Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi — qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əsas məsul dövlət orqanı.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1989 |
Ünvan | Bakı, Tbilisi prospekti, 129 |
Rəhbərlik | |
Rəhbər | Rövşən Rzayev |
|
|
Rəsmi saytı | idp.gov.az/az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 Sentyabr tarixli Fərmanı ilə daimi yaşayış yerlərinin tərk etməyə məcbur olmuş şəxslərin qəbulu, yerləşdirilməsi və güzəranları ilə əlaqədar məsələləri həll etmək və bu sahədə respublikanın sovet, təsərrüfat, inzibati və ictimai təşkilatlarının fəaliyyətlərini əlaqələndirmək məqsədilə "Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi" kimi yaradılmışdır.
1992-ci ildə Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanununun qəbul edilməsi ilə əlaqədar olaraq Komitənin adının adı çəkilən qanunun tələblərinə uyğunlaşdırılaması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli 396 nömrəli Fərmanı ilə "Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi"nin adı dəyişdirilərək "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi" adlandırılmışdır.[1]
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Komitənin əsas vəzifələri:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |