Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası (türk. Ahmet Hamdi Tanpınar Edebiyat Müze Kütüphanesi) — Türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) adına ədəbiyyat muzeyi və arxivi. Muzey İstanbulda yerləşir, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Açılışı 2011-ci il noyabrın 12-də reallaşıb.[1][2][3][4].
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası | |
---|---|
türk. Ahmet Hamdi Tanpınar Edebiyat Müze Kütüphanesi | |
| |
Əsası qoyulub | 12 noyabr 2011 |
Açılış tarixi | 12 noyabr 2011 |
Təsisçi | Türkiyə Mədəniyyət və Turizm Nazirliyi |
Mövzu | Əhməd Həmdi Tanpınar |
Ölkə | Türkiyə |
Yerləşir | Gülhanə parkı |
Ünvan | Gülhanə parkı, Fateh, İstanbul |
41°00′39″ şm. e. 28°58′41″ ş. u. |
Muzey, XIX əsrdə inşa edilmiş "Alay Köşkü" tarixi binasında, Topqapı sarayı kompleksinin bir hissəsi olan Gülhanə parkının yaxınlığında yerləşir.[3][4][5][6][7] Osmanlı sultanları əvvəllər bu binada yeniçəri paradlarına ev sahibliyi edirdilər.[5][7] 1910-cu illərdən bəri Gözəl Sənətlər Dərnəyi tərəfindən istifadə olunur.[7] 1928-ci ildən 1940-cı illərin sonlarına qədər binada Türk Dili və Ədəbiyyatı Dərnəyi üzvlərinin iclasları keçirilirdi.[5][6][7]
Zirzəmidə iki otaq və bir vestibül var.[7] Birinci mərtəbədə keçmiş taxt otağı, iki salon və üç otaq yerləşir.[7] Zirzəmi hazırda kafeyə çevrilmişdir.[3] O, ədəbiyyat sahəsində mükafat almış kitablardan ibarət sərginin yer aldığı "Yazıçılar Kafesi" kimi tanınır.[1][2] Üst mərtəbədə İstanbulda anadan olan türk yazıçılarına həsr olunmuş 50-yə yaxın guşə var. Burada bəzi yazıçı və şairlərin bəzilərinin büstləri qoyulmuşdur.[2] Büstü qoyulan yazıçılar arasında Əhməd Həmdi Tanpınardan əlavə Yəhya Kamal Bəyatlı, Nazim Hikmət, Nejip Kysakürek, Əziz Nesin, Orxan Pamuk, Aişə Kulin, Zülfü Livaneli və Doğan Hyzlanın adlarını qeyd etmək olar.[1][5][7]
Muzey-kitabxana həmçinin türk yazıçılarının və şairlərin müzakirələri üçün bir yerdir. Burda ədəbiyyat sahəsində mükafatlar da təqdim olunur.[5][6] Muzeydəki kitabxanada İstanbul haqqında minə yaxın kitab və əsər vardır.[1][2][3][5][7] Üstəlik burda digər sənət sahələri ilə bağlı 100-ə yaxın müxtəlif dövri nəşrin sayı da daxil olmaqla səkkiz minə yaxın kitab saxlanılır. Həm də muzeydə vaxtaşırı sənət sərgiləri keçirilir.[7]
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın açıqlamasına görə, bu muzey Türkiyənin yeddi bölgəsində yerləşən yeddi ədəbiyyat kitabxana muzeyi şəbəkəsindən biridir. Digər altı muzey sırasına - Ankaradakı Mehmet Akif Ərsoyun Ədəbiyyat Muzeyi-Kitabxanası, Diyarbəkirdə Əhməd Arifin Ədəbiyyat Muzeyi-Kitabxanası, Adanadakı Qaracaoğlanın Ədəbiyyat Muzeyi-Kitabxanası, Ərzurumdakı Ərzurumlu Əmrahın Ədəbiyyat Muzeyi-Kitabxanası, Attila İlhanın İzmirdəki Ədəbiyyat Muzeyi-Kitabxanası və nəhayət Trabzonda Bedri Rahmi Eyüboğlunun Ədəbiyyat Muzeyi-Kitabxanası daxildir.