Əli Əhmədov (siyasətçi)

Əli Cavad oğlu Əhmədov (27 yanvar 1953, Dərə, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini (2024-cü ildən), Milli Məclisin II, IIIVII çağırış deputatı (2000–2010, 2024–h. h.), Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2024), Yeni Azərbaycan Partiyası sədrinin müavini və idarə heyətinin üzvü, fəlsəfə doktoru, professor.[1]

Əli Əhmədov
bayraq
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini
bayraq2
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
SədrSahibə Qafarova
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsiVII çağırış — 25 saylı Nizami ikinci
24 noyabr 2000 – 29 noyabr 2010
Seçki dairəsiII çağırış — proporsional
III çağırış — 19 saylı Nərimanov birinci
Yeni Azərbaycan Partiyası sədrinin müavini
Vəzifədədir
2005-ci ildən
Sədrİlham Əliyev
22 oktyabr 2013 – 23 sentyabr 2024
Baş nazirArtur Rasizadə
Novruz Məmmədov
Əli Əsədov
Yeni Azərbaycan Partiyasının icra katibi
1999 – 5 mart 2021
bayraq
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
8 sentyabr 1999 – 28 iyun 2000
Şəxsi məlumatlar
Doğum tarixi 27 yanvar 1953(1953-01-27) (71 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Şərəf" ordeni — 2023 "Şöhrət" ordeni — 2013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.[2]

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.[3][4]

2024-cü ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının Azərbaycan tərəfdən həmsədri təyin olunub. O, bu vəzifədə Əli Hüseynlini əvəz edib.[5]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiyanın İcra katibi seçilmişdir. Partiyanın 2005-ci ildə keçirilən III qurultayında,2013-cü ildə keçirilən V qurultayında və 2018-ci ildə keçirilən VI qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədrinin müavini və İdarə Heyətinin üzvü seçilib.[6]

16 oktyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biridir.

Evlidir, 2 övladı var.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.[7]

2013-cü yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[8]

2023-cü yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov "Şərəf" ordeni ilə təltif edilib.

  1. "Partiyanın Sədr müavinləri". 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  3. "Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib". Report İnformasiya Agentliyi (az.). 2024-09-23. 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  4. "Ə.C.Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  5. "Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyalarının həmsədrləri məlum olub". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
  6. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  7. "Polşa prezidentinin Azərbaycanın hansı vəzifəli şəxslərini təltif etdiyi dəqiqləşdirildi". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-19.
  8. "Əli Əhmədov "Şöhrət" ordeni ilə təltif edilib". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.