Əfşar imperiyasının hərbi donanması — 1734-cü ildən etibarən Nadir xan (1736-cı ildən etibarən şah) dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi.[1] Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Maskat sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi.[2]
Əfşarlara qədər dövlətdə hərbi donanma yaradılması üçün sonuncu cəhd 1718-ci ildə edilmişdi.[3] Bu cəhd də Səfəvi şahının donanma yaratmaqda istəksiz olması səbəbindən baş tutmamışdı.[4]
Yaradılmasından sonra keçən 10 il ərzində Əfşar imperiyasının hərbi donanması uğurlu eksponsionist siyasət həyata keçirirdi. Bu donanma Maskatı və İran körfəzindəki bir çox adanı ələ keçirməyi bacarmış, lakin şimalda Osmanlı və Rusiya donanmaları ilə rəqabər aparmaqda uğursuz olmuşdu.[2] 1745-ci ildən etibarən Əfşarların donanması tədricən tənəzzül etməyə başladı və 1747-ci ildə Nadirin qətlə yetirilməsindən sonra tamamilə süqut etdi. Bu süqutun səbəbi gəmilər üçün lazım olan detalların azlığı və ya tamamilə yoxluğu idi.[5]
Kərim xan Zənd hökmdar olduqdan sonra Oman imamlığından Əfşarların gəmisi olmuş Rəhmanini geri istədi. Bunu ərəb tayfası olan Bəni Mainlərdən ələ keçirmiş olan Oman Kərim xanın tələbini rədd etdi və bu müharibəyə səbəb oldu. Kərim xan Zənd 1773-cü ildə Omana hücum etsə də, uğur qazana bilmədi. Kaveh Fərrux iddiasına görə bu hadisə artıq mərkəzi hökumətin İran körfəzinin cənub sahillərinə əlinin çatmadığının göstərir. 1820-ci illərdə Qacarlar dövləti də Qeşm və Hörmüz adalarını da Omanın əlinə keçməsinə əngəl ola bilmirlər.[6]
Uilyam Teylor 1811-ci ildi bildirirdi ki, 1738-ci ildı iranlılar tərəfindən tikilmiş gəmilərdən biri indi Osmanlıların əlindədir və "Bəsrədəki türk donanmasının bayraqdarı kimi istifadə edilir...və 8 il bundan əvvəl Bombey limanına təmir üçün gətirildiyi zaman ağaclarının mükəmməl şəkildə sağlam olduğu müəyyən edildi".[7]
Müasir qaynaqların bildirdiyinə görə 1737-ci ildə donanma ağ fonda üzərində Zülfüqar əks edilmiş bayraq istifadə etmişdir.[8]
Hərbi donanmanın dənizçiləri adətən Huvala tayfasından toplanırdı.[9] Həmçinin donanmada Avropa donanmalarından qaçmış dənizçilərdən də yararlanılırdı.[10]
Şimal donanması Xəzər dənizində fəaliyyət göstərirdi. 1745-ci ildə iki freqat və 4 kiçik gəmi (hamısı yerli istehsal) donanma daxilində xidmət etməkdə idi.[1] Qaynaqların bildirdiyinə görə, bu donanmaya daxil olan gəmilərdən biri 1752-ci ildə Rəşt yaxınlığında yandırılmışdır. Şimal donanması yaradılmamışdan əvvəl, Nadir ruslardan gəmi ala bilmək üçün böyük məbləğlərdə pullar ödəmişdir. Bu gəmilərdən Nadirin Dağıstan yürüşü zamanı maddi-texniki təminat göndərmək üçün istifadə edilmişdir.[16]
Cənub donanmasının əsas üzdüyü məkan İran kərfəzi və Oman körfəzi idi. Lakin bu donanmanın Ərəbistan dənizində də fəaliyyə etdiyi dövrlər olmuşdur.
1734-1736-cı illər: 1734-cü ildə Nadir ingilislərdən iki briqantin gəmisi aldı. Bundan başqa, yerli ərəb şeyxindən də iki ədəd briqanin əldə edildi.[2] Patna və Ruperall adlandırılan ingilis briqantinlərinə müvafiq olaraq Veddell və Kuk komandan təyin edildi.[17] Əfşarlar 1736-cı ildə Buşehrdə saxladıqları Ost-Hind şirkətinə məxsus olan Northuberland gəmisinin kapitanını gəmini onlara satmağa məcbur etdilər.[18] "Böyük məbləğ qarşılığlnda satın alınan" gəmi döyüş gəmisinə dönüşdürüldü. Gəmi o dövrdə pis vəziyyətdə idi və buna görə də, Ost-Hind şirkəti "potensial Əfşar iddialarından özlərini qorumaq üçün addımlar atdılar".[16] Həmin ilin oktyabrında donanma ingilislərdən 8 min tümənə satın alınmış 20 silahlı 2 freqat daha əldə etdi və onlardan biri Cavan adlandırıldı.[19] Arxiv sənədlərində isə, yalnız bir gəminin satıldığı göstərilmişdir.[20] Cavan daha sonra Fəth-i Şah adlandırıldı və donanmanın bayraqdar gəmisi oldu.[20][21] Lakin baqa bir qaynağa görə isə, Fəth-i Şah gəmisi əvvəlki Northumberland gəmisi olmuşdur.[22] Cavan şəxsi olaraq Bombeydə yerləşən EİC şirkəti tərəfindən Əfşarlara satılmaq üçün əldə edilmişdi və şirkət bu satışdan 200 faiz mənfəət əldə etmişdi.[20] Donanmaya daxil olan başqa bir gəmi isə fransız tacirlərdən satın alınmış l'Heureux gəmisi idi.[22]
1737-ci il: 1737-ci ilə aid holland qaynağı donanmanın inventarını belə təqdim etmişdir:
Gəmi | Kökən | Qeydlər |
---|---|---|
Fəth-i Şah | ingilis | 7.000 tümənə alınmışdır. |
Capitaine | ingilis | Purchased for 4.000 tümənə alınmışdır. |
Fatta Mamoedieb | ingilis | 400 tümənə alınmışdır. |
Nastar Chanie | ingilis | 300 tümənə alınmışdır. |
Toeckelc | Basidu | Şeyx Rəşiddən 3.000 tümənə alınmışdır. |
Fattilhaije | Basidu | Şeyx Rəşiddən 1.300 tümənə alınmışdır. |
Fatta Rhamhanied | ərəb | 400 tümənə alınmışdır. |
Illhaiji | Basidu | Şeyx Rəşiddən 400 tümənə alınmışdır. |
Bilinmir | Basaydu | Şeyx Rəşiddən alınmışdır. |
Bilinmir | Basaydu | Şeyx Rəşiddən alınmışdır. |
Bilinmir | Yerli | Məhəmməd Lətif xan tərəfindən tikilmişdir. |
Bilinmir | Yerli | Məhəmməd Lətif xan tərəfindən tikilmişdir. |
a also spelt Fattishahi (fars. فتح شاهی) b (fars. فتح محمودی) c also spelt Tawakkul (fars. توکل) d (fars. فتح رحمانی) | ||
Mənbə: Villem Floor (1987)[23] |
1741-1742-ci illər: 1.100 tonluq Bombey mərkəzli gəmi olan Şavallum onu hazırlayan konsortium (Con Lambton, parsi tacir Bhomanji Rüstəmci və Manoji Novroji və bombeyli Şivan Set Dharam Set) tərəfindən satılmış və Rəhimi adlandırılmışdır. Bu gəmi Əfşar donanmasının bayraqdarı kimi xidmət etmişdir.[24] 1742-cı ildə cənub donanmasına 15 gəmi daxil idi və onların çoxu Kambey körfəzindəki Suratda hazırlanmışdı.[25] Əfşarlar Suratdakı gəmi hazırlayanlara daha 11 gəmi sifariş verdilər və bu sifarişlərdən birincisi 1741-ci ildə hazır edildi. Bu gəmilər tik ağacından hazırlanmışdılar və öz davamlılıqları ilə seçilirdilər.[26] 1742-ci ildə Robert Qalley gəmisi ingilis Eusteys Pikokdan 1000 tümə qarşılığında satın alındı.[20] Daha iki gəmi - Meri və Pembrok Suratdakı EIC tərəfindən hazırlandı və 186.251 rupiyə (9.312 tümənə və ya 23.280 pounda bərabər idi) Əfşarlara satıldı.[27] Pembrok lazimi təchizatlardan məhrum idi, Meri isə su sızmasına məruz qaldığı üçün gündəlik nasosa ehtiyyacı var idi.[28]
1745-ci ildə: 1745-ci ildə donanmada 30 gəmi mövcud idi.[26]
1747-ci ildə: 1747-ci ildə cənub donanmasında 20-25 gəmi mövcud idi.[16]
Əfşarid donanması aşağıdakı gəmiləri məhdud müddətə icarəyə götürmüşdü:
Gəmi | Ölkə bayrağı | Qeydlər |
---|---|---|
Britaniya | Böyük Britaniya krallığı | 1734-cü ildə Bəndər-Abbasda sahil-mühafizə işlərində istifadə edilmişdir.[29] |
de Rithem | Hollandiya | 1736-cı ildə antiquldur patrulu üçün istifadə edilmişdir.[19] |
Robert Galley | Böyük Britaniya krallığı | 1734 və 1736-cı illərdə sərnişin daşınması üçün istifadə edilmişdir.[30] |
de Anthonia | Hollandiya | 1737-ci ildə Maskat sultanlığına hücum üçün istifadə edilmişdir.[12] |
tHuys Foreest | Hollandiya | 1737-ci ildə Maskat sultanlığına qarşı döyüşən orduya ərzaq göndərmək üçün istifadə edilmişdir.[12] |
Rose Galley | Böyük Britaniya krallığı | 1738-ci ildə maddi-texniki təminat daşımaq üçün istifadə edilmişdir.[31] |
tHof niet altijd Somer | Hollandiya | 1738-ci ildə Culfara qarşı maddi-texniki təminat daşımaq üçün istifadə edilmişdir.[32] |
de Valk | Hollandiya | Kişdəki 1740-cı il qiyamını yatırmaq üçün istifadə edilmişdir.[14] |
de Middenrak | Hollandiya | |
de Croonenburgh | Hollandiya | |
Rusiya imperatriçası | Rusiya imperiyası | 1742-ci ildə Nadir şahın ordusu üçün düyü göndərmək üçün istifadə edilmişdir.[16] |
de Ridderkerk | Hollandiya | 1742-cı ildə Tattaya səyahət üçün istifadə edilmişdir.[33] |
Bəzi hallarda, Nadir şah gəmiləri icarəyə götürməkdə uuğrlu ola bilmirdi. Yelizavetanın taxta çıxmasından qısa müddət sonra - 1771-ci ilin dekabrında ondan Dağıstan yürüşünün maddi-texniki təminatını həyata keçirmək üçün 10 gəmini icarəyə verməsi istənildi. Rus səfirinin məsləhəti ilə bu təklif rədd edildi. Rus səfiri bu gəmilərin heç vaxt geri qaytarılmayacağından qorxurdu. 1730-cu illərdə britaniyalı birinin şəxsi mülkü olan Severn və Edvard gəmilərinin də icarə təklifləri rədd edilmişdi.
1743-cü ildə Nadir şah ingilis taciri Con Eltonu İranın şimalında dəniz gəmiqayırma idarəsinin rəisi təyin etdi və ona Camal Beiq titulu verdi. Eltonun baş ofisi Lahican və Ləngəruddakı gəmiçilik obyektlərində yerləşirdi.