Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Qurbanov Əjdər Məmməd oğlu (1962, Astara) — Azərbaycanlı hərbçi, Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin keçmiş rəisi.[1]
Əjdər Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | VAQ |
Doğum tarixi | |
Doğum yeri | Seləkəran, Astara rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Qurbanova (Hüseynova) İlhamə |
Atası | Qurbanov Məmməa (Böyük Vətən müharibəsinin 1-ci qrup əlili0 |
Anası | Qurbanova (Kərimova) Qızlər |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Hava Desant Qoşunları |
Hərbi hissə | 742(704), 181, 196, 215, 217, 705, AAHM, C. Naxçıvanski adına hərbi lisey, Müdafiə Nazirliyi. |
Xidmət illəri | 1984 – 2015 |
Rütbəsi | Polkovnik |
Vəzifəsi | Müdafiə Nazirliyi Döyüş hazirlığı idarəsinin rəisi |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri | "Azərbaycan Bayrağı" ordeni,"Qüsursuz xidmətə görə" 1-2-3 dərəcəli medallar(3-cü dərəcəli sovet ordusundan), Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal, Yubiley medalları, Silahlı Qüvvələrin veteranı medalı, Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin təqdimatına əsasən ictimai asayişi qorumağına və əla xidmətlərinə görə medallı, |
Qurbanov Əjdər Məmməd oğlu 1962-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olub.[1]
Orta məktəbi Astara rayonunda bitirmiş, 1984-cü ildə isə Bakı Ali Ümumdiviziyon Komandirlər məktəbini bitirmişdir.[1]
Bakı Ali Ümumquşun Komandirlər məktəbini bitirdikdən sonra 38 illik hərb xidmətinin 8 ilini Sovet ordusunda Hava Desant Qoşunlarında keçirib. 1992-ci ildə Azərbaycana, Gəncə Hava Desant Dviziyasına gəlib. 1992-ci ilin avqustun 5-də Elbrus Orucovun komandiri olduğu 704 saylı hərbi hissədə Əlahiddə Motaatıcı Taborun komandiri olub. 1992-ci ilin sentyabrına qədər Pirəbulaq istiqamətində döyüşüb. 1993-cü ilin yaz, yay və payız aylarında 704 saylı hərbi hissənin komandiri vəzifəsini icra edib. 2014-ci il yanvar ayının 16-da Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olub.[1]
20 yanvar hadisələri zamanı Bakıda Az TV-nin enerji bloku partladıldığına görə televiziya işləmirdi. Mövcud vəziyyətdən isə əhalinin bir çox hissəsinin xəbəri yox idi. Bu zaman Şuşadakı teleqüllədən yayım aparılırdı. SSRİ rəhbərliyi Lvov şəhərində yerləşən 39-cu Hava Desant Briqadasını Şuşada vəziyyəti ələ almaq üçün buraya göndərmişdi. Bu zaman bu hərbi hissədə xidmət edən baş-leytenant Əjdər Qurbanovun vəzifəsi Şuşa televiziyasında təşkil edilən verilişlərdə Sovet hakimiyyəti əleyhinə təbliğat aparılmasının qarşısını almaq idi. Lakin Əjdər Qurbanov bilərəkdən anti-sovet verilişlərin efirə getməsinə şərait yaratmışdır(verilişləri hazırlayanlar: Vidadi Bağırov, İlhami Cəfərsoy). Hətta Qara Yanvar şəhidlərinin yeddisi günü olan verilişdə Şuşa şəhər xəstəxanasının terapiya şöbəsinin müdiri Rzayev Hüseyn çıxış edərək, SSRİ qoşunları xalqımıza divan tutub, dinc insanları öldürüb demişdi. Həmçinin o çıxışında SSRİ-ni faşist rejim, Qorbaçovu da faşist adlandırmışdı. Bütün bunlara şərait yaratdığına görə Əjdər Qurbanovun ermənilərin fitvası ilə DQMV- nin Xüsusi İdarəetmə rayonunun komendantı general-mayor Vladislav Safonov tərəfindən həbsinə əmr verilsə də, Hava Desant Qoşunları Komandanının səyi nəticəsində bu baş vermədi.[1]