Ərəb Birliyi

Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir.

Ərəb Dövlətləri Liqası
الجامعة العربية‎
Loqonun şəkli
Yaranma tarixi 22 mart 1945
Rəsmi dili
Qurucusu
leagueofarabstates.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, SuriyaYəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır.

Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

Təsis olunması

[redaktə | mənbəni redaktə et]

ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. FransaBöyük Britaniyanın mandat sistemiFələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur. Hərəkatın əsas məqsədi, bütün ərəb torpaqlarının bir dövlətdə birləşdirilməsi idi. ƏDL-in yaradılması bu məqsədin həyata keçirilməsində bir mərhələ idi. Yaxın Şərqdə mandat sisteminin ləğv olunmasından və müstəqil ərəb dövlətlərinin yaradılmasından sonra, mərkəzəqaçma tendensiyası güclənmişdir. Buna həm də Fələstin probleminin kəskinləşməsi şərait yaratmışdır. Əvvəlcə, birliyin təşəbbüskarları kimi Haşemitlərin nümayəndələri — İordaniya və İraqda hakimiyyətdə olan sülalələr çıxış edirdi, lakin onların planları digər ərəb dövlətləri tərəfindən rədd edildi. Məsələn, Suriya "Böyük Suriya" dövlətinin yaradılması niyyətində idi. Suriyanın planına əsasən federativ əsasda Böyük Suriyaya Livan, Fələstin, İordaniya birləşməli idi. Digər ərəb dövlətləri və eləcə də İsrail bu plana etirazlarını bildirdilər. Bu anda Misir təşəbbüsü öz üzərinə götürdü. 1944-cü ildə İskəndəriyyədə, təsis konfransı keçirildi və Ərəb Dövlətləri Liqasının yaradılmasını nəzərdə tutan İskəndəriyyə protokolu imzalandı. Liqanın Nizamnaməsi 1945-ci ilin mart ayının 22-də Misir, Suriya, İordaniya, İraq və Livan tərəfindən imzalanmışdır. 1945-ci ilin may ayında, Nizamnaməni Yəmən imzalamışdır.

ƏDL-in sturukturuna aşağıdakı orqanlar daxildir:

  • ƏDL Şurası
  • Komitələr
  • Baş Katiblik
  • İstitutlar və təşkilatlar
  • İqtisadi məsələlər üzrə Şura
  • Birləşmiş müdafiə Şurası
  • Daimi hərbi komissiya

ƏDL Şurası – üzv dövlətlərin nümayəndələrindən ibarət ali orqandır. Şuranın iclasları müxtəlif səviyyələrdə keçrilir (dövlət və ya hökumət başçıları, xarici işlər nazirləri, səfirlər və daimi nümayəndələr). Şura ildə iki dəfə çağrılır. Hər hansı bir dövlətin istəyi ilə növbədənkənar iclaslar da çağrıla bilər. Şurada sədrlik, ərəb əlifbasına uyğun olaraq dövlətlərin baş hərfləri sırası ilə dəyişir. Hər dövlətin bir səsi var. Qərarlar, bir qayda olaraq, yekdilliklə qəbul edilir. Bu xüsusən dövlətlərin bir-birinə qarşı təcavüz aktı ilə bağlı qərardırsa, konsensus metodundan istifadə edilir.

Komitələr – bütün üzv dövlərlər üçün açıqdır. Komitələrin fəaliyyətində həmçinin, Liqaya üzv olmayan, lakin ərəb dövləti olan istənilən dövlət iştirak edə bilər. Bu, ərəb dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə gətirib çıxarır.

Baş Katiblik – Mənzil Qərargahı Yunisdə yerləşən Baş Katiblik, praktiki işi həyata keçirir. Baş Katiblik, Şura tərəfindən beş il müddətinə seçilən baş katib tərəfindən idarə olunur. O, Liqanın qərarlarını həyata keçirir. Baş Katib üzv dövlətlərin diqqətini mühüm məsələlər cəlb etmək hüququna malikdir. Məsələn, iki ərəb dövləti arasında münasibətləri mənfi nəticələrə çıxara biləcək problemlər və s. Baş Katib Şuranın iclaslarında iştirak edə bilər. Şuranın razılığı ilə Baş Katib öz müavinlərini təyin edir.

İstitutlar və ixtisaslaşmış orqanlar – ƏDL tərəfindən təsis edilən xüsusi təşkilatlardır: Təhsil, mədəniyyət və elm üzrə Ərəb Təşkilatı; Ərəb Menecment Təşkilatı; Ərəb Əmək Təşkilatı; Ərəb İqtisadi Birliyi Şurası; İqtisadi və sosial inkişaf üzrə Ərəb Fondu; Afrikada iqtisadi inkişaf üzrə Ərəb Bankı; Ərəb Peyk rabitəsi İnsititutu; Ərəb Kənd Təsərrüfatı İnkişafı Təşkilatı; Ərəb Poçt İttifaqı; Ərəb Neft İnstitutu və s. Bu institutlar və ƏDL arasında münasibətlər müxtəlif xarakter daşıyır. ƏDL, bir qayda olaraq göstərilən institutlara maliyyə yardımı edir. ƏDL-ə üzv olan dövlətlərin bəziləri adları çəkilən ixtisaslaşmış qurumlara üzv deyillər.

ƏDL-in digər bir orqanı isə, iqtisadiyyat nazirləri səviyyəsində keçirilən İqtisadi məsələlər üzrə Şuradır. Şura ƏDL-in ixtisaslaşmış orqanı kimi, üzv dövlətlərin əməkdaşlığın praktiki həlli ilə məşğul olur və mənzil qərargahı Ammanda yerləşir.

Ərəb Dövlətləri Liqasının bir sıra ölkələrdə informasiya büroları var. ƏDL-in rəsmi dili ərəb dilidir.

Ərəb Dövlətləri Liqasının nizamnaməsində qeyd olunduğu kimi, Liqanın fəaliyyətinin əsas prinsipləri: dövlətlər arasında münasibətlərin könüllülüyü, suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, dövlətlərin bərabərliyi, münaqişələrin həll edilməsi üçün güc tətbiq edilməsinə qadağa.

1950-ci ildə Liqa, BMT-də müşahidəçi statusu əldə etmişdir. Buna görə də Liqada Asiya və Afrika ölkələrinin vahid ərəb-asiya (sonralar afro-asiya) blokunda birləşməsinə nail olmuşdur. Ərəb Dövlətləri Liqasında fikir birliyi yoxdur. Bəzi ərəb ölkələri qərbyönlü siyasət yürüdür, digəriləri keçmiş kommunist ölkələrinə meyil edir, üçüncülər isə neytrallığı qoruyurlar. 1967-ci ildə ərəb-israil müharibəsində ərəblərin məğlub olmasından sonra, Liqanın üzvləri iki müxtəlif fikir cəbhəsinə bölündü. Məsələn, Misir və İordaniya ABŞ tərəfindən hazırlanmış və əməliyyatların dayandırılmasını nəzərdə tutan atəşkəs haqqında razılaşmanı imzalamışdır. 1970-ci illərdə sülh prosesinin başlanması Əlcəzair, İraqFələstin Azadlıq Təşkilatı tərəfindən kəskin tənqid edilmişdir. 1970-ci ildə İordaniya vətəndaş müharibəsi və 1975-ci ildə Livan vətəndaş müharibəsinə Suriyanın müdaxiləsi münasibətləri daha da kəskinləşdirmişdir. 1979-cu ildə Misirin İsrail ilə danışıqlara getməsi və sülh müqaviləsinin bağlanması nəticəsində Liqa üzvləri Misirə qarşı sanksiyalar tətbiq etmiş və onu Liqadan kənarlaşdırmışlar. Təşkilatın qərargahı Misirdən Tunisə köçrülmüşdür. 1989-cu ildə Misirin ƏDL-də üzvlüyü bətpa olunmuşdur. Ardınca qərargay yenidən Qahirə şəhərinə qaytarılmışdır. Üzvlər arasında iki cəbhəyə parçalanma Körfəz müharibələri zamanı da baş verdi. Eyni zamanda ƏDL-in qərarları üzv dövlətlər üçün məcburi xarakter daşımır. Başqa sözlə, Liqada dövlət suverenliyi prinsipi mütləqdir. Buna görə də ƏDL baş verən hadisələrə adekvat reaksiya verə bilmir.

ƏDL BMT-də müşahidəçi statusu vasitəsilə aktiv fəaliyyət göstərir. ƏDL-in Baş Katibi BMT Baş Katibi ilə görüşlər keçirir. Belə görüşlərin birində Liqa rəhbəri ərəb dövlətləri adından terrorizmə qarşı mübarizəyə qoşulduğunu və BMT-nin bu sahədə fəaliyyətinin dəstəklədiyini vurğulamışdır.

ƏDL tərəfindən həyata keçirilən mədəni layihələr çərçivəsində, Qahirədə yüksək ərəb araşdırmalar institutu təsis edilmişdir.

Üzv dövlətləri

[redaktə | mənbəni redaktə et]
Dövlətlər Əhali (2006) Ərazi (km²) Üzv olduğu il
 İraq 26 783 383 437 072 1945
 Suriya 18 881 361 185 180 1945
 Livan 3 874 050 17 818 1945
 İordaniya 5 906 760 92 300 1945
 Səudiyyə Ərəbistanı 27 019 731 1 960 582 1945
 Bəhreyn 698 585 665 1971
 Qətər 885 359 11 437 1971
 BƏƏ 2 602 713 83 600 1971
 Oman 3 102 229 309 500 1971
 Yəmən 21 456 188 527 970 1945
 Küveyt 2 418 393 17 820 1961
 Misir 78 887 007 1 001 450 1945
 Liviya 5 900 754 1 759 540 1953
 Tunis 10 175 014 163 610 1958
 Əlcəzair 32 930 091 2 381 740 1962
 Mərakeş 33 241 259 710 850 1958
 Mavritaniya 3 177 388 1 030 700 1973
 Sudan 41 236 378 2 505 810 1956
 Somali 8 863 338 637 657 1974
 Fələstin 3 889 249 6 000 1976
 Cibuti 486 530 23 000 1977
 Komor adaları 690 948 2 170 1993
Cəmi 333 379 716 13 868 171
  • Улахович В. Международные организации, 2005, стр.396