Mehmed Orxan Əfəndi

Mehmed Orxan Osmanoğlu (11 iyul 1909, 12 oktyabr 1909 və ya 10 noyabr 1909, Saloniki, Osmanlı imperiyası[2]12 mart 1994[1], Nitsa[2])) — Osmanlı sülaləsinin yeddinci rəisiOsmanlı şahzadəsi.

Mehmed Orxan Əfəndi
9 dekabr 1983 – 12 mart 1994
ƏvvəlkiƏli Vasib Əfəndi
SonrakıƏrtoğrul Osman Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyul 1909(1909-07-11), 12 oktyabr 1909(1909-10-12) və ya 10 noyabr 1909(1909-11-10)
Doğum yeri
Vəfat tarixi 12 mart 1994(1994-03-12)[1] (84 yaşında)
Vəfat yeri
Fəaliyyəti əsilzadə
Atası Mehmed Əbdülqadir Əfəndi
Anası Mehriban xanım
Həyat yoldaşları Nafiyə Yeğen
Marqarita İrma Sournier
Ailəsi Osmanlı xanədanı
Dini islam

Şahzadə Mehmed Orxan Əfəndi 1909-cu ildə Salonikidə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Əbdülqadir Əfəndi, anası isə onun ikinci xanımı Mehriban xanım idi. Dünyaya gəldiyi il babası Sultan Əbdülhəmid taxtdan endirilmiş və bütün ailəsi ilə birlikdə Salonikidəki Alatini köşkündə nəzarət altına alınmışdı. Orxan Əfəndi də məhz bu əsnada dünyaya gəlmişdi. Lakin 1 il sonra atası Əbdülqadir Əfəndi ailəsiylə birlikdə burdan ayrılaraq İstanbula qayıtmışdı. 14 yaşı olanda atası və anası ayrılmış, Orxan Əfəndi anası Mehriban xanım və dayısı ilə birlikdə yaşamağa başlamışdı. Burada Qalatasaray litseyini və hərb akademiyasında təhsil almışdır. "Hərb akademiyasından döndüyüm bir gün, evdə bi komissar və 2 polis məni qarşıladı. Komisar ağlayaraq mənə bir kağız imzalatdı. Bu kağızda, 24 saat içində ölkəni tərk edəcəyim haqqında öhdəlik vardı" deyərək sürgünə necə getdiyini danışmışdır. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 15 yaşlı Orxan Əfəndi ailəsi ilə birlikdə əvvəlcə Budapeştə, bir neçə ay sonra isə cənubi Fransadakı Nitsa şəhərinə köçdü. Sürgün illərini bir müddət Beyrutdakı əmisi Mehmed Abid Əfəndinin yanında, bir müddət isə Nitsadakı bibisi Ayşə Sultanla yaşadı. 1930-cu ildə 3 il yaşayacağı Buenos-Ayresə köçdü və burada kayserili bir iş adamının fabrikində çalışmağa başladı. İkinci Dünya müharibəsindən öncə əmisi oğlu Əbdülkərim Əfəndi ilə birlikdə Nyu-Yorka köçdü. Burada birlikdə yaşadığı əmisi oğlunun müəmmalı qətlindən sonra Avropaya qayıtdı. İkinci Dünya müharibəsi illərində Albaniya kralı Əhməd Zoğunun şəxsi yavəri olmuş, Albaniya hava qüvvələrində kapitan pilot kimi xidmət etmişdir. Osmanlı türkcəsi ilə yanaşı, ingilis, fransız, italyan, ərəb, alman, ispan, portuqalmacar dillərini də bilirdi. Buna baxmayaraq uzun müddət BeyrutDəməşqdə taksi sürücülüyü etmişdir.

Yaşlı dövründə isə yenidən Parisə qayıtdı. 1983-cü ildə Əli Vasib Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin rəisi oldu. 1991-ci ildə Türkiyə Cümhuriyyəti vətəndaşlığını ala bildi.

12 mart 1994-cü ildə Nitsadakı kiçik evində vəfat etdi və burada dəfn olundu. Ancaq bir neçə il sonra məzarlıq rüsümunun ödənilməməsi səbəbilə məzar qazılaraq dağıdılmış, sümüklər isə kütləvi bir məzar quyusuna atılmışdır.

İlk evliliyi 1933-cü ilin yanvarında bibisi Zəkiyə Sultanın kürəkəni Muhsin Yegenin bacısı Nafiyə xanımla (d. 1913) baş tutsa da, 1947-ci ildə ayrıldılar və 1 övladı oldu. İkinci evliliyi 1944-cü ildə Marqarita İrma Sournier ilə baş tutsa da, 1948-ci ildə ayrıldılar.

  • Fatma Nəcla (d. 14 sentyabr 1933 — ö. 2010, Sürix) — İlk evliliyi 1949-cu ildə Mehmed Səid Halimlə (d. 25 fevral 1896 — ö. 13 yanvar 1970) baş tutsa da, 1951-ci ildə ayrıldılar. İkinci evliliyi 1953-cü ildə Əli Zəki Mangos ilə baş tutdu və bu nigahdan 1 oğlu oldu. Üçüncü evliliyi isə 16 noyabr 1960-cı ildə Randolf German ilə (d. 5 fevral 1926 — ö. 4 noyabr 2004) baş tutdu və bu nigahdan 1 oğlu oldu.
    • Mehmed Erol Mangos (d. 21 avqust 1954)
    • Osman Cem German (d. 9 noyabr 1963)
  1. 1 2 https://www.sabah.com.tr/yasam/osmanli-sehzadesine-buyuk-saygisizlik-2888511.
  2. 1 2 3 4 Fichier des personnes décédées mirror.