Əbülqasım Həlaf ibn Abbas əz-Zəhravi,və ya Əbulqasıs (ərəb. أبو القاسم الزهراوي; 936[2][3][…], Mədinə əz-Zəhra, Əndəlüs – 1013[2][3][…], Kordova, Əndəlüs) — Əndəlusdan olan ərəb həkim və alim (müasir İspaniya ərazisində). Kordova xəlifəsi II Əl-Hakamın saray həkimi olmuşdur.
Əbülqasım əz-Zəhravi | |
---|---|
ərəb. أبو القاسم خلف بن عبَّاس الزهراوي | |
Doğum adı | أبو القاسم خلف بن عبَّاس الزهراوي |
Doğum tarixi | 936[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 1013[2][3][…] |
Vəfat yeri | |
Elm sahələri | tibb, cərrahiyyə[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Əbulqasıs cərrahiyyə, tibb, oftalmologiya, ortopediya, farmakologiya, odontologiya, qidalanma və s. fəsillərindən ibarət 30 cildlik "əl-Təsrif" əsərini yazdı. XII əsrdə "əl-Təsrif" latın dilinə tərcümə edildi və Kremonyalı Qerard tərəfindən illüstrasiya edilmişdir. XIV əsrdə fransız həkim Qi de Şoliak 200 dəfədən çox sitat gətirdi.
Əbulqasıs sidik kanalını araşdırmaq, yemək borusundan yad cisimləri çıxarmaq, qulağı araşdırmaq üçün xüsusi bir alət icad etdi.