Əmir Xosrov Dehləvi

Əmir Xosrov Dəhləvi (1253[3][2]27 sentyabr 1325, Dehli[1][2]) — Hindistanın türk əsilli böyük şair və musiqiçisi. Dəhləvi özündən sonra çox zəngin bir irs qoyub getmişdir. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi təzkirələrinin birində Əmir Xosrov haqqında bilgi verərkən Xosrov Dəhləvi divanının 4 - 5 yüz min beyt arasında olduğunu qeyd edir. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıyla bərabər, elmi əsərlər də qələmə almasıdır. Üstəlik, böyük musiqiçi və musiqişünas da olmuşdur. O, musiqinin həm nəzəri, həm də təcrübəi aspektləri ilə bilavasitə məşğul olmuşdur.

Əmir Xosrov Dəhləvi
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti şair, filosof, yazıçı, musiqiçi
Əsərlərinin dili fars dili, Hindistani dili
Janr qəzəl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əmir Xosrov və şagirdləri
Sultan Hüseyn Bayqaranın "Məclis əl-Üşşaq" əsərindən miniatür

Haqqında çap edilən kitablar

[redaktə | mənbəni redaktə et]

4 aprel 2023-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Əmir Xosrov Dəhləvi” monoqrafiyasıElm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.[4]

  • Dəhləvi Əmir Xosrov. Şirin və Xosrov / Tərcümə ed., ön sözün və şərhlərin müəl. A. Sarovlu.- B.: Avrasiya Press, 2006.- 248 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]