Sinay monastırı və ya Müqəddəs Yekaterina monastırı (yun. Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης, Monì tìs Agìas Ekaterìnis, ərəb. دير القدّيسة كاترينا ) — Misirin Santa Katerina şəhərində yerləşən ortodoks monastırı. Rəsmi adı - Allahgəzən Sinay dağının Müqəddəs monastırıdır (yun. Ιερά Μονή του Θεοβαδίστου Όρους Σινά).
Müqəddəs Yekaterina monastırı | |
---|---|
Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης | |
28°33′20″ şm. e. 33°58′32″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Cənubi Sina mühafəzəsi[d] |
Tikilmə tarixi | 548 |
Üslubu | Bizans memarlığı |
Rəsmi sayt | sinaimonastery.com |
Vikianbarda əlaqəli mediafayllar |
Bizans imperatoru I Yustinianın əmri ilə 548-565-ci illər arasında inşa edilmişdir. Fatimilər xilafəti dövründə monastırın ətrafında məscid inşa edilsə də, qibləyə istiqamətləndirilmədiyi üçün heç vaxt istifadə olunmamışdır.
Monastırda yunan, ərəb, erməni, gürcü, ivrit, arami və Qafqaz Albaniyası dillərində əlyazmalar, 100-dən çox ikona və rəsm əsəri tapılıb. Bu əlyazmalardan biri də Qafqaz Albanlarının dilində yazılmış Sinay palimpsestidir.