxtəlif konstruksiyalı avadanlıqların tədqiqi, optimallaşdırılması, yenilərinin yaradılması (çoxsaylı müəlliflik şəhadətnaməsi ilə təsdiq olunan) və istehsalata tətbiqi istiqamətində apardığı tədqiqatları ümumiləşdirərək 1989-cu ildə doktorluq dissertasiyasını Elmi Şuraya təqdim etmişdir. O, 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında doktorluq dissertasiyasını müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini almışdır.
Eyni zamanda, 1991-ci ildə ABŞ-nin Kaliforniya ştatında "PEPPERDİNE" Universitetində "Müasir dövrdə iqtisadiyyatın təşkili" kursunu keçmişdir.
1980–1990-cı illərdə "Ulduz" İstehsalat Birliyində Ə. Babayevin rəhbərliyi ilə yüksək təmizliyə malik stirol istehsalı texnologiyası həyata keçirilmişdir. İlk dəfə olaraq beynəlxalq standartlara cavab verən stirol məhsulu istehsal olunaraq Avropaya göndərilmiş və bunun müqabilində "Ulduz" İstehsalat Birliyinə ehtiyat hissələri gətirilərək iki kasetli "Philips" maqnitofonlarının istehsalı təşkil olunmuşdur.
1991-ci ildə müəyyən səbəblərdən "EP-300" kompleksində ağır qəza baş vermiş və bu kompleks Ə. Babayevin rəhbərliyi ilə heç bir kənar dəstək olmadan bərpa edilmişdir.
Azərbaycanın müstəqillik qazanması ilə bir vaxtlar sovet neft-kimya sənayesinin daşıyıcı sütunlarından olan Azərbaycan neft-kimya sənayesinə təzyiqlər başlamış, tədricən Azərbaycan məhsullarının satış bazarına məhdudiyyətlər qoyulmuş, kauçuk istehsalatı, lateks istehsalatı dayandırılmışdır. Keçmiş sovetin yüngül sənayesinin 100%-ni latekslərlə təmin edən Sumqayıtdan onun alışı dayandırılmışdır. "Sintez Kauçuk" zavodunun tərkibindən çıxarıldıqdan sonra bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan EP kompleksi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və siyasi stabilliyin təmin olunması ilə fəaliyyətini davam etdirmək imkanı əldə etmişdir.
Ə. Babayevin rəhbərliyi ilə 1995-ci ildə 6 ay ərzində dünya bazarında satılan MİPS (Mütləqləşdirilmiş izopropil spirti) istehsalı texnologiyası və prosesinin layihəsi işlənib-hazırlanmış, istehsalatdan çıxarılmış avadanlıqlardan istifadə edilərək MİPS istehsalatı yaradılmışdır. Bu məhsulun keyfiyyət göstəriciləri yüksək olduğundan 10 illərlə fəaliyyət göstərən məşhur şirkətlərin bazarına daxil ola bilmiş və Azərbaycana ilk beynəlxalq "Avropa markası" keyfiyyət nişanı gətirilmişdir.
1997-ci ildə 10 il əvvəl yarımçıq qalmış butadien istehsalatının tikintisi, MİPS-dən gələn gəlirdən yararlanaraq daxili imkanlar hesabına davam etdirilmişdir. Yüksək tonnajlı istehsalat qurğusu mövcud xammal imkanlarına uyğunlaşdırılaraq işə buraxılmış və 2000-ci ildə bütün texniki şərtlərə cavab verən butadien istehsal edilərək satılmışdır.
Əbülfəz Babayevin rəhbərliyi ilə 1994–2000-ci illərdə bir sıra yeni texnologiyalar işlənərək istehsalata tətbiq olunmuşdur. Bunlardan pirokondensatın benzol-etilbenzola qədər emal texnologiyası "Sintez Kauçuk" və "Kimyasənaye" zavodlarında tətbiq edilmişdir.
Respublikamızda ilk olaraq Aktiv Katalizator Kompleksinin tərkibi və istehsal prosesinin texnologiyasının işlənib-hazırlanması və KH-2 sexində istehsalı həyata keçirilmişdir. Həmçinin alim tərəfindən Aktiv Katalizator Kompleksinin iştirakı ilə ağır piroliz qətranının naftalinə, reaktiv yanacağa, dizel yanacağına və neftin komponentlərinə ayrılmaqla kompleks emalı texnologiyası işlənib-hazırlanmış, "Sintez Kauçuk", "Üzvi sintez" zavodlarında istehsalata tətbiq edilmişdir.
Butilkauçuk, etilen-propilen sopolimerləri, butadien-stirol kauçuku, müxtəlif növ butadien-stirol və nitril latekslərinin istehsal texnologiyalarının geniş elmi tədqiqi və təkmilləşdirilməsi, onların bazasında yeni calaq sopolimerlərinin, kompozisiya materiallarının, onların istehsal texnologiyalarının yaradılması və tədqiqi alimin ilkin apardığı, uğurla nəticələnən elmi tədqiqat sahəsi olub.
Onun tədqiqatların elmi nəticələri adi şəraitdə tikilmə (vulkanlaşma) prosesinə məruz qalmaqla möhkəm hidroizolyasiya – örtük qatı əmələ gətirən kompozisiya materialları kimi sənaye miqyasında tətbiq olunmuşdur. Həmin ixtiralar əsasında Litvada Şaulyay şəhərində, Rusiyada Ryazan şəhərində, eləcə də Sumqayıtda "Sintez Kauçuk" zavodunda müəllifin iştirakı ilə polimer örtük materiallarının (sonradan mastika adı ilə tanınan) istehsalına başlanılmışdır.
Aparılan elmi tədqiqatlar əsasında keçmiş SSRİ məkanında Sumqayıt "Sintez Kauçuk" zavodunda ilk dəfə olaraq nitril latekslərin fasiləsiz texnologiyası işlənərək istehsalata tətbiq olunmuşdur. Bunun nəticəsində keçmiş SSRİ-nin yüngül sənayesinin bu məhsula olan tələbatı 100% ödənilmişdir. Bu texnologiya əsasında hazırlanan lateks modifikasiyaları Çernobıl qəzasının nəticələrini aradan qaldırmaqda müstəsna rol oynamışdır.
Professor Ə. Babayevin rəhbərliyi ilə respublikamızda və keçmiş SSRİ məkanında ilk dəfə olaraq yüksək təmizlik dərəcəsinə malik monomerlərin istehsal texnologiyasının tədqiqi və tətbiqi, monomerlərin sintezi, tərkibinin öyrənilməsi, eləcə də yeni kompozisiya materiallarının tədqiqi və tətbiqi, həmçinin ölkənin neft emalı və neft-kimya istehsalatlarında istifadə olunan xammal və yan məhsulların dərin emalı sahəsində proqressiv texnoloji proseslərin, katalizatorların tədqiqi və sənayeyə tətbiqi uğurla həyata keçirilmişdir.
Alim tərəfindən nəzəri, təcrübi və sənaye miqyasında olan istehsal proseslərinin elmi araşdırmalarından alınan nəticələr ümumiləşdirilmiş, piroliz qazlarından alınan butilen-butadien fraksiyasından yüksək polimerləşmə təmizliyinə malik olan monomerlərin, həmçinin olefinlər və dienlərin elmi cəhətdən əsaslandırılmış yeni texnologiyası təklif olunmuş və sənayeyə biləvasitə tətbiq olunmuşdur.
Mikroqarışıqlardan təmizlənmiş, yüksək təmizliyə malik olan dien monomerləri əsasında nitril latekslərinin fasiləsiz istehsal texnologiyası, poliizobutilen istehsalı prosesləri, piroliz prosesi üçün xammal bazasının genişləndirilməsi və alınan məhsulların yeni emal texnologiyalarının tədqiqi, eləcə də dərin emalı sahələrində yüksək effektlivliyə malik aparat, texnoloji proses və onların avtomatik idarəetmə sistemlərinin tədqiqi sahəsində aparılan elmi-tədqiqat işləri Ə. Babayevin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Bu ixtiralar əsasında respublikamızda xüsusi təyinatlı lateks istehsalının yeni texnologiyası işlənərək sənayeyə tətbiq olunmuşdur.
Alimin ixtiraları əsasında respublikamızla yanaşı, Rusiya Federasiyasının Ryazan və Litva Respublikasının Şaulyay şəhərlərində polimer örtük kompozisiya materialları istehsalatı quraşdırılaraq işə buraxılmışdır.
BBF-də asetilenli birləşmələrın "Alüminium-oksidi üzərində çəkilmiş palladium" katalizatorunun iştirakı ilə hidrogenləşmə prosesinin mexanizmi və kinetikası öyrənilmiş, butadienin minimum sərfi ilə BDF-in tərkibində olan asetilenli birləşmələrin selektiv hidrogenləşməsinin optimal şəraiti öyrənilərək sənaye miqyasında tətbiq edilmişdir.
Elmi kəşf səviyyəsində hidrogenin oksigendən və civədən təmizlənməsi texnologiyası, aktivləşmiş kömür absorbentinin regenerasiya texnologiyası işlənib istehsalata tətbiq olunmuşdur. Həmçinin butadien, butadien-stirol və butilkauçukun istehsalatda texnoloji prosesin gedişini nizamlayan, xarici təsir faktorlarını aradan qaldırmağa imkan verən idarəetmə sistemləri istehsalata tətbiq olunmuşdur.
Aparılan tədqiqatlar keçmiş SSRİ məkanında ilk dəfə olaraq "Sintez Kauçuk" zavodunda butadien, izobutilen, stirol manomerlərinin mikroqarışıqlardan təmizlənməsi texnologiyasının tətbiq olunmasına və nəticədə fasiləsiz texnologiya ilə butilkauçuk istehsalına nail olmağa imkan vermişdir.
İzobutilenin sulfat turşusu ekstraksiyasının n-parafin mühitində parçalanması prosesinin kinetikasını və mexanizmini öyrənməklə reaktorun riyazi modeli, onun konstruktiv xüsusiyyətləri və prosesin optimal paramertləri təyin edilmişdir. N-parafin mühitində izobutil sulfat turşusunun parçalanması ilə yüksək təmizliyə malik izobutilenin alınmasına, sulfat turşusunun yenidən prosesə qaytarılmasına, onun sərfinin 8–10 dəfə azaldılmasına və bununla da bu prosesin səmərəliyinin təmin olunmasına imkan verən yeni prinsipial texnoloji sxem işlənib layihələndirmək üçün təklif olunmuşdur.
Alim tərəfindən izobutilenin ayrılması prosesində həm xammala gələn, həm də izobutil sulfat turşusunun yaranması və parçalanması zamanı yaranan oksigen tərkibli qarışıqların prosesin bütün mərhələlərində paylanması əsaslı tədqiq olunmuşdur. "Ekstrakt-fraksiya C-4 oksigen tərkibli qarışıqları", "izobutilen sulfat turşusu məhlulu- Su-oksigen" tərkibli qarışıqlar (spirtlər, ketonlar, sadə efirlər) sistemində həmin maddələrin paylanma tarazlığının öyrənilməsi əsasında ekstraksiya, deqazasiya, hidroliz, yuyulma və rektifikasiya şöbələrinin təkmilləşdirilməsi və texniki istehsal parametrlərinin dəqiqləşdirilməsi aparılmışdır. Elmi kəşf səviyyəsində izobutileni mikro qarışıqlardan təmizləmək üçün diizobutilen, sulfat turşusu və su iştirakı ilə əlavə aralıq ekstrkasiya mərhələsi daxil etməklə iki pilləli rektifikasiya sxemi işlənib istehsalata tətbiq olunmuşdur. Həmçinin yüngül uçan maddələrin, o cümlədən dimetil efirinin azetrop qurutma mərhələsində ayrılması sxemi işlənib istehsalata tətbiq edilmişdir.
Aşağı temperaturda izobutilenin izoprenlə katalitik sopolimerləşmə prosesini təkmilləşdirmək və onların əsasında alınan butilkauçukun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə əsas komponent olan izobutileni mikro qarışıqlardan təmizləmək üçün qələvi ilə işlənmiş alüminium-oksidinin vasitəsilə əlavə absorbsiya sxemi işlənib istehsalata tətbiq olunmuşdur.
Etilen-propilen istehsalatında piroliz qazlarını Sa sialit üzərindən keçirməklə kükürdlü birləşmələrdən, karbon oksigenlərindən və sudan təmizlənmə prosesi həyata keçirilmişdir. Təcrübə və elmi araşdırmaların nəticələri əsasında istehsalatda işləyən adsorberin optimal parametlərinin hesabatı aparılmışdır. Eyni zamanda, tədqiq olunan prosesin iqtisadi-riyazi modeli qurularaq araşdırılmış, onun əsasında təmizləmə sisteminin optimizasiyası aparılmışdır.
Etilen-propilen qurğusunu xammala təmin etmək və regionda olan karbohidrogenlərin səmərəli istifadəsinə nail olmaq üçün texnoloji proseslərin və neft-qaz istismar sahələrinin səmt qazlarının, o cümlədən butilen-izobutilen və başqa sıxılmış karbohidrogen fraksiyalarının müstəqil olaraq və benzinlə kompozisiya variantında piroliz prosesi, həmçinin onun optimal şəraiti tədqiq olunmuş, konkret texnoloji sxem əsasında istehsalata tətbiq edilimişdir Həmin qazların piroliz prosesinə verilməsi ilə yanaşı, etilen-propilen istehsalatının texnoloji sxem üzrə müxtəlif mərhələlərdə prosesə verilmə variantları və ümumilikdə regionda olan C-4 fraksiyasının kompleks istifadə olunma variantları da təklif olunmuşdur.
Əbülfəz Babayev uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində və ASU-da pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Həmçinin AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda 16 saylı "Alkilləşmə laboratoriyası"nın rəhbəri və AMEA-nın Kimya Problemləri İnstitutunun nəzdində İxtisaslaşdırılmış elmi şuranın üzvü olmuşdur.
O, Sumqayıtın orta təhsil məktəblərində Kimya laboratoriyalarının təchizatına və fəaliyyətinə himayədarlıq etmişdir. Hazırda Azərbaycan Neft və Sənaye Univesitetində "Neft-Kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirir. Bu universitetin nəzdində təşkil edilmiş ED 2.02 Dissertasiya Şurasının üzvüdür.
Alimin elmi axtarışlarının nəticələri 320-dən çox məqalə, o cümlədən 105-dən artıq elmi ixtira və patent, 20-yə yaxın dərslik və monoqrafiyada öz əksini tapıb, bu gün də fəaliyyətdə olan çoxsaylı unikal texnoloji avadanlıq və qurğularda tətbiq olunmaqdadır.
1994-cü ildə Beynəlxalq (keçmiş SSRİ) Mühəhdislik Akademiyasının müxbir üzvü, ABŞ-nın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 1996-cı ildə Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, 2007-ci ildə həmin akademiyanın qızıl medalı ilə təltif olunmuşdur. 2006-cı ildə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.
2003-cü ilin nəticələrinə görə London Banklar Assosasiyası tərəfindən Avropa və MDB ölkələri üzrə Sumqayıt "Etilen-Polietilen" zavodunun direktoru olan Ə. Babayevə "Dünya iqtisadiyyatına təsir etməyə qadir olan adam — "Crystal Eksmeycer" fəxri titulu verilmişdir.
Əbülfəz Babayev ABŞ, İtaliya, Almaniya, Fransa, İngiltərə, Türkiyə, İran, Rusiya, İsrail, Əlcəzair kimi ölkələrdə keçirilən elmi-praktiki konfranslarda məruzələrlə çıxış etmiş, bölmə iclaslarına sədrlik etmişdir.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbərinin müavini kimi fəaliyyət göstərmişdir. Konqresdə iştirakına və Fransa Yerli Özünüidarəetmə Orqanları ilə işgüzar əlaqələrin qurulmasına görə 2010-cu ildə Fransa Şəhər Bələdiyyələri Assosiasiyasının illik yığıncağının qərarı ilə adıçəkilən qurumun qızıl medalı ilə təltif olunmuşdur.
Səmərəli fəaliyyətin nəticəsi olaraq, Şəki şəhəri Dünyanın Qədim Şəhərlər Assosiasiyasına üzv seçilmiş, Ankara şəhərinin mərkəzində Xocalı soyqırımına möhtəşəm abidə qoyulmuş, 2014-cü ilin sonunda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Dağlıq Qarabağ barədə həqiqəti əks etdirən qərar qəbul olunmuşdur.