Ömər Hilmi Əfəndi

Ömər Hilmi Əfəndi (2 mart 1886, İstanbul6 aprel 1935, İsgəndəriyyə) — 35-ci Osmanlı sultanı V Mehmedin ikinci oğlu, Osmanlı şahzadəsi.

Ömər Hilmi Əfəndi
عمر حلمى أفندى
Sürgün illəri: anası Mihrəngiz xanım, oğlu Mahmud Namiq Əfəndi və qızı Əminə Mukbilə Sultan
Sürgün illəri: anası Mihrəngiz xanım, oğlu Mahmud Namiq Əfəndi və qızı Əminə Mukbilə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri
Atası V Mehmed
Anası Mihrəngiz Qadınəfəndi
Həyat yoldaşları Xədicə Firdevs Gülnev xanım
Faiqə xanım
Bəxtitər xanım
Mədiha xanım
Uşaqları Əminə Mukbilə Sultan
Mahmud Namiq Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Ömər Hilmi Əfəndi 2 mart 1886-cı ildə Üsküdar sarayında dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı Şahzadə Mehmed Rəşad, anası isə ubıx olan Mihrəngiz xanımdır. Uşaqlığını güclü nəzarət altında yaşayan Ömər Hilmi Əfəndi, atasının 1909-cu ildə taxta çıxmasıyla Dolmabağça sarayına köçürüldü. 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin ƏfəndiNəcməddin Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. Qardaşıyla birlikdə Birinci Dünya müharibəsinə qatılmış, atasının vəfatının ardından Dolmabağça sarayından ayrıldı və ailəsiylə birlikdə Nişantaşındakı köşkə köçürüldü.

Türkiyə Cumhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında ölkəni tərk etdi və anası Mihrəngiz xanım, qızı Əminə və oğlu Namiqlə birlikdə əvvəlcə Budapeştə, daha sonra İsveçrəyə, ardından Nitsaya getdi. 38 yaşında sürgünə gedən Ömər Hilmi Əfəndi ömrünün geri qalan 11 ilini Nitsada keçirdi. Bu illər ərzində qızı Əminə Mukbilə Sultanı əmisi V Muradın oğlu Mehmed Səlahəddin Əfəndinin nəvəsi Əli Vasib Əfəndi ilə evləndirdi. Vəfatından qısa müddət öncə ailəsiylə birlikdə İsgəndəriyyəyə gəlmiş, qısa müddət sonra iflic keçirərək vəfat etmişdir. Cənazəsi burada dəfn edilib.

Xanımları, övladları və nəvələri

[redaktə | mənbəni redaktə et]
  • Xədicə Firdevs Gülnev xanım (d. 21 fevral 1890 — ö. 31 dekabr 1919) — 3 oktyabr 1910-cu ildə Ulduz sarayında evləndilər. 2 övladı oldu.
    • Əminə Mukbilə Sultan
    • Mahmud Namiq Əfəndi (d. 23 dekabr 1913, İstanbul — ö. 13 noyabr 1963, Qahirə) — 1939-cu ildə Şəhrazad Ratiblə (d. 1922 — ö. 1993) evləndi ancaq 1947-ci ildə boşandı. Bu evlilikdən 1 oğlu oldu.
      • Ömər Əbdülməcid Namiq (d. 4 iyun 1941) — Beulah Banbury ilə (d. 8 aprel 1943 — ö. mart 2003) evləndi və 1 oğlu oldu.
        • Mahmud Fransis Namiq-Banbury (d. 27 aprel 1975)
  • Faiqə xanım
  • Bəxt'itər xanım' (d. 12 oktyabr 1897, İzmir — ö. 1984) — 16 iyun 1914-cü ildə Üsküdar sarayında evləndilər. 1928-ci ildə boşanmışdır. Övladı olmamışdır.
  • Mədiha xanım (d. 4 noyabr 1903, İsgəndəriyyə — ö. 1971, Qahirə) — 12 iyul 1921-ci ildə Nişantaşı köşkündə evləndilər. Ancaq elə həmin ilin sonunda boşandılar. Övladı olmamışdır.
  • Hugh Montgomery-Massingberd, Burke's Royal Families of the World, Africa & the Middle East, Burke's Peerage, 1980, p. 247.
  • Ali Vâsıb, Bir Şehzadenin Hâtırâtı: Vatan ve Menfâda Gördüklerim ve İşittiklerim, Yapı Kredi Kültür Yayınları, 2004, ISBN 978-975-08-0878-4, p. 205