Əmin Razi

Əmin Əhməd oğlu Razi (az.-əski. امین رازی‎ ləqəbi: Ümid) — Səfəvilər dövrünə (16–17-ci əsrlər) aid Azərbaycanlı coğrafiyaşünas və yazıçı olub. Bətləmiusun Əl-Məcisti yeddi iqlim sisteminə əsaslanaraq məşhurYeddi iqlim (fars. هفت اقلیم‎ — həft iqlim) adlı coğrafi təzkirəsinin yazmışdır.

Əmin Əhməd oğlu Razi
احمد امین اوغلی رازی
Ləqəbi Ümid
Doğum tarixi XVI əsr
Vəfat tarixi XVII əsr
Dini İslam
Fəaliyyəti coğrafiyaşünas

Razi Səfəvi dövlətinin Rey şəhərində ziyalı ailədə anadan olmuşdur. Onun atası Mirzə Əhməd Tehrani Şah I Təhmasib tərəfindən Rey şəhərinin rəisi təyin olunmuşdur. Onun əmisi Məhəmməd Şərif şair və Xorasan vilayyətinin başçısının naziri və sonra da Şahın naziri olmuşdur.

Razi qeyd edir ki, o, qamusunu hicri təqviminə görə 1002-ci ildə (1593 miladi) altı il işlədikdən sonra tamamladı, baxmayaraq ki, indiyə qədər olan əsərdə daha kiçik tarixə aid əlavələr var. Onun doğum və ölüm tarixləri məlum deyil.

Səfəvi sarayının üzvü olan Əmin Razi Şah Abbas dönəmində Hindistana gedərək Cahangir şahla görüşmüşdür, başqa məlumata görə, Əkbər Şahın dövründə Muğal Hindistanına səfər etmiş ola bilər.[1]

Həft İqlimin birinci səhifəsi. Bismilləhi ər-Rəhman ər-Rəhim yazaraq müəlif qamusuna başlamışdır

Yeddi iqlim (Həft iqlim) geniş tarixi, bioqrafik və topoqrafik məlumat verir, "iqlim", yəni Bətləmiusa görə məlum dünyanın coğrafi enliyə görə əsas bölgüsüdür. Əsərdəki tərcümeyi-halların ümumi sayı 1560-dır ki, bu da bir çox hallarda "Lübab ül-Əlbab" və ya "Təzkirət əl-Övliya" kimi orta əsr əsərlərində tapılanlardan daha çox təfərrüat verir. Əsərdə başqa yerdə qeydə alınmayan şeir nümunələri və bəzi nəsr parçaları, məsələn, Übeyd Zəkaninin nümunələri də göstərilmişdir.

Razinin mənbələri otuz doqquzu müəyyən edən Nəqəvi[2] tərəfindən tədqiq edilmişdir. Ethe işin məzmunu cədvəlini təqdim edir. Əsər çoxsaylı əlyazmalarda günümüzə qədər gəlib çatmışdır. Yeganə tam nəşr Cavad Fazel tərəfindəndir (1961). Ross və başqalarının Kəlküttə nəşri. üstündür[aydınlaşdırma lazımdır]Fazelinkinə lakin natamamdır, dördüncü iqlimi (işin yarısından çoxunu əhatə edir) buraxır.[3]

1. Storey, p. 1169.
2. Taḏkera-nevīsī, pp. 118–19
3. M. U. Memon (1984)
• M. U. Memon. "AMĪN AḤMAD RĀZĪ". Encyclopædia Iranica. 1984-12-15. 2010-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-21.
• E. D. Ross et al. (eds.), Haft eqlīm, Calcutta, 1918–72.[aydınlaşdırma lazımdır][clarification needed]
• Jan Rypka, Hist. Iran. Lit., pp. 452, 495. [year needed]
• Storey, I., pp. 1169–71. [year needed]