Cəlal Qurbanov

Cəlal Qurbanov (azərb. Cəlal Cavanşir oğlu Qurbanov‎; 19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü,nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land" Prodakşn-nın rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti[1]

Cəlal Qurbanov
Cəlal Cavanşir oğlu Qurbanov
Doğum tarixi (43 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşaqları Fatimə Qurbanlı,Əli Qurbanov
Atası "Əməkdar bədən tərbiyəsi və idman xadimi" Cavanşir Qurbanov
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
"Təfəkkür" Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Tanınır Azərbaycan Yazıçılar Birliyinin üzvü,nəğməkar-şair,Prezident təqaüdçüsüdür

Həyatı[redaktə | mənbəni redaktə et]

Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir.

Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailədir. Əli və Fatimə adında övladları var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 15.01.2001-24.07.2001 Azərbaycan Dövlət Gömrük Komitəsi Azərterminalkomleks birliyi Bakı Şöbəsi mütəxəssis.
  • 04.04.2003- 10.09.2007 Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Keşlə Gömrük postunun inspektoru
  • 10.09.2007- 12.02.2004 Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Rəsmləşdirmə şöbəsi böyük inspektor.
  • 12.02.2004-15.08.2018 Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Baş inspektor.
  • 2016-2018 (Bakı Baş Gömrük İdarəsində yaradılmış “Yaşıl Dəhliz” buraxılış sisteminin qrup rəhbəri)
  • 15.08.2018.-21.02.2023 Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi baş inspektor.
  • Rütbəsi-Gömrük xidməti polkovniki.[3]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land"Productionun rəhbəri, nəğməkar-şair,Prezident təqaüdçüsüdür. "Yaşa, yaşa, Azərbaycan!", “Mənim atam qəhrəmandır!”, “ Mənim oğlum qəhrəmandır!” layihələrinin rəhbəridir.[4]

Şeirlərinə bəstələnən mahnılar[redaktə | mənbəni redaktə et]

  • Sevgi dünyamız- Gövhər Həsənzadə
  • Durnalar- mus Gövhər Həsənzadə
  • Azərbaycan- Hikmət Mirməmmədli
  • Əsgər marşı- Yaşar Baxış
  • Öpsən- mus:Aygün Kazımova
  • Sevgi yağışı-Sevinc Tağıyeva
  • Səninlə- mus:Emil Şahin
  • Kaş ki- mus:Rüstəm Zeynallı
  • Nankorsan- mus: Gövhər Həsənzadə
  • Sevən qəlbim- mus: Aygun Kazımova
  • Xoşbəxt illər-mus Minayə xanım
  • Mən səninəm-mus: Məhəbbət xanım
  • Dola mənə qolunu-Faiq Sücəddinov
  • Sən Azərbaycanlısan-mus: Gövhər Həsənzadə
  • Unut Getsin mus: Mikayıl Vəkilov
  • Mənim deyilsən-mus: Muxtar Abseynov
  • Etiraf- mus:Faiq Sücəddinov
  • Sən bizimləsən mus: Aygün Səmədzadə
  • Apar məni- mus:Rüstəm Zeynallı
  • Yoruldum- mus: Xanım İsmayıl qızı
  • Yad olduq-mus:Muxtar Abseynov
  • Ötən günlər- mus: Nadir Əzimov
  • Azərbaycan-mus:Vüqar Camalzadə
  • Neyləyim-mus:Sevinc Tağıyeva
  • Gizli Sevgi- Mus:Ramal İsrafilov
  • Leyli Məcnun-mus Abbas Bağırov
  • Sənin oldum-mus:Gövhər Həsənzadə
  • Göz yaşımı tökə tökə-mus Elza Seyidcahan
  • Mənim gülüm mus: Xumar Qədimova
  • Sevgi Harayı-mus:Xumar Qədimova
  • Göy göl- mus:Aydın Abbasov
  • Gəl görüşək-mus: Gövhər Həsənzadə
  • Azərbaycan-mus Hikmət Mirməmmədli
  • Gəl Barışaq-mus: Rüstəm Zeynallı
  • Azərbaycan-mus: Nazim Məmmədov
  • Darıxır ürək- mus: Aybəniz Güllər
  • Əllərim darıxmasın- mus:Pərviz Mahmudov

Layihələri[redaktə | mənbəni redaktə et]

  • "Körpələrin səsi"- mus: Hakan Erol
  • "İlk Avropa oyunları"- mus: Muxtar Abseynov
  • "Sən Azərbaycanlısan" — mus: Gövhər Həsənzadə, İfaçılar:Fidan Qasımova, Xuraman Qasımova, Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Mustafa Ceceli, Fərqanə Qasımova (2013-cü il Asan Xidmətin təşəbbüsü ilə)[5]
  • "Zəfərə doğru" — mus: Eldar Mansurov, İfaçılar: Avroviziya təmsilçiləri Samir Cavadzadə, Elnur Hüseynov, Səbinə Babayeva, Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova (2018-ci il)[6]
  • "Yaşa, yaşa, Azərbaycan!" — mus: Rauf Məmmədov, İfaçılar: Rasim Balayev, Alim Qasımov, Natiq Şirinov, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Mirələm Mirələmov (2019-cu il)[7]
  • "Sən Qalib Gələcəksən" — mus: Gövhər Həsənzadə, İfaçılar:İlhamə Quliyeva, İlqar Muradov, Faiq Ağayev, Röya, Samir Cavadzadə, Elnur Hüseynov (2008 ci il)
  • "Say Hallelujah" — Söz: Cəlal Qurbanov, Tərcümə:Nigar Həsənzadə, mus: Elnur Hüseynov, İfaçılar: Elnur Hüseynov, Fidan Hüseynova (2018 ci il)
  • Rəhbəri olduğu "Fire Land Production"ın təşkilatçılığı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə "Mənim atam qəhrəmandır" layihəsinin silsilə tədbirlər həyata keçirib.[8]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 27.01.2011 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “ Gömrük Orqanlarında Xidmətə görə” 3 cü dərəcəli döş nişanı.
  • 01.03.2016 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “ Gömrük Orqanlarında Xidmətə görə” 2 ci dərəcəli döş nişanı.
  • 28.05.2018 ci il Prezident təqaüdü.
  • 28.01.2022 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “ Gömrük Orqanlarında Xidmətə görə” 1 ci dərəcəli döş nişanı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vitse-prezident – Cəlal Qurbanov[ölü keçid]/
  2. "Tanınmış şair Cəlal Qurbanov AMİNA-nın vitse-prezident seçilib". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
  3. "Cəlal Qurbanov şəhid övladları üçün musiqi bəstələdi - VİDEO - FOTO". 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.
  4. ""Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində növbəti tədbir keçirilib". 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.
  5. ""Sən Azərbaycanlısan" rekord vurdu!" (Azərbaycan dili). azvision.az. 29 dekabr 2019 tarixində arxivləşdirilib.
  6. "Məşhurlar "Zəfərə doğru" deyib birləşdilər" (Azərbaycan dili). azvision.az. 29 dekabr 2019 tarixində arxivləşdirilib.
  7. "Cəlal Qurbanov: Milli birliyimiz üçün, hamı Vətən deyəcək!" (Azərbaycan dili). azertag.az. 22 iyun 2019 tarixində arxivləşdirilib.
  8. ""Mənim Atam Qəhrəmandır" layihəsinin rəhbəri: "Şəhidlər bizimdirsə, onların ailələri də bizimdir" — FOTO/VİDEO". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.