Əhməd Fəthi Paşa (d. 1801 - ö. 24 fevral 1858) — Osmanlı sultanı II Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əhməd Fəthi Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat |
Atası | Rodoslu Hafiz Əhməd ağa |
Anası | Saliha xanım |
Həyat yoldaşları |
Ayşə Şəmsinur xanım Atiyə Sultan |
Uşaqları |
Mehmed Bəsim Paşa Kürəkən Mahmud Cəlaləddin Paşa Yeganə xanım Əminə Güzidə xanım Səniyə xanım Sultan Fəridə xanım Sultan |
Vikianbarda əlaqəli mediafayllar |
Rodoslu Hafiz Əhməd ağanın oğlu olub, atasının vəfatından 1 ay sonra, 1801-ci ildə Rodos adasında dünyaya gəldi. 1809-cu ildə Əndəruna alınaraq burada yetişdirildi. 1826-cı ildə hərbi təlimlərə başladı və 1829-cu ildə qolağası, ardından mayor rütbələrinə yüksəldi. 1830-cu ilin avqustunda miralay təyin edildi və zabitliyə yüksəldi. 1835-ci ilin iyununda yenicə taxta çıxan Avstriya imperatoru I Ferdinandı təbrik məqsədilə müvəqqəti səfir ünvanıyla Vyanaya göndərildi. Həmin ilin noyabrında döndü və 1836-cı ilin avqustunda daimi Vyana səfiri təyin edildi. 1837-ci ilin iyulunda vəzir rütbəsi aldı və vəzifələri arasına Aydin valiliyi əlavə olundu. Ancaq həmin ilin oktyabrında səfirlikdən azad edildi.
1838-ci ilin fevralında London səfiri, həmin ilin aprelində Paris səfiri seçildi. İngiltərə kraliçası I Viktoriyanın 28 iyun 1838-ci ildə keçirilən tacqoyma mərasimində Osmanlı imperiyasının nümayəndəsi olaraq iştirak etdi. 1839-cu ildə İstanbula döndü və 8 yanvar 1840-cı ildə ticarət naziri təyin edildi. Bu vəzifədə ikən 8 avqust 1840-cı ildə Sultan Mahmudun qızlarından Atiyə Sultanla nigahlandı.
1842-ci ilin aprelində üzv seçildiyi məclisin 8 noyabr 1843-cü ildə rəisi seçildi. 12 noyabr 1844-cü ildə vəzifədən alındı və 20 mart 1845-ci ildə hərb naziri təyin edildi. Həmin ilin 10 avqustunda əlavə olaraq Topxana müşirliyinə gətirildi. 25 iyul 1852-ci ildə vəzifədən azad olunsa da, 26 fevral 1853-cü ildə ticarət naziri və həmin ilin 8 mayında yenidən Topxana müşiri seçildi. 9 sentyabr 1857-ci ildə vəzifədən alınsa da, həmin ilin 22 oktyabrında üçüncü dəfə Topxana müşiri təyin edildi. Bu vəzifədə ikən 24 fevral 1858-ci ildə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinin bağçasına dəfn edildi.
Ayşə Şəmsinur xanımla (ö. 4 iyul 1881) olan ilk nigahından Mehmed Bəsim Paşa və Mahmud Cəlaləddin Paşa adlı 2 oğlu, Yeganə xanım və Əminə Güzidə xanım adlı 2 qızı dünyaya gəlmişdir. Oğlu Mahmud Cəlaləddin Paşa Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nigahlanmışdır. Qızı Əminə Güzidə xanım isə saray məmurlarından Əyinli Səid Paşayla evlənmişdir.
Atiyə Sultanla olan nigahından isə Səniyə xanım Sultan və Fəridə xanım Sultan adlı 2 qızı dünyaya gəlmişdir.