Əl-Hitan vadisi

Əl-Hitan vadisi (ərəb. وادي الحيتان‎, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir.[1] Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda[2] UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[3] Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır.[4]

Əl-Hitan vadisi
وادي الحيتان [* 1]
Ölkə Misir Misir
Tip Təbii
Kriteriya viii
Keçid 1186
Region Afrika [* 2]
Daxil edilməsi 2005  (29-cu sessiya)
Əl-Hitan vadisi xəritədə
Əl-Hitan vadisi
Əl-Hitan vadisi

Ərazidə tapılan fosillər ən qədim qalıqlar olmaya bilər, lakin ərazidəki miqdarı və qorunma dərəcəsi o qədərdir böyükdür ki, hətta bəzi daxili quruluşlar da toxunulmaz olaraq qalmışdır. Əl-Hitan vadisində tapılan köpəkbalığı, timsah, mişar balığı, tısbağaskat kimi digər erkən heyvanların fosillərinin olması, bu dövrün ekoloji şərtlərini yenidən canlandırmağa imkan verir.

Balinaların ilk qalıq skeletləri 1902-1903-cü illərin qışında aşkar edilmişdir. Sonrakı 80 il ərzində əsasən əraziyə çatmaq çətinliyi ilə əlaqədar olaraq ərazi daha az maraq görmüşdür. 1980-ci illərdə dörd təkərli nəqliyyat vasitələri hazır olduqda əraziyə maraq yenidən başladı. Davam edən maraq ərazinin fosil kolleksiyaçılarının ziyarət yerinə çevrilməsinə gətirib çıxardı. Bir çox sümük aşkar edildi və ərazinin qorunması üçün çağırışlar edildi.

Qalıqlar kəllə və diş quruluşunun bəzi ibtidai tərəflərini saxlayaraq, müasir balinaların tipik düzəldilmiş bədən formasını göstərir. Ən uzun skeletin uzunluğu 21 m-ə çatırdı. Skelet yaxşı inkişaf etmiş beşbarmaqlı üzgəcləri olan ön ətraflara və dahə əvvəllər heç bir archaeocetidə aşkar edilməyən ön ətraflara, ayaqlara və barmaqlara sahib idi. Fosillərin sahibləri ilanabənzər və ətyeyən idi. Bu skelet qalıqlarından bir hissəsi qazıntı zamanı aşkar edilsə də, əksəriyyəti zaman-zaman eroziya nəticəsində açılmış çöküntülərə basdırılmışdır. Əl-Hitan milyonlarla illik sahil-dəniz həyatının sübutlarını təqdim edir.

Qədim[ölü keçid] balinalardan olan basilozavrın skleti

Əl-Hitan vadisi eyni zamanda 15 növ çöl bitkisi, qum təpələri və Şimali Afrika çaqqalı, kürən tülkü, Misir manqustuŞimali Afrika pişiyi də daxil olmaqla təxminən 15 növ vəhşi məməliyə ev sahibliyi edir. Çöl tülküləri ən çox görülən məməlilərdir və gecə müntəzəm olaraq düşərgə ərazisini ziyarət edirlər. Həmçinin göllər ətrafında 19 növ sürünən və 36 növ ev quşu qeydə alınmışdır.  

Əraziyə ildə təxminən cəmi 1000 ziyarətçi yola düşür. Çünki yol açılmamışdır və işarələnməmiş səhra qumlarını keçir. Vadinin ziyarətçiləri

əksər hallarda qış istirahət günlərində vadidə düşərgə quran əcnəbilərdir. Ərazi mühafizə sahəsində olduğuna görə qorunma planı ziyarətçiləri əvvəlcədən təyin edilmiş cığır boyunca əvvəlcədən tənzimlənən turlar keçirməyi məhdudlaşdırır. Bu bölgədə davamlı turizm inkişaf etməyə və böyüməyə başlayır və yol alternativ olaraq ayaq və ya dəvə gəzintiləri ilə əvəz olunur.[5]

Əl-Hitan vadisinin bir hissəsi turizm məkanına çevrildiyi üçün əsas qalıqlar arasında keçid yolları çəkilmiş və kiçik sığınacaqlar inşa edilmişdir. Artıq bu ictimai park turist qrupları tərəfindən mütəmadi olaraq ziyarət edilir və kiçik bir düşərgə ərazisi mövcuddur.

Vadi Garet Gohannam "Cəhənnəm dağı" olaraq bilinən bir dağın arxasında yerləşir. Gün batan zaman gün işığında dağ düşən qırmızı işıq ilə alov kimi görünür.[6]

Misir hökuməti 2007-ci ilin iyul ayında Belçika diplomatlarının idarə etdiyi bir cüt avtomobilin bu bölgədəki qorunan bir zonaya girdiyini və 10 milyon ABŞ dolları dəyərində zərər vurduğunu iddia etdi. Belçika hökuməti diplomatları tərəfindən heç bir ziyan dəymədiyini söyləsə də,[7] məsələ hələ də həll olunmamış qalır.

Vadinin panoraması


  1. "Wadi El Hitan (Whale Valley) - World Heritage Site - Pictures, info and travel reports". 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  2. "Africa World Heritage sites named". BBC News. 15 July 2005. 22 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2020.
  3. "Wadi Al-Hitan (Whale Valley)". UNESCO. 2 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2006.
  4. "Wadi Al-Hitan (Whale Valley), Egypt - Encyclopedia of Earth". 2013-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  5. UNEP-WCMC Protected Areas Programme - Wadi Al-Hitan (Whale Valley) Arxiv surəti 10 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-06-10 at the Wayback Machine
  6. "Egypt State Information Service - Environmental Tourism". 2008-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  7. "Blundering diplomats destroy $US10m whale fossil". AFP. 22 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2007.
  • "Wadi Al-Hitan trek on Google Earth". Ogle Earth. 13 May 2007.
  • "Images from a trek to Wadi Al-Hitan on Flickr". Stefan Geens. 13 May 2007.