Əhməd Seku Ture

Əhməd Seku Ture (9 yanvar 192226 mart 1984, Klivlend, ABŞ[1]) — Qvineya siyasi, dövlət və ictimai xadimi, yazıçı, müstəmləkəçiliyə qarşı mübariz, 1958-ci il 2 oktyabr tarixindən 26 mart 1984-cü ilədək Qvineyanın ilk prezidenti.

Əhməd Seku Ture
n'ko: ߊߤߊߡߊߘ ߛߋߞߎ߬ ߕߎ߬ߙߋ
Şəxsi məlumatlar
Doğum tarixi 9 yanvar 1922(1922-01-09)
Vəfat tarixi 26 mart 1984(1984-03-26) (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[1]
Fəaliyyəti siyasətçi

Təltifləri Vətəndaş ləyaqəti ordeni "Fəxri legion" ordeninin Böyük xaçı Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni "Ağ şir" ordeni Star of the Socialist Republic of Romania Order of the Companions of O. R. Tambo National Order of Merit
Lenin sülh mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 9 yanvar 1922-ci il Fransa Qvineyasının Farana qəsəbəsində Malinka xalqına aid kəndli ailəsində anadan olmuşdur. O, 1884–1898-ci illərdə Fransa müstəmləkəçiliyinə müqavimət göstərmiş olan Qərbi Sudan xalqlarının müstəmləkə əleyhinə mübarizəsinin məşhur lideri Samori Turenin nəticəsi idi.

İki il Konakri koloniyasının mərkəzindəki Pedaqoji Liseydə təhsil alırdı, lakin 1937-ci ildə inqilabi fəaliyyətinə (tətillərdə iştirak edirdi) görə qovuldu, poçtda işləmişdir. 1945-ci ildə işçilər dərnəyinin həmtəsisçisi, 1946-cı ildə Qərbi Afrika ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparan Afrika Demokratik Birliyinin vitse-prezidenti oldu. 1947-ci ildə Qvineya Demokratik Partiyasını yaratdı və 1952-ci ildə ona rəhbərlik etməyə başladı. 1948-ci ildən Fransa Ümumi Əmək Konfederasiyasının Qvineya bölməsinin baş katibi oldu, 1950-ci ildən eyni vəzifəni Fransız Qərbi Afrikadakı həmkarlar ittifaqları koordinasiya komitəsində tutdu, 1956-cı ildən isə Qara Afrika İşçiləri Ümumi Konfederasiyasının baş katibi idi.

1956-cı ildə Fransa Milli Məclisinə deputat və Konakrinin meri seçildi və bu da Qvineyanın müstəqilliyi uğrunda güzəştsiz mübarizə aparmasına imkan verdi.

1958-ci ildə Qvineya referendumda V Respublika Konstitusiyasını rədd edən yeganə fransız müstəmləkəsi oldu və beləliklə 2 oktyabr 1958-ci ildə müstəqillik qazandı. Bu, Fransa ilə əlaqələrin kəsilməsinə və ölkənin iqtisadi mühasirəyə alınmasına səbəb oldu. Seku Ture istiqamətini SSRİ-yə yönəltməyə qərar verdi və Qvineyanın prezidenti olaraq, aktiv sənayeləşmə və sovet mütəxəssislərinin köməyi ilə sənaye nəhənglərinin yaradılmasını əhatə edən köklü sosialist dəyişiklikləri həyata keçirdi. Qadın hüquqları əhəmiyyətli dərəcədə genişləndirildi, məsələn "qadın şuraları" yarandı.[2]

Afrikanın tamamilə müstəmləkəsizləşdirilməsini, neokolonializmə qarşı mübarizəni, dekolonizasiya olunmuş ölkələrin sıx inteqrasiyası və qarşılıqlı yardımını, habelə SSRİ və sosialist düşərgəsi ölkələri ilə dostluq əlaqələrinin inkişafını dəstəkləyirdi.

Eyni zamanda, artıq 1960-cı ildə Afrikadakı fransız müstəmləkələrinin çoxu, Fransa ilə sıx əlaqələrini qoruyaraq müstəqillik qazandı və 1962-ci il Karib böhranı zamanı Seku Ture qısa müddətlik (C. Kennedinin öldürülməsindən əvvəl) faktiki olaraq ABŞ-yə yenidən yönəldi. Bununla belə Fransa ilə münasibətlər gərgin olaraq qaldı.

25 aprel 1972-ci ildə hökumət başçısı vəzifəsini rəsmi varisi Lui Lansana Beavogiyə təhvil verdi.

1977-ci ildə ölkədə siyasi böhran bir üzə verdi: Konakri bazarında kütləvi etirazlarla nəticələnən "qadın alverçilər qiyamı" qiymətlərə dövlət nəzarətini tətbiq edən radikal "sosialist" islahatların tədricən azalmasına səbəb oldu.

O, 1978-ci ildə ilk dəfə keçmiş metropoliya prezidenti Valeri Jiskar d'Esteni Qvineyaya dəvət etdi.

26 mart 1984-cü ildə əməliyyat zamanı Klivlend (ABŞ) xəstəxanasında vəfat etdi.

Ondan sonra prezident vəzifəsini Lui Lansana Beavogi icra etməyə başladı, lakin aprelin 3-ü o, Polkovnik Lansana Konte tərəfindən devrildi. Beavogi həbsxanaya düşdü və orada çox keçmədən öldü (rəsmi versiyaya görə şəkər xəstəliyindən).

4 iyul 1985-ci ildə keçmiş baş nazir Diarra Traorenin (8 iyul 1985-ci ildə edam edildi) rəhbərlik etdiyi keçmiş prezidentə sadiq qüvvələr tərəfindən çevriliş cəhdi edildi. Təxminən iki il davam edən istintaqdan sonra 58 iştirakçı (Seku Turun rəhbərliyindəki 8 keçmiş nazir daxil olmaqla) edam cəzasına, 140 nəfər müxtəlif müddətə həbs cəzasına məhkum edildi (Seku Turenin oğlu, dul xanımı, Andre Ture, qardaşı İsmayıl Ture də daxil olmaqla).

2021-ci ilin oktyabrında, 1971-ci ilin oktyabr qırğınının 50-ci ildönümü münasibətilə, Sékou Touré rejimi altında edam edilən 70 Qvineyalı qohum, prezident Mamady Doumbouya'dan reabilitasiya və qurbanların layiqli bir dəfnini istədi.

  1. 1 2 3 https://perspective.usherbrooke.ca/bilan/servlet/BMBiographie?codeAnalyse=96.
  2. "А. Андреев «Феминизм африканского цвета»". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]