Əli Həsənov (sədr)

Əli Şamil oğlu Həsənov (10 aprel 1948, Cəbrayıl rayonu) — YAP-ın sədr müavini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri.

Əli Həsənov
18 noyabr 1998 – 21 oktyabr 2019
18 noyabr 1998 – 21 aprel 2018
ƏvvəlkiGülabbas Qəhrəmanov
SonrakıRövşən Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1948(1948-04-10) (76 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini islam

Təltifləri "Şöhrət" ordeni — 2008 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018"Şərəf" ordeni — 2023
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.[1]

1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir.

1964–1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981–1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir.

  • 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini,
  • 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini,
  • 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini,
  • 1980–1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi,
  • 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini,
  • 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,
  • 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini,
  • 1997–1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır.
  • 1990-cı ildə respublika Ali Sovetinin deputatı,
  • 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.

1998–2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilmişdir. 2018-ci il 20 aprel tarixində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[2] 2023-cü il 11 apreldə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib

  • "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999

Qardaşı Ramiz Həsənov Zəngilan Rayonunun İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, 2 övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Əli Həsənov (1948)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.