əl-Kafi ((ərəb. الكافي)) — H.Q. III-IV (M. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Şeyx Kuleynidir.
Əl-Kafi | |
---|---|
ərəb. الكافي | |
| |
Müəllif | Şeyx Kuleyni |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Tərcüməçi | Elgiz Tağızadə |
Nəşriyyat | Mübahilə |
Nəşr | 2 |
Cild | 8 |
Səhifə | 991 |
Tiraj | 1000 |
Vikianbarda əlaqəli mediafayllar |
İslam dünyasının məşhur alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi» hesab edilir. Məhz bu kitaba görə o, «Siqqətul-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir.
«Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulul-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuul-Kafi» adlanan ikinci hissə isə şəriət və əhkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətul-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulul-Kafi» 8 kitabdan ibarətdir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən artıqdır. Bu əsər dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə-cəfəri hədis məcmuəsi sayılır. Bu baxımdan, «Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir.
Əl-Üsul min əl-Kafi
|
Əl-Füru min əl-Kafi
|
... |
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Kuleyni hədisləri Əhli Beyt İmamları ilə görüşmüş hədis ricalından və mühəddislərindən rəvayət etmişdir. Dövrün məşhur ustadları rəvayət etdikləri hədisləri ona oxuyur, ondan hədis rəvayət edir və dinləyərək, icazəsini alaraq onun təlimindən keçirdilər.[3]
Onun ilk qurşaq raviləri bunlardır :
Əsərin önəmini artıran bir çox ayrıcalıqlı özəlliyi vardır. Ən önəmlisi odur ki, bu əsərin müəllifi, Cəfəri şiələrinin on ikinci və sonuncu imamı Mehdinin nümayəndələrinin (naiblərinin) zamanında həyatda idi. Seyid İbn Tavus belə deyir :
Məhəmməd ibn Yəqubun təsnifləri və vəkillər zamanındakı rəvayətləri, vəkillər tərəfinfən onun nəql etdiklərinin təhqiqinə imkan verirdi.[4]
Çox azı müstəsna, "əl-Kafi"-də mövcud olan hədislərin müəllif ilə məsum imam arasındakı bütün ravi zənciri əskiksiz olaraq zikr edilir. Bəzən rəvayət zəncirinin başı həzf[5] edilə bilir. Bunun səbəbi, müəllifin heç bir əlaqələndirici olmadan birbaşa rəvayətin qaynağında nəql edə bilməsi ola bilər. Ya da qısa bir vaxt öncədən zikr etdiyi rəvayətlə əlaqələndirmiş olması da olabilər. Dolayısı ilə rəvayət zəncirinin giriş qismi yer almayan hədisin rəvayət zənciri, tam nəqlolunan əvvəlki hədis hökmündədir, demək istəmişdir.[6]
«Əl-Kafi»yə bir çox şərhlər yazılmışdır. Onlardan bəziləri :
Kitaba ən məşhur şərhlərdən biri olan "Miratul-Uqul"un müəllifi Əllamə Məclisi sözügedən kitabında hədisləri 5 kateqoriyaya ayırmışdır:[7][8]
Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub
Kitabın 1 (I) cildi Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub:
Kitabın 2 (I və II) cildi türk dilinə tərcümə olunub və nəşr olunub:
İmam Mehdi: Şiəmiz üçün yetərlidir.[12]
"əl-Kafi" şiə kitablarının ən üstünü və ən faydalısıdır.[13][14]
Hədis sahəsində İmamiyyə məzhəbi "əl-Kafi"-nin bir oxşarını yaza bilməmişdir.[15]
"əl-Kafi" hədis sahəsində qələmə alınmış əsərlərin ən üstünüdür, ... Çünki təməl prinsiplərinin ən açıq olanlarını təşkil etməkdədir."[16]
Molla Möhsün Feyz əl-Kaşani: əl-Kafi, şiə kitablarının ən şərəflisi və ən səhihidir.[17]
Dörd kitab arasında “Kafi”, ulduzlar arasında günəş kimidir. Əgər insaflı adam onu dərindən araşdırsa, oradakı əhəd sənədlərinin vəziyyətini araşdırmaqdan əl çəkər. Yalnız etibar əldə edər, onun düzgünlüyü və sübutu barədə həmin şəxsdə arxayınlıq əmələ gələr”[18]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |