Əhməd Vəliyev (29 noyabr 1946, Alpout, Qazax rayonu) — Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, professor, "Şöhrət" ordenli. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.[1]
Əhməd Vəliyev | |
---|---|
Əhməd Abdulkərim oğlu Vəliyev | |
Doğum adı | Əhməd Abdulkərim oğlu Vəliyev |
Doğum tarixi | 29 noyabr 1946 (78 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olmuş, 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1990–1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmışdır. Əhməd Vəliyev: fizika-riyaziyyat elmləri namizədi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph. D), fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini və dosent, professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülmüşdür. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, siyasi publisistika janrında yazılmış "Bəsirət ünvani" adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, 2003-cü ildə isə ingilis dilində çap olunmuşdur. Bundan başqa, Əhməd Vəliyev "Adının sahibi" kitabının da müəllifidir. Əhməd Vəliyev III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvüdür. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəridir. Əhməd Vəliyev 2005-ci ildən Millət vəkili və 1997-ci ildən Odlar Yurdu Universitetinin rektorudur.
Ailəlidir, 2 oğlu, 1 qızı, 8 nəvəsi vardır. Böyük oğlu Samir Vəliyev ölkənin ən gənc hüquq elmləri doktoru və professordur, qızı Vəfa Vəliyeva həkim, doktorant, kiçik oğlu Munir Vəliyev isə iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktorudur (Ph. D).
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Əhməd Vəliyev "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |