I Baharlı (Ağdam)

Baharlı, I BaharlıAzərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.[1]

Baharlı
40°08′15″ şm. e. 47°06′19″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0227
Xəritəni göstər/gizlə
Baharlı xəritədə
Baharlı
Baharlı

Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar.[2]

XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar.[2]

Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir.[2]

Kəndin on bir illik orta məktəbi var. I Baharlı kənd tam orta məktəbinin əsası 1913-cü ildə Şuşa real məktəbinin məzunu Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov tərəfindən qoyulmuşdur. Hazırda I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır.

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədlərinə görə 1843-cü ildə Baharlının əhalisi 47 kişi, 33 nəfər qadın olmaqla sakinlərin ümumi sayı 80 nəfər idi. 1848, 1863 illərin siyahıya alınmasında yalnız kişilərin siyahısı aparılmışdır. Aparılmış siyahıya alınmaya əsasən Baharlının kişi sakinlərinin sayı 1848-ci ildə 45 nəfər, 1863-cü ildə isə 68 nəfər olmuşdur. 1863-cü ildə Baharlı kəndi 19 evdən ibarət idi.[3]

Həmin sənədlərə görə Baharlı kəndinin Mirzə İsmayıl bəy Vəliyev (Baharlı), Rzaqulu bəy Vəliyev, Məmmədqulu bəy Vəliyev adlı üç adlı-sanlı bəyi olmuşdur. Qardaş olmuş bu üç bəy İbrahim bəy Baharlının oğlanları, Mirzə Vəli bəy Baharlının nəvələridirlər.[3]

Bu kənd 1873-cü ilin əhalinin siyahıya alınmasında I Baharlı kəndi kimi göstərilmişdir.[3]

1873-cü ildə I Baharlıda aparılmış əhalinin siyahıya alınması sənədinə əsasən kənd 21 evdən ibarət idi. Həmin sənədə görə 75 kişi, 39 qadından ibarət I Baharlı kəndinin əhalisinin ümumi sayı 114 nəfər olmuşdur.[3]

1886-cı ildə isə I Baharlı kəndi 37 evdən ibarət olmuşdur. I Baharlıda aparılmış əhalinin siyahıya alınması sənədinə görə bu kənddə 1886-cı ildə 91 kişi, 46 qadın yaşamışdır. Əhalinin ümumi sayı 137 nəfər idi.[3]

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə içməli su verilməsinə başlanılıb.[4] Ağdamın Baharlı kəndindən Əli Bəliyev 1991 ci ilfə şəhid olmuşdur

  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  • Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları. Bakı, 2014
  • Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
  • Orxan Zakiroğlu (Baharlı). Baharlı tayfasının adını daşıyan ərazilər. "Bütöv Azərbaycan" qəzeti, 8-14 avqust 2012-ci il, №27 (159)
  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11-17 iyul 2012-ci il, №23 (155)
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 1-7 avqust 2012-ci il, № 26 (158)
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy Baharlı istedadına və etibarına görə Qarabağ xanlığının vəziri rütbəsinə qədər yüksəlmişdi. (müsahibə). “Palitra” qəzeti, 5 mart 2013-cü il, № 41 (1895)
  • Orxan Zakiroğlu (Baharlı. Mirzə İsmayıl bəy və bu nəslin görkəmli övladları. "Təzadlar" qəzeti, 24 yanvar 2013-cü il, № 08 (1745)
  • Orxan Zakiroğlu (Baharlı). Hərbçi-şair Mirzə İsmayıl bəy Vəliyev. “Kaspi” qəzeti, 6-8 aprel 2013-cü il, № 059 (2900)
  • Orxan Zakiroğlu (Baharlı). Sürgündə bitən müəllim ömrü. “Azərbaycan müəllimi” qəzeti, 26 iyun -3 iyul 2003-cü il, № 26 (8030)
  • Orxan Zakiroğlu (Baharlı). Yarımçıq qalan müəllim ömrü. "Bütöv Azərbaycan" qəzeti, 21-27 dekabr, 2011-ci il, № 43(131)
  • Orxan Zakiroğlu (Baharlı). Soykökünə bağlı insan. “Bütöv Azərbaycan” qəzeti, 20-27 iyun 2012-ci il, № 20 (152)
  • Orxan Zakiroğlu (Baharlı). Əliş bəy Vəliyev kimdir?. "Təzadlar" qəzeti, 29 yanvar 2013-cü il, № 10 (1747)
  • Orxan Zakiroğlu (Baharlı). Baharlı tayfasının müəllim övladı – Vəli Vəlizadə. "Bütöv Azərbaycan" qəzeti, 30 yanvar-05 fevral 2013-cü il, № 04 (180)
  • Orxan Zakiroğlu (Baharlı). Oğul, ata, alim. “Bizim əsr” qəzeti, 19 avqust 2003-cü il, № 184 (900)
  • Orxan Zakiroğlu (Baharlı). Şam kimi əriyən alim ömrü. “Elm” qəzeti, 29 dekabr 2007-ci il, № 41-44 (848-851)
  • Orxan Zakiroğlu (Baharlı). Elm fədaisi – Zakir Məmmədov. "Bütöv Azərbaycan" qəzeti, 18-24 iyul 2012-ci il, № 24 (156)
  • Orxan Zakiroğlu (Baharlı). Soykökü ilə fəxr edən alim – Zakir Məmmədov. “Soy” dərgisi, № 3(35), 2010-cu il
  • Orxan Zakiroğlu (Baharlı). Birinci Baharlının yüz yaşlı məktəbi. "Bütöv Azərbaycan" qəzeti, 17-23 aprel 2013-cü il, №13(189)
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 3 Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11-17 iyul 2012-ci il, №23 (155)
  3. 1 2 3 4 5 Orxan Zakiroğlu (Baharlı). Baharlı tayfasının adını daşıyan ərazilər. "Bütöv Azərbaycan" qəzeti, 8-14 avqust 2012-ci il, №27 (159)
  4. "Ağdamın kəndlərinə içməli su çəkilib". 2011-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]