Atiyə Sultan

Atiyə Sultan (2 yanvar 1824, İstanbul11 avqust 1850, İstanbul) — 30. Osmanlı sultanı II Mahmudun qızı.

Atiyə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1824(1824-01-02)
Doğum yeri Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 11 avqust 1850(1850-08-11) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri Sultan Mahmud türbəsi, İstanbul
Fəaliyyəti əsilzadə
Atası II Mahmud
Anası Pərviz-fələk Sultan
Həyat yoldaşı Əhməd Fəthi Paşa
Uşaqları Səniyə xanım Sultan
Fəridə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Atiyə Sultan 2 yanvar 1824-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Mahmud, anası isə Pərviz-fələk Sultandır. Ondan yaşca kiçik 2 doğma bacısı dünyaya gəlsə də, bunlardan Xədicə Sultan 17 yaşında, Fatma Sultan isə cəmi bir yaşında ikən vəfat etmişdir. 1839-cu ildə atası vəfat etdi və ögey qardaşı Sultan Əbdülməcid taxta çıxdı. Cəmi bir il sonra 8 yanvar 1840-cı ildə qardaşı onu Rodoslu Əhməd Fəthi Paşayla nişanladı. Həmin ilin 25 iyununda şeyxülislam Mustafa Asım Əfəndi tərəfindən nigahlanan cütlüyün toy mərasimi 7 avqust 1840-cı ildə Dolmabağça sarayında baş tutdu və yeddi gün boyunca davam etdi.

Mərasimin ardından Arnavutköy sahilsarayında yaşayan cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. Ancaq əri Əhməd Fəthi Paşa daha öncə Ayşə Şəmsinur (ö. 4 iyul 1881) adlı bir xanımla evliydi və bu nigahdan 4 övladı vardı. Bu səbəblə ərini qısqanan Atiyə Sultan onun başqa yerdə gecələməsini qadağan etmişdi. Hətta işləri səbəbilə sarayda qalmadığı gecələr Atiyə Sultan paşanın Quzquncuq səmtindəki evinə adam yollayaraq onun orda olub-olmadığını yoxlayarmış.

Atiyə Sultan 11 avqust 1850-ci ildə vəfat etdi və cənazəsi Sultan Mahmud türbəsinə atasının yanına dəfn olundu. Ölümünün ardından ərinin səyləriylə, ögey oğlu Mahmud Cəlaləddin Paşa qardaşı qızı Cəmilə Sultanla nigahlandı.