Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi — dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nəqliyyat Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 5 avqust 1998 |
Ləğv edilib | 13 fevral 2017 |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Tbilisi prospekti 1054, AZ 1122 |
Rəhbərlik | |
Nazir | Ziya Məmmədov |
Nazir müavinləri |
Musa Pənahov Arif Əsgərov |
|
|
Rəsmi saytı | mot.gov.az |
Nazirlik Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentiinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır[1].